Məhkəmə qərarları › İş №3(019)-387/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-387/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-387/2021 15.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, 20.06.1979-cu ildə Türkiyə Respublikası, İğdır şəhərində anadan olmuş,Türkiyə Respublikası, İğdır şəhəri,Topçular məhəlləsi, X2 apartmanı 17, mənzil 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 23 noyabr 2021-ci il tarixdə idarə etdiyi “DAF» markalı 34UT1049/34AC1023 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələrkən yük nəqliyyat vasitəsinin kabina bölməsinin çöl hissəsinin yan dolablarına az miqdarda -250 manat dəyərində üzərində «Viper» yazılmış qutularda 5000 (beş min) ədəd hər biri 10x2 sm böyüklükdə olan hər iki tərəfi kəsici predmetləri (rezak) gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq o,məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilir. İşdə olan 23 noyabr 2021-ci il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, 23 noyabr 2021-ci il tarixdə, Oərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda ölkəyə girişi qeydə alınan, "PÜR-KÜR DİŞ TİCARET ANONİM ŞİRKETİ” ünvanından, Azərbaycan Respubilkası "TACH” MMC ünvanına göndərilmiş yük nəqliyyat vasitəsi və nəqliyyat vasitəsindəki mallar “Mazımçay” gömrük postunda "Bir pəncərə-AİS" sistemində qeydiyyata alındıqdan sonra “HCVG vizual SMİTH detection” rentgen yoxlama baxış sistemindən keçməsi üçün qurğunun konteynerinə yönləndirilmişdir. Şəxs idarə etdiyi DAF” markalı, 34UT1049/34AC1023 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini rentgen yoxlamasından keçmək üçün qurğunun konteynerinə sürmüş və sürücü yük müşayət sənədlərini gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmiş, avtomobil skan olunduqdan sonra qurğunun monitorunda şübhəli görüntü müşahidə olunmuşdur. Bu səbəbdən də "Mazımçay” gömrük postunun terminalında “DAF" markalı, 34UT1049/34AC1023 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı yük nəqliyyat vasitəsinin kabina bölməsinin çöl hissəsinin yan dolablarında gömrük orqanlarına bəyan olunmayan üzərində “Viper” yazılmış qutularda 5000 (beş min) ədəd hər biri 10x2sm böyüklükdə olan hər iki tərəfi kəsici predmetlər (rezak) aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası «Azərekspertiza» Birliyi tərəfindən 24 noyabr 2021-ci il tarixdə verilmiş 11-Ş nömrəli ekspertiza aktından görünür ki,ekspertə təqdim edilmiş «Viper" yazılmış qutularda hər biri 10x2 sm böyüklükdə olan 5000 (beş min) ədəd hər iki tərəfi kəsici prdmetlər cəmi 250 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən ondan aşkar olunaraq götürülmüş və Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda saxlanılan, 250 manat dəyərində üzərində “Viper” yazılmış qutularda olan 5000 (beş min) ədəd hər iki tərəfi kəsici predmetlər (rezak) müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar