Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-387/2023 30.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X5, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 10.30 radələrində Balakən icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilərkən RİH başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq edərək nalayiq söyüşlər söyərək ictimai qaydanı pozması əsası ilə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsilə inzibati xəta haqqında 30 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Balakən rayon İcra Hakimiyyətində görüş təşkil olunmuşdur. O da həmin qəbula işlə təmin olunmaq üçün getmişdir. Həmin vaxt o, işlə təmin olunması üçün icra başçısına müraciət etmişdir. Balakən rayonu üzrə Məşğulluq İdarəsinin müdiri bildirdi ki, hələ ki, boş yerlər yoxdur. Olanda xəbər edəcəklər. Həmin vaxt RİH başçısı ona bildirdi ki, işlə təmin olunması üçün onda olan kağızları prokurorluğa təqdim etsin. O isə əsəbləşərək iclasda rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin iclasda səs-küy salmışdır. Həmin vaxt ərazidə olan polis əməkdaşlarına məlumat verildi. Polis əməkdaşları onu 30 avqust 2023-cü il tarixdə saxlayaraq polis şöbəsinə gətirmişlər. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) sahə rəisi X7, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10.30 radələrində Balakən icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilərkən RİH başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq edərək ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduğunu, ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X10 izahatlarında Şəxs xx.xx.2023-cü il tarixdə saat 10.30 radələrində Balakən icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilərkən RİH başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq edərək nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu təsdiq etmişlər. İş materiallarına əlavə olunan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin 3 saylı Şəki Zaqatala regional filialı tərəfindən 30 avqust 2023-cü il tarixdə verilmiş 3-17-1/2-198700/2023 nömrəli arayışdan görünür ki, Şəxs filial tərəfindən heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. İş materiallarına əlavə olunan 30 avqust 2023-cü il tarixli aktda göstərilir ki, RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova, RİH başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova, Balakən rayon Suvarma sistemləri idarəsinin rəisi Ruslan Poladov “6 saylı Regional Su kanal İdarəsinin Balakən Su kanal sahəsinin rəisi Oruc Orucov tərtib edirlər həmin aktı ona görə ki, 30 avqust 2023-cü il tarixdə Balakən rayonunun Mahamalar kənd sakini Şəxs RİH-in inzibati binasında rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilərkən RİH başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq etmiş, rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs əsassız olaraq səs-küy salmaqla vətəndaş qəbulu prosesini pozmuş, qəbula gələn vətəndaşların narahatlığına və narazılığına səbəb olmuşdur. Şəxs hərəkətləri ilə əlaqədar müvafiq tədbirlərin görülməsini məqsədəuyğun hesab edirlər. İş materiallarına əlavə olunan Balakən Su kanal sahəsinin rəisi X10 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrındə o, Balakən su kanal sahəsinin sahə rəisi olaraq Balakən rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Başçısının keçirilən vətəndaş qəbulunda iştirak edirdi. Qəbul zamanı Balakən rayonu Mahamalar kənd sakini kimi tanıdığı Şəxs dinlənilən zaman o, əsassız tələblər irəli sürərək rayon idarə rəhbərlərinin və İcra Hakimyyətinin rəhbər işçilərinin ünvanına ucadan nalayiq ifadələr işlətməyə başladı. Dəfələrlə İcra Hakimiyyətinin işçiləri onu sakitləşdirməyə çalışsalar da o, buna məhəl qoymadı və təxminən 10 dəqiqə vətəndaş qəbulunu uca səslə söylədiyi ünvanlı və ünvansız nalayiq ifadələrlə pozdu. Bundan sonra İcra Hakimiyyətinin işçilərinin iştirakı ilə akt tərtib olundu və o da həmin hadisənin şahidi kimi akta imza etdi. İş materiallarına əlavə olunan Balakən RİH-nin hüquq şöbəsinin müdiri X8 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrındə o, Balakən rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olaraq Balakən rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Başçısının keçirilən vətəndaş qəbulunda iştirak edirdi. Qəbul zamanı Balakən rayonu Mahamalar kənd sakini kimi tanıdığı Şəxs dinlənilən zaman o, əsassız tələblər irəli sürərək rayon idarə rəhbərlərinin və İcra Hakimyyətinin rəhbər işçilərinin ünvanına ucadan nalayiq ifadələr işlətməyə başladı. Dəfələrlə İcra Hakimiyyətinin işçiləri onu sakitləşdirməyə çalışsalar da o, buna məhəl qoymadı və təxminən 10 dəqiqə vətəndaş qəbulunu uca səslə söylədiyi ünvanlı və ünvansız nalayiq ifadələrlə pozdu. Bundan sonra İcra Hakimiyyətinin işçilərinin iştirakı ilə akt tərtib olundu və o da həmin hadisənin şahidi kimi akta imza etdi. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. Belə ki, «Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və X4 İşlər Üzrə Məhkəmə Kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə yaradan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı pozmaq niyyətində olduğu müəyyənləşdirilməyibsə, deməli, onun hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 510-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Şəxs 30 avqust 2023-cü il tarixdə saat 11.00-da polis əməkdaşları tərəfindən tutularaq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş və həmin vaxtdan hazırki vaxtadək polis nəzarətində olmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün tətbiq edilir. Tutulmanın şəxsin fiziki azadlığının məhdudlaşdırıldığı vaxtdan hesablanması analogiya üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsində təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edlir. Törədilmiş xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilməli, inzibati həbs müddətinin əvvəli 30 avqust 2023cü il tarixdən saat 11.00-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X3, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin; inzibati həbs müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən saat 11.00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-387/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-387/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver