Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-387/2024 08.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə2 Hacömər oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 avqust 2024-cü il tarixli, MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, fərdi sahibkar Şəxs (VÖEN **********) Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Balakən rayon X2 məxsus olan , Balakən şəhəri, R. Səmədov küçəsi, Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxmalı və həmin əmlakı Balakən rayon İstehsal-İstehlak Kooperativinə təhvil verməli olduğu halda, Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxmamış və həmin əmlakı Balakən rayon İstehsal-İstehlak Kooperativinə təhvil verməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Balakən Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 3(019)-387/2024 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli 3(107)-296/2024 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 3(019)-387/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərarda göstərilmişdir ki, “Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən fərdi sahibkar Şəxs (VÖEN **********) Balakən rayon X2 məxsus Balakən şəhəri, R.Səmədov küçəsi Qabaqçöl vağzalı ərzaisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxarılmalı və həmin əmlakı Balakən rayon İstehsal-İstehlak Kooperativinə təhvil verməlidir. Öz növbəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar Şəxs birinci instansiya məhkəməsində həmin işlə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət etdiyini və hazırda həmin işin yekunlaşmadığını bildirsə də, birinci instansiya məhkəməsi həmin hala qiymət verməmiş və qeyd edilən halın hazırkı iş üzrə icraatın dayandırılmasına səbəb olub-olmamasını araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 17.1 və 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır”. Məhkəmə iclasında Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə2 göstərmişdir ki, fərdi sahibkar Şəxs (VÖEN **********) Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Balakən rayon X2 məxsus olan, Balakən şəhəri, R.Səmədov küçəsi, Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxmalı və həmin əmlakı Balakən rayon İstehsal-İstehlak Kooperativinə təhvil verməlidir. Lakin Şəxs Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxmamış və həmin əmlakı Balakən rayon İstehsal-İstehlak Kooperativinə təhvil verməkdən imtina etmişdir.Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar Şəxs (VÖEN **********) göstərdi ki, o, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Balakən rayon X2 məxsus Balakən şəhəri, R.Səmədov küçəsi,Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxmalı və həmin əmlakı Balakən rayon İstehsal-İstehlak Kooperativinə təhvil verməlidir. 35 ildən artıq müddətdir ki, o, həmin mağazanı icarə müqaviləsi əsasında işlədir. Mağazanı özü təmir etdirmişdir. Hazırda mağazadan çıxmamasının səbəbi isə onun iddiası üzrə işin Şəki Apellyasiya Məhkəməsinin icraatında olmasıdır. Onun mağaza binasından çıxması ilə bağlı yekun məhkəmə qərarı olarsa o həmin binadan çıxacaqdır. İşin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, fərdi sahibkar Şəxs (VÖEN **********) Balakən rayon X2 məxsus Balakən şəhəri, R.Səmədov küçəsi Qabaqçöl vağzalı ərzaisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxarılmalı və həmin əmlakı Balakən rayon İstehsal-İstehlak Kooperpativinə təhvil verməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində könüllü icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixlərdə tərtib edilmiş aktların surətindən görünür ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Balakən rayonu X2 məxsus Balakən şəhəri,R.Səmədov küçəsi Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxmamış və həmin əmlakı Balakən rayon İstehsal- İstehlak Kooperativinə təhvil verməkdən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə xx.xx.2015-ci il tarixdə qeydiyyat № (VÖEN**********) ilə Şəxs adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(019)-387/2024 nömrəli qərardadından görünür ki, həmin qərarla fərdi sahibkar Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş,1200 (bir min iki yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinini 17 sentyabr 2024-cü il tarixli 3(107)-2962024 nömrəli qərarından görünür ki,həmin qərarla barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli , 3(019)-387/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndlərilmişdir. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərarın surətindən görünür ki, həmin qərarla Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat Şəxs Şəki İnzibati Məhkəməsinə müraciət etdiyinə görə dayandırılmışdır. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8- 2(117)-20/2023 nömrəli qərardadından görünür ki, həmin qərardadla Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(117)-148/2022 nömrəli icra sənədi üzrə icraatın dayandırılması barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından Balakən rayon X1 şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli icraatın təzələnməsi haqqında qərardan görünür ki, həmin qərarla Şəki Kommersiya Məhkəməsinin 2-12(117)-18/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsini,barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək hesab edirəm ki, fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İş materiallarından görünür ki, fərdi sahibkar Şəxs Balakən rayon X2 məxsus olan , Balakən şəhəri, R. Səmədov küçəsi, Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsindən çıxarılması və həmin əmlakın Balakən rayon İstehsal-İstehlak Kooperativinə təhvil verməsinə dair Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixli icraata başlamaq haqqında qərarla Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Şöbənin icraatına qəbul edilmiş, Şəxs 10 gün müddətində könüllü icranı təmin etməsi təklif olunmuşdur. Şəxs icra sənədinin verilməsinə əsas olmuş tələblə bağlı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyinə görə Balakən Rayon İcra və Probasiya Şöbəsinin 04 noyabr 2023-cü il tarixli qərarı ilə Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-18/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Tələbkar Balakən rayon X3 icra işinin icraatının dayandırılmasına dair həmin qərardan Şəki Kommersiya Məhkəməsinə şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-2(117)-20/2023 nömrəli qərardadı ilə Balakən rayon İstehsal- İstehlak Kooperativinin şikayəti təmin edilməmişdir. Heç bir əsas olmadan, qərarda heç bir əsas göstərmədən, Şəxs Şəki İnzibati Məhkəməsində olan iddiası üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almadan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 24 iyul 2024-cü il tarixli qərar ilə Şəki Kommersiya Məhkəməsinin 2-12(117)- 18/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat təzələnmiş və icra tədbirləri həyata keçirilmiş, sonra isə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə iş materiallarından görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının özlərinin hərəkət və tələbləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı işdə icra məmurunun tələbləri qanuni olmadığından və borclu Şəxs icra sənədini üzrlü səbəbdən icra etmədiyindən hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Fərdi sahibkar Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-387/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-387/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver