Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-388/2024 12.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, xx xxxxxxx 1977-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Cəbrayıl rayonu Balyand kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki olaraq yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 480-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin iyun ayında Türkiyə Respublikasının Gürcüstanla sərhəddəki «Sarp» adlı gömrük sərhəd buraxılış məntəqəsində yerləşən «Duty Free» adlı mağazadan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 560 manat dəyərində 31 qutu «Marlboro touch gray», 29 qutu «Marlboro touch one», 10 qutu «Marlboro ebge smell less» və 10 qutu «X8» siqaretlerini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi «Mersedes-Benz» markalı 99VY214 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasında salonun sağ və sol çöl tərəfindəki dolabların döşəmələrinin altında, həmçinin sərnişin oturacağının arxa tərəfdən zəncirbəndin üzlüyünün arxasında gizlətməklə 17 iyun 2024-cü il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən «Mazımqara» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinirn Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsilə 17 avqust 2024-cü il tarixli 10000- 00072/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi X1 Vasif Veysəl oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsilə tərtib olunmuş 17 avqust 2024-cü il tarixli 10000-00072/24 nömrəli inzibati xəta haqqında protokolu müdafiə edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan 08 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 3-33/1-031765/2024 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 206 və 213-1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayə işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, 3-33/1-031765/2024 nömrəli materialdan Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsilə material ayrılması və ayrılmış material üzrə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsindən ötrü Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə göndərilməsi, maddi sübutun-ekspertitza tədqiqatından sonra qalıq sayı 74 qutu olan 29 qutu «Marlboro touch gray», 27 qutu «Marlboro touch one», 9 qutu «Marlboro edge smell less», 9 qutu «X8» markalı tutun məmulatının-siqaretin «Azərterminalkompleks» Birliyinə saxlanca təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin iyun ayında Türkiyə Respublikasının Gürcüstanla sərhəddəki «Sarp» adlı gömrük sərhəd buraxılış məntəqəsində yerləşən «Duty Free» adlı mağazadan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 560 manat dəyərində 31 qutu «Marlboro touch gray», 29 qutu «Marlboro touch one», 10 qutu «Marlboro ebge smell less» və 10 qutu «X8» siqaretlərini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi «Mersedes-Benz» markalı 99VY214 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasında salonun sağ və sol çöl tərəfindəki dolabların döşəmələrinin altında, həmçinin sərnişin oturacağının arxa tərəfdən zəncirbəndin üzlüyünün arxasında gizlətməklə 17 iyun 2024-cü il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən «Mazımqara» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirməsi 08 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla yanaşı, 17 iyun 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla, xx.xx.2024-cü il tarixli Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş əməliyyat müvəkkili Samir İbadovun raportu ilə, xx.xx.2024-cü il tarixli Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin rəisi Emil Kərimovun raportu ilə, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokolla və həmin protokola əlavə olunmuş 01 ədəd DVD diski və fotoşəkillərlə, Şəxs 17 iyun 2024cü il tarixli izahatı ilə, kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-bioloji ekspertitzasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1028-9/4908 nömrə rəyi ilə, Azərbaycan Respublikası Dövlət X4 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmovun həmin komitənin «Azərterminalkompleks» Birliyinin direktoru Kənan Aşurluya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla, məhkəmənin qərarınadək götürülmüş malların «Azərterminalkompleks» Birliyinin saxlanc anbarına qəbul edilməsi haqqında 26 iyul 2024cü il tarixli 113S/2024 nömrəli aktla, 17 avqust 2024-cü il tarixli 10000-00072/24 nömrəli inzibatii xəta haqqında protokolla və işdə olan digər yazılı sübutlarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1028-9/4908 nömrəli rəyindən görünür ki, aksiz markası olmayan «Marlboro touch gray» markalı, ştrix kroduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaretin mitqdarı 31 qutu, bir qutunun qiyməti 7 manat olmaqla ümumi qiyməti 217 manat, aksiz markası olmayan «Marlboro touch gray» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaret miqdarı 29 qutu, bir qutunun qiyməti 7 manat olmaqla ümumi qiyməti 203 manat, aksiz markası olmayan «Marlboro edge lesse smell» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaret miqdarı 10 qutu, bir qutunun qiyməti 7 manat olmaqla ümumi qiyməti 70 manat, aksiz markası olmayan «X8» markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filtrli siqaret miqdarı 10 qutu, bir qutunun qiyməti 7 manat olmaqla ümumi qiyməti 70 manat təşkil edir; tədqiqata təqdim edilmiş adları və sayları cədvəl № 1-də göstərilmiş tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur; ekspertiza tədqiqatına təqdim edilən 4 adda tütüün məmulatlarının xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 560,00 manat müəyyən edilir. 31 qutu «Marlboro touch gray» markalı siqaretlərin 2 qutusu, 29 qutu Marlboro touch gray» markalı siqaretlərin 2 qutusu, 10 qutu Marlboro edge lesse smell» markalı siqaretlərin 1 qutusu və «X8» markalı siqaretlərin 1 qutusu tədqiqata sərf edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda,Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479- 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyində saxlanılan ekspertiza tədqiqatından sonrakı say həcmində malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Şəxs fiziki şəxs olduğu üçün iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş inzibati xətanın bilavasitə obyekti olan, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyində saxlanılan 31 qutu «Marlboro touch gray», 29 qutu «Marlboro touch one», 10 qutu «Marlboro ebge smell less» və 10 qutu «X8» siqaretlərinin ekspertitza tədqiqatından sonra qalıq sayı olan 29 qutu «Marlboro touch gray», 27 qutu «Marlboro touch one», 9 qutu «Marlboro edge smell less» və 9 qutu «X8» markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin). İş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-388/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-388/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver