Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-389/2020 08.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Katex kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimenti X2 ödəməlidir. O alimenti ödəməmiş, onun 850 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən xx xxxxxx 2016-cı il tarixdən başlayaraq 12 fevral 2011-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimenti X2 ödəməlidir. O, alimenti həmişə vaxtında ödəmişdir. Bir müddət xəstə və işsiz olduğundan onun aliment borcu yaranmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə 200 manat ödəniş etmişdir. Hazırda onun 850 manat aliment borcu vardır. Aliment borcundan xx xxxxxx 2020-ci il tarixdə 300 manat yenə də ödəniş etmiş, 550 manat borcu qalmışdır. Qalan 550 manat aliment borcunu isə dekabr ayının sonuna kimi tam ödəyəcəkdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid göstərdi ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X9 qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimenti X2 ödəməlidir. Şəxs alimenti bir neçə ay ödəməmiş, hazırda onun 850 manat borcu yaranmışdır. O,bu gün aliment borcundan 300 manat da ödəmiş, onun 550 manat aliment borcu qalmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2012ci il təvəllüdlü X9 qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub X1 ödənməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs 850 manat borcu olmasını, xx xxxxxx 2020-ci il tarixdə həmin borcdan 300 manat ödəniş etməsini, qalan borcunu da qısa müddətdə ödəməyə söz verməsini, borcunu maddi imkanı olmadığından ödəməməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-389/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-389/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver