Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-389/2024 05.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, xx.xx.1969-cu ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə müştərək borclu Şəxs həmin icra sənədi üzrə ödənilməmiş qalan 13305 manat borcu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Balakən Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 3(019)-389/2024 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, Azərbaycan Respublikası Konstitutsiyasının 64-cü maddəsi və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində təsbit edilmiş non bis in idem prinsipi-eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi və məhkum edilə bilməməsi və əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsasları ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2024-cü il tarixli 3(107)-316/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 3(019)-389/2024 nömrəli qərarı ləğv edilmiş, izibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə2 izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs və X2 26610 manat məbləğ tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Şəxs həmin 26610 manat borcdan 13305 manat ödəmişdir və qalan borcu isə ödəmir. Şəxs başqa qazancı, tələb yönəldilə biləcək daşınmaz və daşınar əşyaları müəyyən edilməmişdir. Odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra icra sənədinə əsasən ondan və X2 26610 manat məbləğ tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. O, həmin 26610 manat borcdan özünə aid 13305 manat tələbkara ödəmiş, X4 öldüyündən qalan 13305 manat borc da ondan tələb edilir. Onun iş yeri, başqa qazancı, tələb yönəldilə biləcək daşınmaz və daşınar əşyaları yoxdur. Özü xəstədir, ayaqlarında venaların varrikoz genişlənməsi vardır.Ona vaxtlı-vaxtında müalicə olunmaq tələb olunur.Lakin bu müalicənin aparılması üçün vəsaiti yoxdur.Odur ki,borcun qalan hissəini ödəyə bilməyəcəkdir.Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki,Şəxs ilə 15 ildir ki,tanışdırlar.Şəxs onun qohumlarının qızıl zinət əşyalarının satışı ilə məşğul olduqlarını bilirdi. Samirə ondan xahiş etmişdir ki, qohumlarından qızıl zinət əşyaları götürüb satsın.O da Şəxs zamin olmuşdur.Bir müddət sonra Şəxs bildirmişdir ki,götürdüyü qızıl zinət əşyalarını qonşusu Şölə adlı qadına verib.O,həmin şəxsi tanımır.Hazırkı işlə də bağlı Yasamal Rayon Məhkəməsində cinayət işi açılmışdır.İşə məhkəmədə baxılan vaxt Şəxs “qaçıb” Balakən rayonuna getmişdir.O,borcun müştərək qaydada ödənilməsinə razı olmamış, çünki o,Şölə adlı qadını tanımamışdır.Qızıllar Şəxs verilmişdir.Şölə xanım məhkəmədə ifadə verərkən bildirmişdir ki, borcun əvəzinə Şəxs “şubalar”, “xalçalar”, “məişət avadanlıqları”, “paltar və qab yuyan maşınlar” vermişdir. O da Samirənin evində dəfələrlə olmuş və bunları görmüşdür. Şölə xanım cəza çəkdiyi müddət ərzində ölmüşdür. Samirə ona dəfələrlə demişdir ki, “sənə xalça verim, şuba verim” o, isə razılaşmamışdır. Ümumi borcdan ona 13 000 manat ödənilib, qalan 13 000 manatı Şəxs ödəməlidir. Şəxs bildirir ki, qalan 13 min manat borcu ödəməyəcəkdir. Şəxs əvvəl məhkəmədə bildirib ki, xərçəng xəstəsidir. İndi də bildirir ki, varikoz xəstəsidir, heç yerdə işləyə bilmir. Şəxs borcun əvəzində ona daş karxanası və ev təklif edib. O da daş karxanasını və evi satmasını bildirərək onun borcunu ödəməsini demişdir. Şəxs borcunu ödəməyə maddi imkanı var.Şəxs öz qohumları bildirirlər ki, onun borcu ödəməyə maddi imkanı vardır. Şəxs əri Rusiya Federasiyasında işləyir, oğlu da xarici avtomobillərin təmiri servisində işləyir. Şəxs onun pulunu ödəməlidir, ödəməyəcəyi təqdirdə barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclu Şəxs və X2 müştərək qaydada 26610 manat məbləğ tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 13305 manat pul ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 3980/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra icra sənədi üzrə borcu tələbkara ödəməkdən imtina etməsi və bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2410 saylı arayışından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü məhkum X4 xx.xx.2018-ci il tarixdə 4 saylı cəzaçəkmə müəssisəsinin müalicə müəssisəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 sentyabr 2019cu il tarixli qərarından görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 37/2019 saylı 12 mart 2019-cu il tarixli hökmünün hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 1(001)-37/2019 saylı icra sənədi icra olunana kimi Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin müstəntiqinin 23 noyabr 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon İcra Hakimiyəti başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 avqust 2024-cü il tarixli 158 nömrəli arayışından görünür ki, Qarayeva X1 İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabın 152-ci səhifəsindəki 165 saylı təsərrüfatda qeydiyyatdadır və hal-hazırda Gərəkli kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 3(107)-316/2024 nömrəli qərarından görünür ki,həmin qərarla Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 3(019)-389/2024 nömrəli qərarın ləğv edilməsi,inzibati xəta haqqında işin yenindən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsini, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə ona cərimə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-37/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs və X2 müştərək qaydada 26610 manat məbləğ tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmin icra sənədi icraya yönəldilmişdir.Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 13305 manat pul ödəmiş,bununla da öz payına düşən borcu ödədiyini, borcun qalan hissəsini ödəyə bilməyəcəyini bildirərək icra məmurunun borcun ödənməsinə dair qanuni tələbini yerinə yetirməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallraından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilən hüquqi yardımla bağlı 04 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 24 manat tutulub Vəkil2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASCin X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutara qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 24 manat tutulub Vəkil2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-389/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-389/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver