Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-389/2025 10.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, FİN- xxxxxxx, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Muradov X3 Rayon Məhkəməsinin 2(019)-1756/2016 nömrəli xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə birgə nikahlarından 26 aprel 2010-cu ildə anadan olmuş X2 və 01 aprel 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. O,alimenti ödəməmiş,onun 12604 (on iki min altı yüz dörd) manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə göstərdi ki, Muradov X3 Rayon Məhkəməsinin 2(019)-1756/2016 nömrəli 25 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə birgə nikahlarından 26 aprel 2010-cu ildə anadan olmuş X2 və 01 aprel 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 12604 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, əksinə çağırışlara gəlməmiş, qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan edilmişdir. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1756/2016 nömrəli 25 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs onunla birgə nikahlarından 26 aprel 2010-cu ildə anadan olmuş X2 və 01 aprel 2013cü ildə anadan olimuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Şəxs aliment borcunu ödəməmiş, onun hazırda 12604 manat borcu vardır. Aliment borcunu tələb edir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-1756/2016 nömrəli 25 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə birgə nikahlarından 26 aprel 2010-cu ildə anadan olmuş X2 və 01 aprel 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. O, aliment borcunu ödəməmiş, onun hazırda 12604 manat borcu vardır. Maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilmir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-1756/2016 nömrəli 25 avqust 2016cı il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Şəxs 26 aprel 2010-cu ildə anadan olmuş X2 və 01 aprel 2013-cü ildə anadan olimuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 03 oktyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki,Balakən Rayon Məhkəməsinin 2(019)- 1756/2016 nömrəli 25 avqust 2016-cı il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cü il tarixli qərardadının surətindən görünür ki,həmin qərardadla borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti Balakən Rayon Məhkəməsininin xx.xx.2016-cı il tarixli 2(019)-1756/20216 nömrəli icra sənədi üzrə borc ödənilənədək məhdudlaşdırılmışdır. İşdə olan 11 iyul 2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(019)-308/2019 nömrəli qərarından görünür ki, Muradov X3 Rayon Məhkəməsinin yuxarıda qeyd olunan icra sənədinin icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 12 gün müddətə inzibati həbs edilmişdir. İşdə olan xx.xx.2019-cu,xx.xx.2020-ci, 05 sentyabr 2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını,onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,13 (on üç) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 10 oktyabr 2025-ci il saat 15:00-dan dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-389/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-389/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver