Məhkəmə qərarları › İş №3(019)-39/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-39/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-39/2021 15.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 iştirakı ilə X4 Balakən Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X8 məhkəməyə şikayət ərizəsi verərək, Balakən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 məhkəməyə ərizə ilə müraciət edərək, şikayət ərizəsini dəqiqləşdirib, Balakən Rayon Polis Şöbəsinin rəis müavini X10 onun barəsində olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində inzibati xəta tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Balakən Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən cərimə edilmişdir. Bu qərarı əsassız hesab edir. Belə ki, o, «Janet» Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazasında satıcı vəzifəsində işləyir. Bununla bağlı elektron portalda bütün qeydiyyatlar mövcuddur. «Janet» Məhdud Məsuliyyətli Cəmiyyəti Rusiyanın çoxsaylı zavodlarından Azərbaycan Respublikasına birbaşa ərzaq məhsulları idxal edir və həmin məhsulların satışını respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən mağazalarında satışını təşkil edir. Belə ki, şirkətin Bakı şəhəri, İsmayıllı, Oğuz və Balakən şəhərlərində topdan-pərakəndə mağazaları fəaliyyət göstərir. Bunun üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi icazə sənədi mövcuddur. Digər tərəfdən, şirkət Azərbaycan Respublikasının Vergilər Nazirliyində qida satışını həyata keçirən şirkət kimi 47290 fəaliyyət kodu ilə qeydiyyatdan keçir. Həmçinin bildirir ki, sərt karantin və hərbi vəziyyət dövrlərində belə şirkətin bütün əməkdaşlarının fəaliyyət göstərmələrinə icazə verilmişdir. Birinci karantin dövründə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları dəfələrlə müvafiq icazə sənədlərinə məhəl qoymadan mağazanın əsassız olaraq bağlanmasını tələb etsələr də, şirkətin rəhbərliyi Nazirlər Kabinetinin yanında Operativ Qərargaha və 102 xidmətinə şikayət edərək, haqlarını bərpa etmiş və mağaza öz fəaliyyətini davam etdirmişdir. Şirkət rəhbərliyinin bu şikayətini onun etdiyini düşünən polis əməkdaşları ona qarşı qərəzli mövqe tutmuşlar. İkinci karantin dövründə yenidən mağazaya polis əməkdaşları tərəfindən təzyiqlər davam etmiş və şirkətin əməkdaşı olmasına baxmayaraq, şirkətə deyil, ona qarşı qanunsuz inzibati cərimə tətbiq edilmişdir (fəaliyyət qanunsuz olduğu halda inzibati cərimə şirkət əməkdaşına deyil, şirkətə tətbiq olunur). Dəfələrlə bunu tələb etməsinə baxmayaraq, onlardan şikayət etməsini deyən polis əməkdaşları cəriməni ona tətbiq etmiş və müxtəlif növ təzyiqlər göstərərək, mağazanın fəaliyyətini qanunsuz şəkildə dayandırmışlar. Şirkət rəhbərliyi Balakən Rayon Polis Şöbəsinin rəisinin və onun əməkdaşlarının qanunazidd əməlləri haqqında Azərbaycan Respublikasının Prezidentinə və Birinci Vitse-Prezidentinə şikayət ünvanladıqdan sonra Balakən Rayon Prokurorluğu müvafiq araşdırma aparmış və faaliyyətinin qanuni olduğunu təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdən mağaza yenidən öz fəaliyyətini davam etdirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin olunmasını xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəis müavini X10 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən X8 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Balakən Rayon Polis Şöbəsinin rəis müavini X10 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sistemə daxil edilməsi xx.xx.2019-cu il tarix göstərilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində həmin müqavilənin işə götürən «Janet» Məhdud Məsuliyyətli Cəmiyyəti adından onun direktoru X11 ilə işçi X8 arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bağlandığı və müddətli olduğu, Umarova Rəbiyyə Məhəmməd qızının əmək müqaviləsi üzrə mağazada satıcı kimi işə götürüldüyü göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin “Janet” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 55/1090 nömrəli məktubunda göstərilir ki, Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinə xx.xx.2020-ci il tarixli, **********0 və **********1 nömrəli müraciətlərinə müvafiq qaydada baxılmış və pərakəndə satış xidməti qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. Belə ki, müraciətləri ilə bağlı Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 303 saylı qərarına əsasən tərəflərindən qanunla nəzərdə tutulmuş qaydada müvafiq qiymətləndirmə aparılmış, bununla da 08-Q-00128 və 48-Q-00064 qeydiyyat nömrəli Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışlar tərtib edilmişdir. Tərəflərindən onlara müvafiq məlumatın verildiyi halda sözügedən sənədin götürülməsi üçün Azərbaycan Respublikasının “Lisenziya və icazələr haqqında” Qanununun 19.10-cu maddəsinə əsasən 08-Q-00128 və 48-Q-00064 qeydiyyat nömrəli çıxarışlar yaşadıqları ünvana göndərilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X7 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi 08-Q-00128 olan çıxarışdan görünür ki, “Janet” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən mağaza içki və tütün məmulatları da daxil olmaqla əsasən yeyinti məhsullarının pərakəndə satışı ilə məşğuldur. Bu çıxarışla təsdiq olunur ki, Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş «icaze.e-gov.az/Permission» portalından çıxarışdan 2700R16 kod üzrə satıcı X1 dövründə satıcı kimi «Janet» Məhduda Məsuliyyətli Cəmiyyətinə məxsus yeyinti məhsulları mağazasında fəaliyyət göstərməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, «Janet» Məhdud Məsuliyyətli Cəmiyyəti adından onun direktoru X11 ilə işçi X8 arasında bağlanmış əmək müqaviləsinə əsasən Rəbiyyə Umarova cəmiyyətin Balakən şəhərində fəaliyyət göstərən mağazasında satıcı kimi işə götürülmüş, “Janet” Məhdud Məsuliyyətli Cəmiyyəti Balakən şəhərində fəaliyyət göstərən mağazanın qida təhlükəsizliyi qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinə xx.xx.2020-ci il yarixli, **********0 və **********1 nömrəli müraciətlər etimiş, həmin müraciətlərə baxılmış və cəmiyyətin Balakən şəhəri üzrə fəaliyyət göstərən pərakəndə satış xidməti qida təhlükəsizliyi qeydiyyatına alınmış və bu məqsədlə Azərbaycan Respublikasının “Lisenziya və icazələr haqqında” Qanununun 19.10-cu maddəsinə əsasən 08-Q-00128 və 48-Q-00064 qeydiyyat nömrəli çıxarışlar ünvana göndərilmiş, Azərbaycan Respublikasının Qida X7 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi 08-Q- 00128 olan çıxarışla “Janet” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazaya içki və tütün məmulatları da daxil olmaqla əsasən yeyinti məhsullarının pərakəndə satışı ilə məşğul olmasına icazə verilmiş və bu çıxarışla qida məhsulları sahəsində fəaliyyət göstərən həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması təsdiq edilmiş, «icaze.e-gov.az/Permission» portalından çıxarışla 2700R16 kod üzrə satıcı X2 dövründə, o cümlədən xx.xx.2020-ci il tarixdə «Janet” Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən şəhərində fəaliyyət göstərən mağazasında ərzaq satışına icazə verilmişdir. İşdəki sübutlarla birmənalı şəkildə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə «Janet” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazada içki və tütün məmulatları da daxil olmaqla əsasən yeyinti məhsullarının pərakəndə satışının həyata keçirilməsi tam qanuni olmuş və həmin vaxt həmin mağazada X4 ərzaq məhsullarının satışının həyata keçirilməsinə icazəsi olmuşdur. Başqa sözlə xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istinad olunan xx.xx.2020-ci il tarixdə X9 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli, 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında x xxxxxx 2020-ci il tarixli, 443 №-li Qərarı ilə təsdiq edilmiş əlavədə karantin rejimi dövründə ərzaq mağazalarının fəaliyyətinə icazə verilmişdir. İşdəki sübutlardan da görünür ki, xx.xx.2020ci il tarixdə X3 kimi işlədiyi Janet” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazada ərzaq mağazası kimi yeyinti məhsullarının pərakəndə satışının həyata keçirilməsi barədə müvafiq icazə olmuş və buna görə də həmin tarixdə mağazada ərzaq məhsullarının satışı həyata keçirilməklə karantin rejimi qaydalarının pozulması halı baş verməmişdir. Bundan əlavə hətta xx.xx.2020-ci il tarixdə «Janet” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən mağazanın fəaliyyət göstərməsi ilə karantin rejimi qaydalarının pozulması halı müəyyən olunsaydı belə, onda buna görə X8 deyil, mağazanın məxsus olduğu «Janet” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı və tənbeh edilməli idi. Bu halda X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola və onun əməlində həmin inzibati xətanın tərkibi ola bilməzdi. Lakin iş üzrə qanuni araşdırılma aparılmadan və işin qeyd olunan hallarına əhəmiyyət verilmədən X8 barəsində əsassız olaraq xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuş və o, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Halbuki işdəki sübutlardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş vəzifəli şəxslər tərəfindən X4 xx xxxxxx 2020-ci il tarixdə karantin rejimi qaydalarını pozması və bununla da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması və onun həmin xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəmyə təqdim edilməmiş, X4 ona istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişlər. Halbuki qanuna görə bu vəzifə həmin vəzifəli şəxslərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Ona görə də sözügedən xx xxxxxx 2020-ci il tarixli qərar ləğv olunmalı və X8 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X4 şikayəti əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəis müavini X10 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X4 şikayəti təmin edilsin. Balakən Rayon Polis Şöbəsinin rəis müavini X10 X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar