Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-39/2022 07.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs 03.12.2021-ci il tarixdə saat 04 radələrində Balakən rayonu Gərəkli kəndində yaşayan keçmiş həyat yoldaşı X4 evinə gələrək evi yandırması və nəticədə əmlaka 2060 manat ziyan vurması əsası ilə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 yanvar 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Keçmiş həyat yoldaşı Günay Anayeva ilə 2017-cı il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Onunla birgə nikahından 2 azyaşlı uşaqları vardır. Onlar məhkəmənin qərarına əsasən Günay Anayeva ilə birlikdə yaşayırlar. O, 2-3 aydır ki uşaqlarını görmür. 02 12.2021 -ci il tarixdə axşam saatlarında evdə tək əyləşib spirtli içki qəbul edərək, sərxoş olmuş, 03.12.2021 -ci il tarixdə gecə saat 02 radələrində uşaqlarını görmək üçün Günay Anayevanın kirayədə yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən, Gərəkli kənd sakini Abdull Bodurova məxsus evə özünə məxsus atla getmişdir. Həmin evə çatdıqda azyaşlı oğlu Eyvazı çağırmağa başlamışdır. Lakin onların evdə olmadığını görərək əsəbləşmiş, evin zirzəmisinə daxil olaraq oradakı 1 ədəd kartof və 1 ədəd soğan kisəsini yerə dağıtmış, sonra zirzəmidən çıxaraq həyətdəki su çəninin yanına su içmək üçün getdikdə ayağı oradakı plastik boruya dəymiş və həmin boru sınmışdır. Sonra o, Günay Anayevanın yaşadığı evin içərisinə daxil olmaq istəmiş, lakin evin giriş qapısında qıfıl olmuşdur. O, əliylə bərkdən itələyərək qapını açmış, bu zaman qıfıl açılmışdır. Evin birinci otağına daxil olduqda heç kimin olmadığını görmüş və otaqda olan qaz sobasının borusunu çıxarmış, oradakı televizoru yerə aşırmışdır. Qaz sobasının borusunu atdığı zaman isə televizor altlığının şüşəsi sınmışdır. Həmin otaqdada olan paltar ütüsünü və saç ütüsünü də əliylə vuraraq yerə salmışdır. O, acdığından digər otaqda olan soyuducunun qapağını açaraq yeməyə nəsə axtarmış, bu zaman soyuducunun hər iki qapağı açılmamışdır. O da əsəbləşərək, onun qapağını bərk dartdığı zaman soyuducunun hər iki qapısı yerindən bir az qopmuşdur. Soyuducuda yemək üçün heç nə tapmadıqda, yenidən əsəbləşərək, həmin otaqda olan stolu yerə aşırmış, stolun üzərində olan güldanı sınmış, dolabdakı qab-qacağı yerə ataraq sındırmışdır. Sonra divanın üstündə oturduğu zaman şalvarının kəmərinin dəmiri divanın üstündəki parçaya ilişmiş və divan üzlüyü cırılmışdır. Həmin otaqda olan ventilyatoru da əliylə vuraraq yerə salmışdır. Sonra o, evin yataq otağına daxil olmuş, oradakı döşək, yorğan, yastıq və pərdələri çıxararaq yerə atmış, həmin otaqda olan paltar dolabının üzərindəki 2 ədəd şüşələri sındırmışdır, lakin sərxoş olduğundan onları nə ilə sindırdığını xatırlamır. Sonra o, evin həyətinə düşərək, Günayın yaşadığı həmin evin qonşuluğunda yaşayan tanışı Arif Motuxovu çağırmış, ondan çəkmək üçün siqaret götürmüşdür. Günay və uşaqların harada olmalarını ondan soruşduqda, Arif onların 15 gündür ki Poştbinə kəndində yaşadıqlarını, evə gəlmədiklərini ona bildirmişdir. O da çıxıb özünə məxsus olan atla evə getmişdir. Keçmiş həyat yoldaşı Günay Anayeva onun ona etdiyi barışıq təklifini rədd etdiyindən o, əsəbləşərək həmin evdə olan əşyaları qıraraq zədələmiş, dağıtmışdır. Abduli Bodurovla heç bir problemi və düşmənçiliyi yoxdur, sadəcə o, sərxoş olduğundan bu hərəkəti etmişdir. O, Günay Anayevanın kirayədə yaşadığı evi yandırmamış, onu yandırmaq fikri olmamışdır. Vurduğu ziyanının məbləği ilə razı deyildir. Ona görə də ziyanı ödəmək istəmir. İnzibati xəta törətməsini etiraf edir. Əməlindən çox peşmandır, bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsinə baxmayaraq iş üzrə zərərçəkmiş şəxslər X9 və X3 məhkəmə iclaslarına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Ona görə də hazırki işə zərərçəkmiş şəxslər X9 və X1 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla Balakən rayonu Gərəkli kəndində yaşayan X4 və Balakən rayonu Gərəkli kənd sakini X1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə eyni məzmunlu müraciətləri əsasında toplanmış HK-1- 934 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1- ci maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X9 və X2 göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarında olan zərərçəkmiş şəxs X9 izahatında 2017-ci ildə keçmiş əri Balakən rayonu Qullar kənd sakini Şəxs rəsmi olaraq ayrıldığını, buna baxmayaraq Şəxs onunla barışmaq adı ilə onu narahat etdiyini, ayrıldıqdan sonra 2 azyaşlı uşağı ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yerləşən Abduli Bodurova məxsus evdə kirayədə yaşadığını, təxminən 10 gün əvvəl uşaqları ilə birlikdə anası xəstə olduğundan onu baxmaq üçün onun Gərəkli kəndində yerləşən evinə gedərək bu günədək orada qaldığını, 03.12.2021-ci il tarixdə kirayədə yaşadığı evin qonşuluğunda yaşayan Arif Motuxovun ona zəng edərək, keçmiş əri Şəxs 03.12.2021-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı evə gələrək, evin içərisini dağıtdığını, evdəki əşyaları sındırdığını və evi yandırmaq istədiyini, lakin onu sakitləşdirdiyini və evinə yola saldığını ona bildirdiyini, 03.12.2021-ci il tarixdə səhər saat 09:30 radələrində kirayədə yaşadığı evə gəldiyini, bu zaman evin giriş qapısının kilidinin Şəxs tərəfindən sındırıldığını, Cəbrayılın evin içərisinə daxil olaraq evin giriş hissədindəki otaqda olan ona məxsus “Shivakı” markalı televizorun ayağının birini sındırmasını, solda yerləşən qonaq otağındakı ona məxsus 1300 manat dəyərindəki “Vestel” markalı soyuducunun hər iki qapağının, oradakı dolabda olan ona məxsus 300 manat dəyərindəki qab-qacaq dəstinin, 1 ədəd 45 manat dəyərindəki ventilyatorun, 1 ədəd 96 manat dəyərindəki paltar ütüsünün, 1 ədəd 35 manat dəyərindəki saç ütüsünün və evin həyətində olan, ona məxsus su çəninin 30 manat dəyərindəki plastik borularının sındırılmasını gördüyünü, Şəxs evin içərisində olan paltarları, yataq örtüklərini, yorğan-döşək, yastıq, pərdə, qaz sobasını dağıtdığını, evin zirzəmisinin qapısının kilidini sındıraraq oradakı bankaları, kartof və soğanları dağıtdığını, həmçinin Şəxs evin sahibi Abduli Bodurova məxsus evin giriş otağındakı televizor altlığının güzgüsünü, yataq otağındakı paltar dolabının hər iki güzgüsünü, qonaq otağındakı divanın parça üzlüyünü cırdığını, xrustal güldanı sındırdığını gördüyünü, bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini, keçmiş əri Şəxs ona məxsus olan qeyd etdiyi əşyaları sınırması və zədələməsi nəticəsində ona ümumilikdə 1800 manat maddi ziyan dəydiyini bildirmiş, Şəxs onunla barışmaq istədiyini, lakin onunla barışmaq istəmədiyini, bu səbəbdən bu Cəbrayılın bu hərəkəti etməsini zənn etdiyini bildirmişdir. İnzibati xəta haqqında iş materiallarında olan zərərçəkmiş şəxs X3 izahatında Balakən rayonu Gərəkli kəndində ona məxsus olan əlavə yaşayış evinin olduğunu, həmin evi yaşaması üçün həmkəndlisi Günay Anayevaya təmənnasız olaraq kirayəyə verdiyini, Günay Anayevanın 2017-ci ildə keçmiş əri Balakən rayonu Qullar kənd sakini, əvvəllər tanıdığı Şəxs rəsmi olaraq ayrıldığını, Günayın ona məxsus olan evdə 2 azyaşlı uşağı ilə birlikdə yaşadığını, 03.12.2021ci il tarixdə Günay Anayevanın ona zəng edərək, Şəxs həmin tarixdə gecə saat 04 radələrində onun evdə olmadığı zaman evə daxil olaraq evdəki əşyaları sındırmasını, dağıtmasını və zədələməsini ona bildirdiyini, həmin evdə həmçinin ona məxsus olan əşyaların olduğundan dərhal kirayə verdiyi evinə gedib baxdıqda evin giriş hissədindəki otaqda ona məxsus televizor altlığının 40 manat dəyərindəki güzgüsünün, yataq otağındakı paltar dolabının 100 manat dəyərindəki hər iki güzgüsünün, qonaq otağındakı 20 manat dəyərindəki 1 ədəd xrustal güldanın sındırıldığını, divanın 100 manat dəyərindəki parça üzlüyünün cırılmasını gördüyünü, Şəxsla onun arasında hər hansı bir düşmənçiliyinin olmadığını, Cəbrayılın keçmiş həyat yoldaşı Günay Anayevanın özü ilə barışmaması səbəbindən bu hərəkəti etdiyini, Şəxs tərəfindən ona məxsus olan əşyaların sındırılması və zədələnməsi nəticəsində ona ümumilikdə 260 manat maddi ziyan dəydiyini, Şəxs ona məxsus olan evdən oğurluq etmədiyini, həmçinin Cəbrayılın ona məxsus evi yandırmadığını bildirmiş, onun evi yandırmaq istəməsi barədə onun hər hansı bir məlumatının olmadığını qeyd etmişdir. İnzibati xəta haqqında iş materiallarında olan X10 izahatında 03.12.2021-ci il tarixdə saat 04 rardələrində onu həyətdən kiminsə çağıran səsini eşidərək evin həyətinə düşdüyünü, bu zaman onu çağıran şəxsin qohumu Şəxs olmasını gördüyünü, onun sərxoş olduğunu, Şəxs ondan siqaret istədiyini və ondan yaşadığı evin qonşuluğunda kirayədə yaşayan keçmiş həyat yoldaşı Günay Anayevanı və uşaqlarını soruşduğunu, Cəbrayıla onların 15 gündən çoxdur ki kirayədə yaşadıqları evə gəlmədiklərini bildirdiyini, Cəbrayılla birlikdə Günay Anayevanın kirayədə yaşadığı evin həyətinə daxil olduqda orada əşyaların sındırıldığını, zədələdiyini, evin əşyalarının həyətə dağıdıldığını gördüyünü, sonra Cəbrayılı sakitləşdirərək atına mindirdiyini və evinə yola saldığını, həmin gün səhər saatlarında isə Günay Anayevaya zəng edərək yaşadığı evinə keçmiş əri Cəbrayılın gələrək evin əşyalarını dağıldaraq həyətə atmasını bildirdiyini, Şəxs həmin evə daxil olaraq evin əşyalarını sındırması və zədələyib dağıtmasını görmədiyini, sonradan Cəbrayılın özünün onu çağırdığı üçün həmin evin həyətinə getdiyini, evin həyətinə atılmış əşyaları gördükdə onların Cəbrayıl tərəfindən dağıdıldılmasını bildiyini, yanında olduğu zaman Şəxs həmin evi yandırmaq istəmədiyini və buna cəhd etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, X4 Balakən rayonu Gərəkli kəndində kirayədə yaşayan evində olan əşyaların Şəxs tərəfindən qəsdən sındırılması, dağıdılması və zədələnməsi nəticəsində ona dəymiş maddi ziyanın məbləği 1800 manat, Şəxs tərəfindən X1 əşyalarının sındırılması, dağıdılması və zədələnməsi nəticəsində ona dəymiş maddi ziyanın məbləği 260, ümumilikdə zərərçəkmiş şəxslərin əmlakına vurulmuş maddi ziyanın məbləği 2060 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının məzmunundan görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Şəxs 03.12.2021-ci il tarixdə saat 04 radələrində Balakən rayonu Gərəkli kəndində yaşayan keçmiş həyat yoldaşı X4 yaşıdığı evə gələrək, X6 və X2 məxsus əşyaları qəsdən sındırmış, dağıtmış və zədələmiş, bununla da İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edlilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılığı kimi məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş 2060 manat məbləğində ziyanın bir misli məbləğdə (2060 manat) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-39/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-39/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver