Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-39/2025 24.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə baxılmağa hazırlanması zamanı, müəyyənetdi: Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında xx.xx.2024-cü il tarixli, EQ23962261 saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ23962261 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə İXP ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İş materiallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, o, xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə təqsirli bilinərək cərimə edilmiş, həmin qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməmiş xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-39/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-39/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver