Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-390/2021 06.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə Mirvahid oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Əmrulla oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1979-cu ildə Balakən rayonunun Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Kortala kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 20.10.2021-ci tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə Balakən rayonu Kortala kəndində Zərərçəkmiş şəxs Əmrulla oğlunun ünvanına ucadan nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Kortala kənd sakini Zərərçəkmiş şəxs Əmrulla oğlunun DİN-in 102- xidmətinə zəngi ilə bağlı Balakən rayon Polis Şöbəsinin məsul növbətçisi , polis kapitanı Elçin Əyyubovun raportu əsasında, onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri alınmış və Balakən rayonu Kortala kəndində yaşayan xx xxxx 1979-cu il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, Balakən rayonunun Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 20.10.2021-ci il tarixdə o, yemək yeyən zaman üç nəfərə 1 litr spirtli içki qəbul etmişdirlər. Həmin günü saat təxminən 15 radələrində Balakən rayonu Kortala kəndinin mərkəzində olarkən kənd sakini olan Zərərçəkmiş şəxs görmüşdür. Seyid, ondan nə üçün qızının toyuna dəvət etməməsini soruşmuşdur. O, da cavabında demişdir ki, məsləhət bilmədiyi üçün onu toya dəvət etməmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. O, da əsəbini cilovlaya bilməyib onu söymüşdür. Bundan sonra oraya çoxlu sayda adamlar yığışmışlar və onları aralamışlar. Zərərçəkmiş şəxs öz avtomobilinə əyləşib oradan uzaqlaşmış,özü də onun arxası ilə onun evinə getmişdir. Qapını açıb içəri daxil olduqdan sonra Seyid, onunla mübahisə etməyə başlamış və ünvanına nalayiq söyüşlər söymüşdür. O da onun söyüşlərini özünə qaytarmışdır. O, Seyidgildə olduğu zaman oğlu- İlkin gəlib onu sakitləşdirib evə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Seyid ondan DİN-nin 102 xidmətinə və Balakən RPŞ-nə ərizə yazmışdır, əməlindən peşimandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Əmrulla oğlu göstərdi ki, Balakən rayonunu Kortala kəndində ailə üzvlərilə birlikdə yaşayır.X1isidir. Şəxs onun həmkəndlisidir. Onunla həmişə yaxşı münasibətdə olmuş, aralarında hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 20.10.2021-ci il tarixdə saat təxminən 15 radələrində o, Balakən rayon, Kortala kəndinin mərkəzində olmuş, həmin vaxtı kənd sakini Elşəni görmüşdür. Elşən, ona qarnını nə üçün qabağa verib dayandığını demiş, o da cavabında bildirmişdir ki, “səndən küsmüşəm, qızının toyuna məni çağırmamısan”. Bundan sonra Elşən ona “sən kimsən, haranın zibilisən ki, mən səni çağırım” demişdir. Bundan sonra onlar arasında mübahisə olmuş, Elşən uca səslə ona deyilməsi mümkün olmayan nalayiq sözlər demişdir. O, hadisənin böyüməməsi üçün oradan uzaqlaşmışdır. Evə gəldikdən sonra həyətyanı sahədə iş gördüyü zaman qapı açılmış və Elşən sərxoş vəziyyətdə həyətə daxil olub yenidən ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, Elşənə “ gəl sakitləş və söhbət edək” demiş, lakin o, yenə də öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Elşənin oğlu- İlkin onun həyətinə gələrək, Elşəni götürüb aparmışdır.Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 dekabr 2021-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 05.12.2021-ci il saat 11:00-da inzibati qaydada tutulmuş, 06 dekabr 2021-ci il tarixdə saat 10:50-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar yoxdur, hadisəni sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini,məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs 05.12.2021-ci il saat 11:00-dan 06 dekabr 2021-ci il saat 10:50-yə kimi inzibati qaydada tutulub saxlandığından həmin bir gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, 04 (dörd) gün müddətə inzibati həbs edilsin. Onun bir gün tutulub saxlandığı müddət inzibati həbs müddətinə daxil edilib həmin müddətdən çıxılsın ,üzərində qəti olaraq 03 (üç) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 06 dekabr 2021-ci il tarixdən saat 12:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-390/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-390/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver