Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-390/2024 02.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X16, zərərçəkmiş şəxslər X12 və X21, zərərçəkmiş şəxslər X12 və X21 qanuni nümayəndəsi X4, Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Balakən Rayon Polis Şöbəsindən (bundan sonra Balakən RPŞ) daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Balakən rayonu Qullar kəndində yerləşən yaşadıqları evdə azyaşlı övladları X17 və X23 döyərək onlara qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi X27 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilmiş və uşaqları həqiqətən də döydüyüün etiraf etmiş, lakin işin halları ilə bağlı izahat verməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həbibov X18 RPŞ-də verdiyi izahatında isə göstərmişdir ki, 2013-cü il tarixdə Balakən rayonu Gərəkli kənd sakini X13 ilə evlənmiş, bu nikahdan 10 yaşında oğlu Muhəmməd və 9 yaşında qızı Saida doğulmuşdur. Təxminən 2 il bundan əvvəl o, Məyrəm Şaşkayeva ilə məhkəmə qaydasında boşanmış, məhkəmə qətnaməsinə əsasən uşaqlar onun himayəsində qalmışdır. Boşanmamışdan yoldaşının onunla ayrı yaşaması və uşaqlarından imtina etməsi səbəbindən uşaqları Balakən şəhərində yerləşən internat məktəbinə qoymuşdur. 2023-cü il tarixdə Ucar rayonu Qulabənd kənd sakini X8 ilə qeyri- rəsmi evlənmişdir. Samirə bir müddət uşaqlara baxdıqdan sonra təxminən 2 gün olardı ki, atası Əsədullah ona zəng edib Samirənin atası və qardaşının gəldiyini bildirmişdir. Sonra Samirə atası ilə birlikdə gətirdiyi bütün əşyaları da götürüb Ucar rayonuna getmişdir. Sonuncu getdikdən sonra o, uşaqlara baxa bilməməsi səbəbindən uşaqları bir həftə qalsın deyə Məyrəmin qardaşı Rəfail Şaşkayevə vermişdir. Uşaqları Saida və Muhəmmədin yola çıxmaları və xalçanı yandırmaları üstündə tənbeh etmək məqsədi ilə vurmuşdur. Keçmiş həyat yoldaşı Məyrəm Şakayevanın dedikləri həqiqəti əks etdirmir. Uşaqları ondan ayrıldıqdan sonra hirsini çıxmaq məqsədi ilə döyməmişdir. Atası Əsədullah isə uşaqları evdən oğurluq etmələri və nadinclik etmələri üstündə döymüşdür. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında, həmçinin Balakən RPŞ-də qanuni nümayəndəsi olan anası X4 və Balakən RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X24 izahatında 2022-ci il tarixdə atası Şəxs ilə anası Məyrəm Şaşkayevanın boşandığını, məhkəmə qətnaməsinə əsasən onun və bacısı Saidanın atası Əlinin himayəsində qaldığını, anası Məyrəmin ayrıldıqdan sonra Bakı şəhərində və sonra isə işi ilə əlaqədar Goranboy rayonunda yaşamağa başladığını, atası Əli isə anası ila ayrıldıqdan sonra Samirə adlı Ucar rayon sakini ilə evləndiyini, bir neçə ay əvvəl yaşadığıqları evdə atası Əli və babası Əsədullah onu və qardaşı Muhəmmədi əsassız yerə əliylə döydüyünü, onları ümumilikdə 2-3 dəfə ayrı-ayrı vaxtlarda döydüyünü, atası Əli onu və bacısı Saidanı yenidən Balakən rayonu Qullar kəndində yerləşən evlərində döydüyünü, bu hadisəni Samirənin də gördüyünü, xx.xx.2024-cü il tarixdə Samirə Ucar rayonunda yaşayan valideynlərini sonuncunu, onu və bacısını atası Əlinin evindən götürərək aparmaları üçün çağırdığını, Samirənin valideynləri gələrək sonuncunu Ucar rayonuna apardığını, lakin atası Şəxs onu və bacısını Samirə ilə getməyə icazə vermədiyini, xx.xx.2024-cü il tarixdə Samirə Ucar rayonuna getdikdən sonra saat təxminən 16 radələrində babası Əsədullahın bacısı Saidanı və onu yenidən yaşadıqları Qullar kəndində yerləşən evdə döydüyünü, Əsədullah taxta parçası onun sol ayağından, Saidanın isə başından və ayağından vurduğunu, sonra babası Əsədullah evdən getdiyi zaman o və Saida evdən çıxaraq atası Əlinin nənəsi Rəisətin Balakən rayonu Qullar kəndində yerləşən evinə getdiklərini, orada Rəisətin onlara nalayiq sözlər deyərək evdən qovduğunu, o və Saida küçəyə çıxdığı zaman atası Əlinin onları gördüyünü, atası Əlinin onları taksi ilə anasının atası, yəni babası Fərhadın yaşadığı Gərəkli kəndində yerləşən evə gətirdiyini və onlari dayısı Rəfailə təhvil verdiyini, anası Məyrəmin də həmin evdə olduğunu, bir neçə ay əvvəl atası və babası onları döyən vaxtı yanlarında Samirənin olduğunu, xx.xx.2024-cü il tarixdə onları döyən vaxtı yanlarında heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında və Balakən RPŞ-də qanuni nümayəndəsi olan anası X4 və Balakən RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X30 izahatında, 2022-ci il tarixdə atası Şəxs ilə anası Məyrəm Şaşkayevanın boşandığını, məhkəmə qətnaməsinə əsasən o və qardaşı Muhammədin atası Əlinin himayəsində qaldığını, Anası Məyrəmin ayrıldıqdan sonra Bakı şəhərində və sonra isə işi ilə əlaqədar Goranboy rayonunda yaşamağa başladığını, atası Əli isə anası ila ayrıldıqdan sonra Samirə adlı Ucar rayon sakini ilə evləndiyini, bir neçə ay əvvəl yaşadığıqları evdə atası Əli və babası Əsədullahın onu və qardaşı Muhəmmədi əsassız yerə əliylə döydüyünü, onları ümumilikdə 2-3 dəfə ayrı-ayrı vaxtlarda döydüyünü, atası Əli onu və qardaşı Muhəmmədi yenidən Balakən rayonu Qullar kəndində yerləşən evlərində döydüyünü, bu hadisəni Samirənin də gördüyünü, xx.xx.2024-cü il tarixdə Samirə Ucar rayonunda yaşayan valideynlərini sonuncunu, onu və qardaşını atası Əlinin evindən götürərək aparmaları üçün çağırdığını, Samirənin valideynləri gələrək sonuncunu Ucar rayonuna apardığını, lakin atası Şəxs onu və qardaşını Samirə ilə getməyə icazə vermədiyini, xx.xx.2024-cü il tarixdə Samirə Ucar rayonuna getdikdən sonra saat təxminən 16 radələrində babası Əsədullahın qardaşı Muhəmmədi və onu yenidən yaşadıqları Qullar kəndində yerləşən evdə döydüyünü, Əsədullah taxta parçası ilə onun başından və ayağından, Muhəmmədin isə sol ayağından vurduğunu, sonra babası Əsədullah evdən getdiyi zaman o və Muhamməd evdən çıxaraq atası Əlinin nənəsi Rəisətin Balakən rayonu Qullar kəndində yerləşən evinə getdiklərini, orada Rəisətin onlara nalayiq sözlər deyərək evdən qovduğunu, o və Muhamməd küçəyə çıxdığı zaman atası Əlinin onları gördüyünü, atası Əlinin onları taksi ilə anasının atası, yəni babası Fərhadın yaşadığı Gərəkli kəndində yerləşən evə gətirdiyini və onlari dayısı Rəfailə təhvil verdiyini, anası Məyrəmin də həmin evdə olduğunu, bir neçə ay əvvəl atası və babası onları döyən vaxtı yanlarında Samirənin olduğunu, xx.xx.2024-cü il tarixdə onları döyən vaxtı yanlarında heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X12 və X21 qanuni nümayəndəsi X1 RPŞdə verdiyi izahatında göstərdiyi hallara istinad edərək, verdiyi izahatında göstərmişdir ki, 2013-cü il tarixdə Balakən rayonu Qullar kənd sakini Şəxs ilə evlənmiş, bu nikahdan 10 yaşında oğlu Muhəmməd və 9 yaşında qızı Saida doğulmuşdur. Təxminən 2 il bundan əvvəl əri ilə məhkəmə qaydasında boşanmış, məhkəmə qətnaməsinə əsasən uşaqlar atasının himayəsində qalmışdır. Əri ilə ayrıldıqdan sonra Bakı şəhərində və sonra isə işi ilə əlaqədar Goranboy rayonunda yaşamağa başlamışdır. Şəxs ondan ayrıldıqdan sonra Samirə adlı Ucar rayon sakini ilə evlənmişdir. Bir neçə ay əvvəl Samirə ona zəng edərək, uşaqların atası Əli və Əlinin atası Əsədullah Həbibov tərəfindən döyülmələrini bildirmiş, Samirə ilə razılığa gəlmiş, bu razılığa əsasən Samirə uşaqları özü ilə Ucar rayonuna aparmağa söz vermişdir. Bu məqsədlə sonuncunun kartına 30 manat pul köçürmüş, keçmiş əri Əlinin onun Samirəyə 30 manat göndərdiyindən xəbəri olandan sonra Samirəni döymüş və sonuncunun əlindən 30 manat pulu almışdır. xx.xx.2024-cü il tarixdə Balakən rayonu Gərəkli kəndinə atası X9 yanına fındıq yığmağa kömək etmək məqsədi ilə getmişdir. Həmin gün axşam Samirə ona zəng edib uşaqları özü ilə birlikdə Ucar rayonuna aparacağını və orada uşaqların döyülməsi ilə bağlı Ucar polisinə müraciət edəcəyini bildirmişdir. Həmin gün keçmiş əri Əli bundan xəbər tutaraq, övladlarını yenidən Balakən rayonu Qullar kəndində yerləşən evində döymüş, bu hadisəni Samirə görmüşdür. xx.xx.2024-cü il tarixdə Samirə Ucar rayonunda yaşayan valideynlərini özünü və uşaqları Əlinin evindən götürərək aparmaları üçün çağırmış, Samirənin valideynləri gələrək sonuncunu Ucar rayonuna aparmış, lakin Şəxs azyaşlı övladlarının Samirə ilə getmələrinə icazə verməmişdir. xx.xx.2024-cü il tarixdə Samirə Ucar rayonuna getdikdən sonra saat təxminən 16 radələrində Əlinin atası Əsədullah azyaşlı oğlu Muhəmməd və qızı Saidanı yenidən yaşadığı Qullar kəndində yerləşən evdə döymüş, Əsədullah taxta parçası ilə Səidənin başından və ayağından, Muhəmmədin isə sol ayağından vurmuşdur. Sonra Əsədullah evdən getdiyi zaman Saida və Muhəmməd evdən çıxaraq Əlinin nənəsi Rəisətin Balakən rayonu Qullar kəndində yerləşən evinə getmiş, orada Əlinin nənəsi Rəisət azyaşlı övladlarını nalayiq sözlər deyərək evdən qovmuşdur. Saida və Muhəmməd küçəyə çıxdıqları zaman Əli onları görmüş, Əli uşaqları taksi ilə atası Fərhadın yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evə gətirmişdir. xx.xx.2024-cü il tarixdə özü Balakən rayonunda atası evındə olmuş, lakin Əli uşaqları onun atasının evinə gətirəndə onunla rastlaşmamışdır. Əli uşaqları qardaşı Rəfailə təhvil vermişdir. Azyaşlı uşaqları Saida və Muhəmmədin üzərində hər hansı bir xəsarət olmamışdır. Əvvəllər Əli uşaqları döyməmiş, ondan ayrıldıqdan sonra hirsini övladlarından onları döyməklə çıxmışdır. Şəxs barəsində ən sərt tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X27, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 RPŞ-də verdiyi izahatında göstərdiyi hallara istinad edərək, izahatında göstərdi ki, 2023-cü il tarixdə Balakən rayonu Qullar kənd sakini Şəxs ilə nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Həmin vaxtı Əlinin himayəsində birinci evliliyindən olan 2 azyaşlı uşağı və vərəm xəstəsi atası olmuşdur. Əli Balakən rayonunda maşın ustası işləyir. Hər dəfə işdən evə gələndə atası Əsədullah Şəxs uşaqları döyməsi üçün müxtəlif bəhanələr etmiş, sonuncu evdə olmayanda Əsədullah Həbibov uşaqları vurmuşdur. Bu səbəbdən uşaqları da götürüb Ucar rayonuna getmək istəmişdir. Hal-hazırda uşaqların sənədləri və Əlinin əvvəlki həyat yoldaşı Məyrəm Şaşkayeva ilə boşanmasına dair məhkəmə qətnaməsi ondadır. Əri Şəxs və qayınatası X10 azyaşlı X23 və azyaşlı X17 döydükləri barədə Balakən rayonu Qullar kəndində olan zaman video çəkilişləri etmişdir. Həmin video çəkilişlər diskə köçürülərək iş üçün əhəmiyyət kəsb etdiyi üçün materiala əlavə edilmişdir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X3 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 31 avqust 2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı Şəxs və onun atası X10 onlarla birlikdə yaşayan 2014-cü il təvəllüdlü X17 və 2015-ci il təvəllüdlü X23 mütəmadi olaraq, həmçinin xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadıqları evdə döyərək fiziki ağrı yetirmələri faktının toplanmış materialda öz təsdiqini tapdığı müəyyən edilərək, X5 Balakən RPŞ-yə ərizə ilə müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs və onun atası X10 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın açılması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Balakən RPŞ-nin İTB-yə verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, X7 göndərilməklə, ona qərardan narazı olduqları halda Balakən rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20” X32 xx.xx.2024-cü il tarixli, 191 nömrəli ekspert rəyində göstərilmişdir ki, X21 bədəni üzərində hər hansı bir xəsarət olmadı. İşdə olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X20” X32 xx.xx.2024-cü il tarixli, 192 nömrəli ekspert rəyində göstərilmişdir ki, X12 bədəni üzərində hər hansı bir xəsarət olmadı. İş materiallarında olan 31 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16.55-də inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 12.00-da azad edlmişdir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD diskindəki audioyazı və videogörüntülərdə Şəxs Balakən rayonu Qullar kəndində yerləşən yaşadıqları evdə azyaşlı övladları X17 və X25 döyərək onlara qəsdən fiziki ağrı yetirməsi müəyyən olunur. İş materiallarından həmçinin görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilərək, cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materialları ilə Şəxs İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar və İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, əmlak vəziyyətini,məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 17 (on yeddi) gün müddətə inzibati qaydada həbs edilməli, onun 31 avqust 2024-cü il tarixdə saat 16.55-dən 02 sentyabr 2024-cü il tarixdə saat 12.00-dək inzibati qaydada tutulduğu 2 (iki) gün müddət həmin həbs müddətindən çıxılmalı və Şəxs üzərində qəti olaraq 15 (on beş) gün müddətə inzibati həbs saxlanmalı, onun inzibati həbs müddətinin əvvəli 02 sentyabr 2024-cü il tarixdən saat 13.35-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X22 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 17 (on yeddi) gün müddətə inzibati qaydada həbs edilsin; onun 31 avqust 2024-cü il tarixdə saat 16.55-dən 02 sentyabr 2024-cü il tarixdə saat 12.00-dək inzibati qaydada tutulduğu 2 (iki) gün müddət həmin həbs müddətindən çıxılsın və Şəxs üzərində qəti olaraq 15 (on beş) gün müddətə inzibati həbs saxlansın; onun inzibati həbs müddətinin əvvəli 02 sentyabr 2024-cü il tarixdən saat 13.35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X22 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-390/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-390/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver