Məhkəmə qərarları › İş №3(019)-391/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-391/2020

17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-391/2020 17.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X3 tərəfindən Balakən rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN-0728528 nömrəli qərarından verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyən e t d i m: X1 rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN-0728528 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, X1 rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN-0728528 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətə inzibati tənbehvermə haqqında qərar əlavə edilməmişdir. Şikayətə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN-0728528 nömrəli inzibati xəta haqqında protokolda Rəsul Emçiyevin həmin inzibati xəta haqqında protokolun surətini həmin vaxt almasına dair imzası vardır. O, isə şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərmişdir. Onun inzibati tənbehvermə haqqında qərarı nə vaxt alması məlum deyildir və Rəsul Emçiyev bu barədə hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, isəprokuror protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, inzibati tənbehvermə haqqında qərarın surətinin şikayətə əlavə edilməməsini, qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati protokolun tərtib edildiyi vaxtdan 18 gün sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 tərəfindən Balakən rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN-0728528 nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutub qərara aldım: X3 tərəfindən Balakən rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN- 0728528 nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar