Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-391/2024 02.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə1, azyaşlı zərərçəkmiş şəxslər -X6 və X12, onların qanuni nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, dul, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Balakən rayonu Qullar kəndindəki yaşadığı evdə azyaşlı nəvələri- X10 və X14 vuraraq onlara qəsdən fiziki ağrı yetirmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə1 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin ifadələri alınmış və Balakən rayonu Qullar kəndində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 20 ildir ki, vərəm xəstəsidir. X3 2013-cü il tarixdə Balakən rayonu Gərəkli kənd sakini X7 ilə evlənmiş, onların nikahlarından 10 yaşında Muhamməd və 9 yaşında Saida adında iki uşaqları vardır.Təxminən iki il əvvəl oğlu X23 ilə məhkəmə qaydasında boşanmış, uşaqlar atası Əlinin himayəsində qalmışdırlar. Onlar boşanmamışdan əvvəl oğlu Əli yoldaşı Məryəmin onunla ayrı yaşaması və uşaqlardan imtina etməsi səbəbindən uşaqları Balakən şəhərində yerləşən internat məktəbinə qoymuşdur. Uşaqlar həftənin 5 günü internat məktəbində, iki günü isə onlarda qalmışlar. Nəvələri Muhamməd və Saida nadincdirlər. Bu səbəbdən onları tənbeh etmək məqsədi ilə hərəsinə bir sillə vurmuşdur. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Balakən RİH YYÇİHM Komissiyasının məsul katibi Nümayəndə2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş, xx.xx.2014-cü ildə anadan olmuş X15 izahatında göstərdi ki, atası Əli və anası Məryəm 2022-ci ildə boşanmışlar.Valideynləri boşandıqdan sonra onlar atasının himayəsində qalmışlar. Atası Əli anası Məryəm ilə ayrıldıqdan sonra Ucar rayon sakini Samirə adlı bir qadınla evlənmişdir. Atası Əli və babası Əsədullah onu və bacısı Saidanı bir neçə dəfə döymüşlər.Atası və babası onları döyən zaman Samirə də bunu görmüşdür. xx.xx.2024-cü il tarixdə Samirənin atası gəlib onu aparmışdır. Həmin tarixdə Samirə Ucar rayonuna getdikdən sonra saat təxminən 16 radələrində babaları Əsədullah onların yaşadıqları Balakən rayonunun Qullar kəndində yerləşən evində onu və bacısı Saidanı yenidən döymüşdür. X16 taxta parçası ilə başından və ayağından, onu isə sol ayağından vurmuşdur. O, babasından şikayətçidir. Məhkəmə iclasında Balakən RİH YYÇİHM Komissiyasının məsul katibi Nümayəndə2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş, xx.xx.2015-ci ildə anadan olmuş X18 zərərçəkmiş X6 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi X7 ifadəsində göstərdi ki, o, 2013-cü ildə Balakən rayonunun Qullar kənd sakini X13 ilə evlənmiş, onların bu nikahdan 10 yaşında oğlu -Muhamməd və 9 yaşında qızı - Saida vardır.O, iki il əvvəl ərindən məhkəmə qaydasında boşanmış və boşanma zamanı uşaqları atasının himayəsində qalmışlar. O, ayrıldıqdan sonra Bakı şəhərində, sonra isə işi ilə əlaqədar Goranboy rayonunda yaşamağa başlamışdır. Əli isə ondan ayrıldıqdan sonra Ucar rayon sakini Samirə adlı bir qadınla evlənmişdir.Bir neçə ay əvvəl Samirə ona zəng edərək Əlinin atası Şəxs azyaşlı uşaqları döydüyünü ona bildirmişdir. O, Samirə ilə uşaqları Ucar rayonuna aparması razılığına gəlmiş və bu məqsədlə Samirəyə 30 manat pul göndərmişdir. Əli onun Samirəyə 30 manat göndərməsindən xəbər tutmuş və Samirəni döyərək 30 manatı onun əlindən almışdır. 27 avqust 2024-cü il tarixdə o, atası X8 fındıq yığmağa kömək etmək məqsədi ilə Balakən rayonunun Gərəkli kəndinə gəlmişdir. Həmin gün axşamı Samirə ona zəng edərək uşaqları özü ilə Ucar rayonuna aparacağını və orada uşaqların döyülməsi ilə bağlı Ucar rayon Polis Şöbəsinə müraciət edəcəyini bildirmişdir.Bundan xəbər tutan əri həmin gün yaşadıqları evdə uşaqları döymüşdür. xx.xx.2024-cü il tarixdə Samirə Ucar rayonunda yaşayan valideynlərini onu və övladlarını Əlinin evindən götürərək aparmaları üçün çağırmış, Samirənin valideynləri gələrək Samirəni Ucar rayonuna aparmışlar.Lakin əri Əli uşaqların Samirə ilə getmələrinə icazə verməmişdir.xx.xx.2024-cü il tarixdə Samirə evdən getdikdən sonra təxminən saat 16 radələrində Əlinin atası Əsədullah azyaşlı oğlu Muhammədi və qızı Saidanı yenidən yaşadıqları Qullar kəndində yerləşən evində döymüşdür. 27 avqust 2024-cü i tarixdə Əli uşaqları onun atası evinə gətirərək qardaşı Rəfailə təhvil vermişdir. O,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir, onun barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 Balakən RPŞ-nə ərizə ilə müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X5 və onun atası Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati icraatın açılması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X19 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 31 avqust 2024-cü il tarixli 192 nömrəli ekspert rəyində göstərilmişdir ki, X9 bədəni üzərində hər hansı bir xəsarət olmadı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X19 rayon MTE və PA şöbəsi tərəfindən verilmiş 31 avqust 2024-cü il tarixli 191 nömrəli ekspert rəyində göstərilmişdir ki, X12 bədəni üzərində hər hansı bir xəsarət olmadı. İşdə olan Balakən rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda göstərilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-391/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-391/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver