Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-396/2021 08.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1992-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 06 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində narkotik vasitə olan heroin (kokos) istifadə etmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis kapitanı X12 oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 07 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək,izahatında göstərmişdir ki, o, təxminən 6 aydır ki, narkotik vasitə heroindən (kokosdan) istifadə edir. 06.12.2021-ci il tarixdə saat 12 radələrində tanışları Əli Məcidov və X13 şəhərində yerləşən “Kapital bankın” binasının qarşısında görüşmüşlər. Həmin yerə Əli Məcidovun idarə etdiyi, özünə məxsus Vaz-2107 markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmiş, o və X18 Məcidovun idarə etdiyi avtomaşına əyləşmiş, birlikdə avtomaşınla Balakən rayonu Mahamalar kəndi istiqamətinə doğru getmişlər. Bu zaman avtomaşının içərisində Əli Paçalovdan narkotik vasitə olub-olmadığını soruşduqda o, üzərində saxladığı narkotik vasitə heroini cibindən çıxartmış, narkotiki falqaya dolduraraq çəkmiş, həmçinin o da narkotik vasitə heroindən istifadə edərək, 2 tüstü qəbul etmişdir. X16 həmin vaxt narkotik vasitədən istifadə etməmişdir. Mahamalar kəndi ərazisində Balakən RPŞ-nin YPX-nin avtomaşınında olan polis əməkdaşları onları saxlamış, onların hər üçünü narkotik vasitə istifadə etməklərində şübhəli olduqlarından sonradan həmin yerə gələn 2 nəfər polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə aparmışlar. Sonra onların hər üçünü Şəki şəhər X1 şöbəsinə aparmışlar, orada onlardan sidik nümunəsi götürülmüş, bu zaman onun və tanışları Əli Məcidov və Əli Paçalovun narkotik vasitə istifadə etmələri müəyyən olunmuşdur. O və tanışları Əli Məcidov və Əli Paçalov polisin qanuni tələblərinə tabe olmuşlar, lakin bir az həyəcanlandıqlarından kənardan tabe olmamış kimi görünmüşlər, polisdən qaçmağa çalışmamışlar. Balakən RPŞ-nin inzibati binasının içərisində olduğu zaman ayağı sürüşərək öz ehtiyasızlığından sifətinin sol yanaq hissəsinin divara dəyməsi nəticəsində cüzi xəsarət almışdır, xəsarət almağı ilə bağlı heç kimdən şikayəti yoxdur. Balakən RPŞdə ona qarşı hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 göstərmişdir ki, Şəxs 06 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində narkotik vasitə olan heroin (kokos) istifadə etmişdir. Bu barədə işdə kifayət qədər sübutlar olduğundan Şəxs barəsində Azçərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında iş üzrə protokol tərtib etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli, 361/A nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda göstərilmişdir ki, X4 opoidlərin qəbulu faktı aşkar edildi, kokos aşkar edildi. İş materiallarında olan Balakən RPŞ-nin TB-nun təhqiqatçısı X15 oğlunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis kiçik serjantı Ömər Ömərovun şöbə rəhbərliyinə yazmış olduğu raport əsasında toplanmış HK- 1- 942 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığından qeyd edilən maddə əsasında cinayət işi başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Rayon Prokuroruna, X10 Azərbaycan Respublikası (XM-nin 333.1 və 206- cı maddələri ilə, X11 və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün Balakən RPŞ-nin İTB-yə və DYPB-yə göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli,1195630 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuş və 08 dekabr 2021-ci il tarixdə, saat 12.00-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında iş üzrə icraat başlamış şəxsi dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdırılan halların olmamasını, əmlak vəziyyətini və cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbsin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından qanuni və əsaslı hesab edirəm. İş materiallarından görünür ki, Şəxs 07 dekabr 2021-ci il saat 20:00-da inzibati qaydada tutulmuş, 08 dekabr 2021-ci il saat 12:00-da inzibati qaydada tutmadan (həbsdən) azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada həbs edilməli, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən onun 07 dekabr 2021-ci il saat 20:00-dan 08 dekabr 2021-ci il saat 12:00-dək 01 (bir) gün inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalı və Şəxs üzərində qəti olaraq inzibati həbs saxlanmalı, həbs müddətinin əvvəli hazırki qərarın elan olunduğu 08 dekabr 2021-ci il tarixdən saat 14.30-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X7 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3cü maddəsinə əsasən onun 07 dekabr 2021-ci il saat 20:00-dan 08 dekabr 2021-ci il saat 12:00-dək 01 (bir) gün inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılsın və Şəxs üzərində qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs müddətinin əvvəli hazırki qərarın çıxarıldığı 08 dekabr 2021-ci il tarixdən saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-396/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-396/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver