Məhkəmə qərarları › İş №3(019)-397/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-397/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-397/2025 14.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X1 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, xxxxxxx, VÖEN: **********, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu orta təhsilli, Talalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı X1 aparıcı məsləhətçi müfəttişi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Balakən şəhəri, H.Əliyev prospektində, xx.xx.2025-ci ildə vətəndaş Şəxs idarə etdiyi “Nur kafe” adlı ictimai iaşə obyektinin sanitar qovşağında formalaşan tullantı sularının kənara təyinatsız axıdılması (41°43'02.6”N-46°25'02.6”E koordinatlarda) aşkar edilmişdir. Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 3(019)-397/2025 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllıəsinini 262.2.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-379/2025 nömrəli 02 dekabr 2025-ci il tarixli qərarı ilə inzibati xəta haqqında qərar qəbul etmiş salahiyyətli şəxs X5 şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 3(019)-397/2025 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X1 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, 09 oktyabr 2025-ci il tarixində Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Nur kafe” adlı ictimai iaşə obyektinin tullantı sularının kənara təyinatsız axıdıldığı (41°43'02.6”N-46°25'02.6”E koordinatlarda) müəyyən olunmuşdur. Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala Regioal bölməsinin 07 oktyabr 2025-ci il tarixli, 0024 nömrəli sərəncamına əsasən, xidməti ərazi üzrə Balakən rayonunda Azərbaycan Respublikasının Su Məcəlləsinin, “X6”nın və suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə nəzarət tədbirləri həyata keçirilmişdir. Tədbirlər zamanı Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Nur kafe” adlı ictimai iaşə obyektində mövcud sanitar qovşaqda formalaşan tullantı sularının d=100 mm-lik boru vasitəsilə ətraf mühitə, kənara təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Yerində araşdırma zamanı məlum oldu ki, sözügedən obyektin idarə olunmasını Balakən rayonu, Talalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs (AZE AA*******, FİN 21PQNVS, VÖEN: **********) həyata keçirir. Şəxs faktın aşkar olunduğu əraziyə dəvət olunmuş və yerində izahatı alınmışdır. Şəxs verdiyi izahatında hüquqpozmanın məsuliyyətini dərk etdiyini etiraf etmiş və qısa zamanda aşkar olunan nöqsanı aradan qaldıracağını bildirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası Su qanunvericiliyinin və “Su təchizatı və tullantı suları” haqqında qanunun tələbləri pozulmuşdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, "Nur Kafe" restoranında formalaşan tullantı sularının kənara təyinatsız axıdılması nəticəsində su qanunvericiliyinin və Azərbaycan Respublikası İXM-nın 262.2.3-cü maddəsinin tələblərinin pozulması ilə bağlı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. O, təxminən iki il əvvəl həmin obyekti almışdır. O, bir müddət həmin kafeni işlətmiş,sonra isə təmirə bağlamışdır. Uzun müddət kafe işləməmişdir. Onun tərəfindən tullantı sularının kənara axıdılması barədə qeyd edilənlər həqiqəti əks etdirmir. Protokolda qeyd olunan sanitar qovşağı kafenin içərisində deyil, çölündə yerləşir, həmin sanitar qovşağının qapısını bağlayır. Obyektə aid kanalizasiya quyusu var və həmin quyuya gedən boru xətti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin əməkdaşları gəldiyi gün təsadüfən qoşulduğu yerdən çıxarılmışdı. Xidmətin əməkdaşları dəqiq xatırlamadığı tarixdə zəng edərək onu kafeyə çağırmışlar. Kafeyə gəldikdə sanitar qovşağının qapısının açıq olmasını görmüşdür. Sanitar qovşağına qoşulan borunun aralandığından və tullantı sularının kənara axdığından əməkdaşlar ona məlumat verdikdən sonra xəbər tutub. Boru xəttində belə bir problemin yaranması ilə bağlı məlumatı olsa idi, vaxtında tədbir görərdi. Xidmətin əməkdaşları gələn gün də borunu düzəltdirmişdir. Bu səbəbdən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 0024 nömrəli sərəncamdan görünür ki, 12 saylı X1 əməkdaşları baş məsləhətçi-müfəttişi İlkin Saramanov, aparıcı məsləhətçimüfəttişi Nümayəndə Zaqatala və Balakən rayonlarının inzibati ərazilərində 4 gün müddətində nəzarət tədbirlərinin aparılması tapşırılmışdır. 09 oktyabr 2025-ci il tarixli 002436 nömrəli Talalar kəndində tərtib edilmiş aktdan görünür ki, 09 oktyabr 2025-ci il tarixində Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Nur kafe” adlı ictimai iaşə obyektinin tullantı sularının kənara təyinatsız axıdıldığı (41°43'02.6”N-46°25'02.6”E koordinatlarda) müəyyən olundu. Suların İstifadəsinə və X3 Xidmətinin 12 saylı Şəki-Zaqatala Regioal bölməsinin 07 oktyabr 2025-ci il tarixli, 0024 nömrəli sərəncamına əsasən, xidməti ərazi üzrə Balakən rayonunda Azərbaycan Respublikasının Su Məcəlləsinin, “X6”nın və suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə nəzarət tədbirləri həyata keçirilmişdir. Tədbirlər zamanı Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Nur kafe” adlı ictimai iaşə obyektində mövcud sanitar qovşaqda formalaşan tullantı sularının d=100 mm-lik boru vasitəsilə ətraf mühitə, kənara təyinatsız axıdılması faktı aşkar olundu. Yerində araşdırma zamanı məlum oldu ki, sözügedən obyektin idarə olunmasını Balakən rayonu, Talalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs (AZE AA*******, FİN 21PQNVS, VÖEN: **********) həyata keçirir. Şəxs faktın aşkar olunduğu əraziyə dəvət olundu və yerində izahatı alındı. Şəxs verdiyi izahatında hüquqpozmanın məsuliyyətini dərk etdiyini etiraf etdi və qısa zamanda aşkar olunan nöqsanı aradan qaldıracağını bildirdi. Bununla da Şəxs tərəfindən tərəfindən Azərbaycan Respublikası Su qanunvericiliyinin və “Su təchizatı və tullantı suları” haqqında qanunun tələbləri pozulmuşdur. Akta Şəxs izahatı, fotoşəkillər və toplanmış digər materiallar əlavə olunmuşdur. Şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatda göstərilmişdir ki, Balakən şəhəri Heydər Əliyev prospektində 30 m2 çayxana obyekti var. Obyekt uzun müddətdir ki, təmirdə idi. Bir neçə gün qabaq təmiri yekunlaşdırdı və burada olan ayaqyolunu yalnız özü üçün istifadə edir. xx.xx.2025-ci ildə suların istifadəsinə və X3 xidmətinin əməkdaşları ona məxsus olan obyektin ayaq yolundan çıxan plastik borudan kənara tullantı suların axdığını ona göstərdilər. Sonra onlar ondan obyektin su və kanalizasiya sisteminə necə qoşulmağı barədə sənəd istədilər. Bildirmək istəyir ki, o obyektə istifadə etdiyi suyu kənardan alıb çənə doldurur və istifadə edir. Ayaqyolundan çıxan plastik boru obyektin şəxsi şambosuna qoşulu idi, sadəcə borunun birləşmə yeri təsadüfən çıxmış və burada formalaşan tullantı sular kənara axmışdır. O, göstərilən xətanın təsadüfən baş verdiyini və məsuliyyətini dərk etdiyini qeyd etmiş, elə bu gün göstərilən iradı aradan qaldıracaq. İş materiallarına əlavə olunan fotoşəkillərdən görünür ki, sanitar qovşağına qoşulmuş boru xəttinin aralanması nəticəsində tullantı sularının kənara axıdılması aşkar olunmuşdur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli, 09 oktyabr 2025- ci il tarixli protokoldan görünür ki, Şəxs aşkar olunan faktı təsdiq etmiş, hüquqpozmanın məsuliyyətini dərk etdiyini və gələcəkdə də belə hallara yol verməyəciyini vurğulamış, həmin protokola əlavə edilmiş akt, fotoşəkillər və digər materiallar ilə tanış olmuş, ona heç bir etiraz etməyərək onu imzalamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İçməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən tullantı sularının kənara axıdılması barədə qeyd edilənlərin həqiqəti əks etdirməməsi, obyektə aid kanalizasiya quyusuna gedən boru xəttinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin əməkdaşları gəldiyi gün təsadüfən qoşulduğu yerdən çıxarılması barədə Şəxs dəlilləri iş üzrə digər sübutlarla təkzib olunduğundan və işin faktiki hallarına uyğun olmadığından məhkəmə bu dəlilləri məsuliyyətdən yayınmağa hesablanmış, özünü müdafiə məqsədilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasında fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (VÖEN:**********) vəzifəli şəxs olmasını, törədilmiş xətanın xarakterini,onun təqsirinin dərəcəsini,əmlak vəziyyətini,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində aşağı həddə cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü-ci maddəsi ilə təqsirli bilinsin,800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar