Məhkəmə qərarları › İş №3(019)-399/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-399/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-399/2023 03.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi-Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Şəxsi Heyət üzrə Şöbənin baş zabiti mayoru X8 iştirakları ilə, X3 İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN-1514009 nömrəli protokol üzrə qəbul edilmiş MN-0896508 nömrəli inzibati qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN-1514009 nömrəli protokol üzrə qəbul edilmiş MN-0896508 nömrəli inzibati qərardan şikayət verərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı "İnzibati tənbeh vermə haqqında" xx.xx.2023-cü il tarixli, MN- ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Sərhəd Xidmətinin N nömrəli Hərbi Hissəsinin komandiri Xalid Əliyev oğlu onun barəsində xəbəri və məlumatı olmadan inzibati tənbeh vermə haqqında protokol tərtib etmişdir ki, güya ki o, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində 14-cü sərhəd zastavasının 4-cü sahəsinə müvafiq icazə olmadan sərhədboyu əraziyə daxil olmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 250 (iki yüz əlli) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. O, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yaşayan Cavanşir adlı tanışı ilə birlikdə olan zaman ona bildirdi ki, əgər balıq tutmaq və istirahət etmək istəsəz gəlin buralarda Uxax çayı kənarında yer var, orada edin. O da öz növbəsində ondan soruşdu ki, həmin ərazi qadağan olunmuş ərazi ola bilərmi? O isə bildirdi ki, bu dəqiqə o, tanışı 2007 saylı Sərhəd qoşununda Zastava rəisi işləyən Orxan adlı şəxsdən həmin ərazinin qadağan olunub- olunmamasını öyrənsin. Elə yanındaca o, həmin şəxsə zəng edərək ondan bunu soruşdu, o isə bildirdi ki, həmin sözügedən ərazi qadağan olunmuş ərazi deyil, əgər nəsə problem olsa, Orxan müəllimin adını verək. O, bizi tapşırıb. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, tanışı X9 ilə birlikdə Zaqatala rayonu, Aşağı Çardaxlar kənd ərazisinə düşən ərazidə balıq tutmaq məqsədilə Uxax çayı kənarına getdilər. Həmin çay kənarına gedərkən onlar hər hansı qadağa işarəsi və ya maneə ilə qarşılaşmamışdır və həmin ərazidə giriş qadağandır işarəsi yoxdur. Onlar həmin ərazidə istirahət edərkən qəflətən sərhəd qoşununun işçiləri onlara yaxınlaşdılar. Onlar da öz növbələrində yuxarıda qeyd etdiklərini onlara bildirdilər. Onlar isə onları 14-cü zastavaya apardılar. Orada bildirdilər ki, burada heç bir problem yoxdur, sadəcə onların vəsiqələri lazımdır ki, qeydiyyat işləri aparaq. O da onlardan soruşdu ki, onlara cərimə tətbiq olunacaqmı, onlar isə bildirdilər ki, xeyr cərimə olunmayacaqlar. Onlar icra şöbəsinə məktub göndərəcəklər, onlar cəriməni yaza da bilərlər, yazmaya da bilərlər. Bundan sonra onlara vərəqə imza etdirdilər, lakin onlar həmin kağızı oxumağa imkan vermədilər. Həmin əraziyə daxil olarkən həmin ərazidə qadağa işarəsi yox idi. Həmin ərazi də qadağan olunmamış ərazidir. Bununla da həmin halın baş verməsi barədə hər hansı bir mötəbər sübutlar da mövcud deyil. Tərtib edilmiş protokol və qərar tam olaraq əsassız və qanunsuzdur. Onun inzibati protokol və qərardan məlumatı olmayıb. Yalnız xx.xx.2023-cü il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarını aldıqdan sonra inzibati qərarın və protokolun mövcudluğundan məlumatı olub. Həmin protokol və qərarı o, icra qurumundan almışdır. Aidiyyatı 2007 saylı Hərbi Hissənin komandirinin qərarından və ya protokolundan şikayət etmək üçün ona şərait yaradılmayıb. Hazırki şikayətlə məhkəməyə müraciət etməsinin səbəbi "İnizbati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN-0896508 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Belə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Onun səhhətində problemlər (aidiyyatı sənədlər şikayətə qoşulur) mövcuddur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı "İnzibati tənbeh vermə haqqında" xx.xx.2023-cü il tarixli, MN- ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin Şəxsi Heyət üzrə Şöbənin baş zabiti mayoru X12 X1 zolağa icazəsiz daxil olmaqla sərhədboyu rejimi pozduğunu, buna görə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsi ilə 14 iyul 2023-cü 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin inzibati tənbeh vermə haqqında 14 iyul 2023-cü tarixli, MN seriyalı ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 250 (iki yüz əlli) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissənin inzibati tənbeh vermə haqqında 14 iyul 2023-cü tarixli, MN seriyalı ******* saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN1514009 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində xx.xx.2023-cü il tarixdə saat 09.00 radələrində 14-cü sərhəd zastavasının 4-cü sahəsinə müvafiq icazə olmadan sərhədboyu zolağa sərhədboyu rejim qaydalarını pozduğu əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin komandiri Xalid Əliyevin 14 iyul 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının ərazisinə müvafiq icazə olmadan daxil olaraq sərhədboyu rejim qaydalarını pozduğuna görə sərhəd naryadı tərəfindən saxlanılmışdır. X7 AR NK-nin xx.xx.1992-ci il tarixli 560 saylı qərarını və digər normativ aktların tələblərini pozmuşdur. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsi ilə təqsirli bilinərək, 250 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 570.2-ci maddəsində sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə-fiziki şəxslər üçün iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üçün dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 560 saylı Qərarına əsasən Xaçmaz, Qusar, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qazax, Ağstafa, Tovuz, Samux, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara, Lənkəran, Şərur, Babək, Şahbuz, Culfa, Ordubad rayonları Azərbaycan Respublikası ərazisinin inzibati sərhəd hüdudlarında sərhədboyu zona təyin edilmiş, həmin qərarın 4cü bəndinə əsasən sərhədboyu zonada və sərhədboyu zolaqda sərhədboyu rejim yaradılmış, «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının və başqa şəxslərin gəlməsi, müvəqqəti yaşaması, işlərin görülməsi, motorlu və motorsuz üzmə vasitələrinin yanalma körpülərində uçota alınması və saxlanılması, onların Xəzər dənizində, sərhədboyu çaylarda və su hovuzlarında Azərbaycan Respublikasına aid olan ərazidə üzməsi nizama salınmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli MN1514009 nömrəli inzibati xəta haqqında protokola əsasən X7 barəsində xx.xx.2023-cü il tarixdə saat 09.00 radələrində 14-cü sərhəd zastavasının 4-cü sahəsinə müvafiq icazə olmadan sərhədboyu zolağa sərhədboyu rejim qaydalarını pozduğuna görə əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunmuş və protokolun surəti X5 təqdim edilmiş, X7 həmin protokolu imzalamış, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin komandiri Xalid Əliyevin 14 iyul 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının ərazisinə müvafiq icazə olmadan daxil olaraq sərhədboyu rejim qaydalarını pozduğuna görə sərhəd naryadı tərəfindən saxlanılmış, X7 AR NK-nin xx.xx.1992-ci il tarixli 560 saylı qərarını və digər normativ aktların tələblərini pozmuşdur. Nəticədə həmin qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570.2-ci maddəsi ilə təqsirli bilinib 250 manat məbləğində inzibati cərimə olunmuşdur. X7 müvafiq icazə olmadan sərhədboyu zolağa daxil olduğunu N №-li hərbi hissənin komandirinin adına yazdığı izahatında da təsdiq etmişdir (həmin izahat iş materiallarına əlavə olunmuşdur). X3 şikayətdə qeyd etdiyi onun tərəfindən inzibati xətanın törədilməməsi, araşdırma aparılmadan barəsində inzibati xəta haqqında protokolun tərtib olunması və inzibati tənbehin verilməsi barədə əsaslar iş materialları ilə tam təkzib olunur. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 570.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, o, İXM-nin 570.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmış, X7 İXM-nin 570.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cərimə edilmişdir. İş materiallarına əsasən X7 barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin komandiri Xalid Əliyevin 14 iyul 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və İXM-nin 570.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də X3 şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X3 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, X7 barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin komandiri Xalid Əliyevin 14 iyul 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 şikayəti təmin edilməsin; X7 barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin komandiri Xalid Əliyevin 14 iyul 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar