Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-4/2021 25.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində onun qardaşı Azər ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Qullar kəndində yerləşən sahədən ot çalıb apardıqda orada əkilən tütün sahəsini zədələməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 242-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Gərəkli kəndində yaşayır. 2 ay bundan əvvəl səyyar formada kənd ərazisində qarpız satan zaman tanışı Saleh Dabaxov adlı şəxs ilə rastlaşıb, ona mal-qarası üçün ot lazım olduğunu demişdir. Saleh ona Balakən rayon Poştbinə kəndi ərazisində Zərərçəkmiş şəxs aldığı torpaq sahəsində otluq sahəsinin olduğunu, həmin sahədən yığılan hər bir at arabasına yüklənmiş otu 10 manat müqabilində satdığını demişdir. Saleh adlı şəxsə qardaşı Azər ümumilikdə 20 manat pul verib, sahədən birinci dəfə ot yığıb evə aparmış, ikinci dəfə qardaşı Azər ilə sahəyə gedib oradan az miqdarda otu biçdirib, at arabasına yükləyib, kənd ərazisində getdiyi zaman Ramilə onun qarşısını kəsib, otu yerə boşaltdırmış, Ramiləyə otu Saleh adlı şəxsdən 20 manat müqabilində aldığını demiş, Ramilə isə bununla razılaşmayaraq, ona dəymiş maddi ziyanın 200 manat olduğunu deyərək, həmin pulu ondan tələb etmişdir. Həmin məbləği ona vermədiyi üçün Ramilə onun və qardaşı Azər barəsində qərəzli olaraq şikayət etmişdir. O, yalnız sahədən otu biçmiş, tütünə heç bir ziyan vurmamışdır. Ramilənin onun və qardaşı Azər haqqında qeyd etdikləri yalan və böhtandır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2019-cu ilin fevral ayında Balakən rayon Qullar kənd sakini Qəhrəman adlı şəxsdən onun həyat yoldaşının adına olan müqavilə ilə imzalanmış bələdiyyəyə məxsus olan 5 ha torpaq sahəsini 1500 manat müqabilində şifahi müqavilə əsasında 1 illik istifadə etmək üçün almışdır. Həmin sahə üzrə müqavilə onun adına deyildir, anasının adınadır. Həmin sahənin otluq hissəsini Saleh Dabaxov adlı şəxsə 100 manata satmış və Salehdən həmin pulu almışdır. Saleh sonra rəhmətə getmişdir. Həmin torpaq sahəsində tütün əkdirmiş, təxminən 1 ay bundan öncə sahəyə getdikdə, orada Azər Bodurovun otu biçib at arabasına yüklədiyini görüb, Azərə otu sahəyə boşaldırtmışdır. Sahəni gəzdikdə, Azərin otdan əlavə tütünə də ziyan vurduğunu görmüşdür. Oraya Azərin qardaşı Vasifi də çağırmış, Vasif ona yalnız onu biçdiyini, tütünə ziyan vurmadığını demişdir. Azər və Vasifə onun sahəsindən icazəsiz çalınan ota görə 100 manat, tütünə görə də əlavə 100 manat vermələrini, əks təqdirdə bu barədə polisə məlumat verəcəyini demişdir. Hər iki şəxsin bundan imtina etdikləri üçün bir müddət sonra yenidən mütəxəssiz ilə birlikdə sahəyə getdiyi zaman sahənin aşağı hissəsində tütünün biçildiyini görmüş, bundan sonra rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Şəxs və Azər Bodurovun otu biçərkən ona məxsus tütün sahəsini məhv etmələri və ya zədələmələrini şəxsən görməmiş, ot biçilərkən tütün sahəsinə ziyanın Vasif və Azər tərəfindən vurulmasını düşünmüşdür. Tütün sahəsinə vurulan ziüyanın məbləğini isə mütəxəssis müəyyən etmişdir. Azər ilə Vasif qardaşları ona 1000 manat dəyərində ziyan vurmuşlar. Şəxs şikayətçidir. Onun barəsində ən sərt tədbirin görülməsini xahiş edir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Zaur Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1-631 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Şəxs ilə X4 inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə və Zərərçəkmiş şəxs göndərilməsi qərar alınmışdır. İnzibati xəta haqqında iş materiallarında olan X3 izahatından görünür ki, o, Azər ilə Vasif qardaşlarının izahatında qeyd etdiyi xüsusatları öz izahatında eynilə təsdiq etmiş və göstərmişdir ki, 2 ay bundan öncə Ramilədən onun istifadəsində olan torpaq sahəsinin otunu 100 manat verib almışdır. Ramilə ilk əvvəl ona otu 120 manata satacağını desə də o, onunla otun qiymətini 100 manata danışıb almışdır. Sonradan Azərdən kənd ərazisində qarpız alan vaxt Azər ondan otlaq sahəsinin olub-olmadığını soruşmuşdur. O da Azərə Ramilədən aldığı sahədəki otu təklif edib, otun 1 taçkasını ona 10 manata satdığını demişdir. Bir müddət sonra Azər oğlu Arzumanın vasitəsilə ona 20 manat pul göndərib, sahədən 2 taçka ot aparacağını bildirmişdir. O da buna etiraz etməmişdir. Bundan başqa olanlardan xəbəri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatından görünür ki, Balakən rayonu Qullar kənd sakini Qəhrəman adlı şəxsdən onun həyat yoldaşının adına olan müqavilə ilə imzalanmış bələdiyyəyə məxsus olan 5 ha torpaq sahəsini şifahi müqavilə əsasında 1 illik istifadə etmək üçün almışdır. Onun sözügedən torpaq sahəsini icarəyə və ya istifadəyə götürməsi barədə heç bir yazılı müqavilə yoxdur, həmçinin o, həmin torpaq sahəsində tütün məhsulunu anasının adına əkdirdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından, şahid X3 ibtidai araşdırma zamanı verdiyi izahatdan və ümumən iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs tütün məhsulunun əkildiyi sahənin ətrafında olan ot sahəsini Saleh Dabaxova 100 manata satmış, Saleh Dabaxov da öz növbəsində həmin otun 2 taçkasını Şəxs qardaşı Azər Bodurova 20 manata satmışdır. X7 və Şəxs oğlu məhz həmin otu qeyd edilən sahədən aparmaq istəmişlər. Bu xüsusat Şəxs, Azər Bodurov və Saleh Dabaxovun ibtidai araşdırmada verdiyi izahatları ilə, həmçinin Şəxs məhkəmədə verdiyi izahatı ilə təsdiq olunur. Eynilə həmin şəxslərin izahatları ilə müəyyən olunur ki, Şəxs qardaşı Azər Bodurovla birlikdə Zərərçəkmiş şəxs məxsusluğu qeyd edilən tütün sahəsindəki tütünü məhv etməmiş və ya zədələməmişlər. Şəxs və X8 Əliyevaya məxsusluğu qeyd edilən tütün sahəsindəki tütünü məhv etmələri və ya zədələmələri, bununla da Zərərçəkmiş şəxs 1000 manat məbləğində və ya başqa məbləğdə ziyan vurmaları və bu ziyanla həmin şəxslərin hansısa qanunsuz əməli arasında hər hansı səbəbli əlaqənin olması barədə işdə heç bir mötəbər sübut yoxdur. Zərərçəkmiş şəxs da məhkəmə iclasında verdiyi izahatında Şəxs və Azər Bodurovun ona məxsus tütün sahəsini məhv etmələri və ya zədələmələrini şəxsən görmədiyini, bunu düşündüyünü, mütəxəssis rəyi əsasında onun tütün sahəsinə göstərdiyi məbləğdə ziyan vurulduğunun müəyyən edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs sübut kimi istinad etdiyi Balakən DİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi E.Bayramovun rəyi də Şəxs ona istinad olunan İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin mütəxəssis rəyində Şəxs və X8 Əliyevaya məxsusluğu qeyd edilən tütün sahəsini məhv etmələri və ya zədələmələri göstərilmir və müəyyən olunmur. Həmçinin həmin rəydə Zərərçəkmiş şəxs məxsusluğu qeyd edilən tütün sahəsinin 0,35 ha hissəsində seyrəkliyin olması-tütünün bitməməsi kənar müdaxilə və çalğı ilə çalınması ilə yanaşı digər səbəblərlə; mal-qaranın zərər verməsi, təbii təsirlər, yağış və sel düşməsi, quraqlıq və sairlə əlaqələndirilir. Yəni rəydə tütünün seyrəkliyi mütləq olaraq çalğı çalımı və bu çalımın Vasif və Azər Bodurov qardaşları tərəfindən həyata keçirilməsi ilə əlaqələndirilmir. Digər tərəfdən rəydə vurulan ziyan dəqiq olaraq müəyyən edilmir, yalnız ehtimal edilir. Bu ehtimalla da Şəxs və Azər Bodurovun hansı qanunsuz əməli arasında səbəbli əlaqənin olması müəyyən olunmur. Eyni zamanda rəydə mücərrəd ziyanın məbləği ***-**** manat ehtimal edildiyi halda, zərərçəkmiş şəxsin heç bir mötəbər sübutlara istinad etmədən ona sözügedən şəxslər tərəfindən məhz 1000 manat məbləğində ziyan vurulması bu qənaətin əsassız olmasını göstərir. Eynilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərar da Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul olunmamalıdır və qəbul olunmur. Belə ki, həmin qərarda Şəxs və Azər Bodurovun əməlində İXM-nin 232-1-ci maddəsində göstərilən xətanın olması Zərərçəkmiş şəxs ilə X5 arasında olan şiyahi razılaşmanın müəyyən səbəblərə görə pozulması nəticəsində Şəxs ilə Azər Bodurovun sözügedən ərazidən ot biçməsi ilə əsaslandırılır. Əvvəla, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Şəxs və Azər Bodurov barəsində şikayəti onların ona məxsus tütün sahəsində olan tütünü zədələmələrinə görə etmiş, inzibati xəta haqqında protokolarda da İXM-nin 232-1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsası kimi Azər və Şəxsların Zərərçəkmiş şəxs məxsus tütün sahəsini zədələmələri göstərilmişdir. Birmənalı şəkildə Şəxs və Azər Bodurov haqqında inzibati xəta haqqında iş üzrə icraat onların otu çalmalarına görə deyil, tütün sahəsini zədələmələrinə görə başlanmışdır. Digər tərəfdən iş materiallarından o da görünür ki, ota görə X10 Əliyevaya 100 manat pul vermiş və həmin pul da Zərərçəkmiş şəxs tərəfindən Saleh Dabaxova qaytarılmamışdır və işdə onlar arasında otla bağlı razılaşmanın pozulması və tərəflərin aldıqlarını bir-birinə geri qaytarmaları haqqında heç bir sübut yoxdur. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar inzibati xəta haqında iş üzrə icraatın başlanması üçün qanunda göstərilən (İXM-nin 99.4-cü maddəsi) qərar növü deyildir. Azərbaycan Respublikası İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar isə bu sənədlərə aid deyildir. Həmçinin Azərbaycan Respublikasının İXM-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilən halın inzibati xəta haqqında üzrə preyudisial əhəmiyyət daşıması nəzərdə tutulmamışdır. İşdəki sübutlarla Şəxs qardaşı Azər Bodurovla birlikdə Zərərçəkmiş şəxs məxsusluğu qeyd edilən əkilmiş tütün sahəsini zədələməklə onun əmlakını qəsdən məhv etməsi və ya zədələməsi və bununla da ona ziyan vurması sübut olurmur. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də Şəxs qardaşı Azər Bodurovla birlikdə Zərərçəkmiş şəxs məxsus əkilmiş tütün sahəsini zədələməklə onun əmlakını qəsdən məhv etməsi və ya zədələməsi və bununla da ona ziyan vurmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki qanuna görə belə sübutları məhkəməyə təqdim etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs qardaşı Azər Bodurovla birlikdə Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etməsinin və ya zədələməsinin törədilməsində təqsiri sübut olunmadığından, onun əməlində xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunan törədilməsi ona istinad olunan İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə istinad edib, Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 110-118 və 128-133-cü maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-4/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-4/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver