Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-40/2021 18.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi X3 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 iştirakı ilə X5 Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə Mansuroviçin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X8 Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə Mansuroviçin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 məhkəməyə ərizə ilə müraciət edərək, şikayət ərizəsini dəqiqləşdirib, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə Mansuroviçin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, o, Balakən Rayonu Hənifə kəndində yaşayır. Etibarnamə əsasında X4 məxsus Vaz-11183 markalı, ** BJ *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində o, etibarnamə əsasında idarə etdiyi VAZ -11183 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobildə Balakən şəhəri, H. Əliyev prospektindən hərəkət edərkən dəmir yol istiqamətində hərəkətdə olarkən dönmə işığını yandıraraq sola tərəf dönüb, geriyə manevr edib, Balakən Şəhəri Azpetrol yanacaqdoldrma məntəqəsinə tərəf hərəkət edən zaman arxadan gələn Hunday Accent markalı, 08BF220 dövlət nömrə nişanlı Abdulla Abdullayevə məxsus avtomobili düz xəttin və yol nişanının, yəni “yol ver”nişanının tələbinə məhəl qoymayaraq,dönmə işığına məhəl qoymayaraq onu ötmək istəmiş və qabaq sol tərəfdən onun yoluna keçərək, onun avtomobili ilə öz avtomobilini toqquşdurmuşdur. Nəticədə hər iki avtomobil əzilmişdir. Hadisə yerinə Balakən RPŞ-nın Dövlət Yol Polisi Bölməsinin baş leytenantı İlkin soyadını bilmədiyi polis nəfəri ilə gəlmiş, baş vermiş qəza nəticəsində fotoşəkillər çəkmişlər. Hadisə yerində heç bir protokol tərtib edilməmişdir. Onları tibbi müayinədən keçirməmiş, sərxoşluğunu yoxlamamışlar. Özlərinin müayinədən keçməsini demişlər. Hadisə mübahisəli olmasına baxmayaraq, qanunsuz qərar qəbul edilmişdir. O, mübahisənin araşdırılmasdı üçün «Atəşgah» sığortanı çağırmişdır. «Atəşgah» sığortanın işçiləri gəlib, hadisə yerinə baxmış, lakin heç bir sənəd tərtib olunmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 16-17 radələrində yenidən hadisə yerinə çağırılmışlar. Hadisə yerinin sixemi çəkilməmişdir. Onun sərxoş olmadığı barədə protokol qəbul etməmişdir. Qarşı tərəfin əvvəllər icra başçısı olduğunu nəzərə alaraq, o, günahsız olduğu halda ona pratokol tərtib edilmişdir. Sığortanın hər iki tərəfə verilməsi üçün onu da günahkar çixarmışlar. Polis əməkdaşları baş vermiş avtoqəza hadisəsinin fotoşəkillərini çəkmiş, hadisə yerində heç bir protokol tərtib edilməmişdir. Onları sərxoşluqla bağlı tibbi müayinədən keçirməmişlər. O, özü gedib tibbi müayinədən keçmişdir. xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində onlar yenidən hadisə yerinə gələndə, yenə də hadisə yerinə baxış keçirilməmişdir. Balakən RPŞ-nın DYP B-nin inspektoru polis bas leytenantı Nümayəndə Mansur oğlunun qərarı və həmin qərar əsasında tərtib edilmiş protokolu əsassız və qanunsuzdur və aşağıdakılara əsasən həmin qərar və ləğv edilməlidir: 1. o, manevr etmə qaydalarını pozmamış, dönmə işığını yandıraraq, dönmə əməliyyatına başlayıb, Balakən şəhər istiqamətində hərəkətdə olarkən Hunday Accent markalı, ** BF *** dövlət nömrə nişanlı avtomaşın Balakən istiqamətində yüksək sürətlə gəlib, yolun əks istiqamətinə çıxaraq, onun avtomaşınının sol hissəsindən vurmuşdur; 2. hadisə xx.xx.2020-ci il tarixdə baş verməsinə baxmayaraq, hadisəni xx.xx.2020-ci il tarixdə sənədləşdirmişlər. Bu müddət ərzində dəymiş zərərin qarşı tərəfin sığorta almaq üçün qəzada günahkar onu çıxarmışlar.Bununla da polis işçiləri qanunun tələblərinə əməl etməmiş, hadisə yerinə düzgün baxış keçirməmiş sxem tərtib etməmiş, sənədləşməni vaxtında və düzgün aparmamışlar. Məhkəmə iclasında X8 şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin olunmasını, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə Mansuroviçin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinə, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə Mansuroviçə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, polis şöbəsinin nümayəndəsi, E.Maçanov məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış həmin şəxlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə X1 barəsində xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə Mansuroviç tərəfindən xx xxxxxxx 2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən RPŞ DYPB-nin inspektoru, polis leytenantı Nümayəndə Mansuroviç tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 60 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı Seymur Məmmədovun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Balakən RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Nümayəndə Mansuroviç tərəfindən hər iki avtomobilin sürücüsünün izahatları səthi alınmış, yəni izahatlar alınan zaman hadisəni görən başqa şahidlərin olub-olmaması, hadisənin dəqiqliklə harada baş verməsi, VAZ-11183 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşının sola və ya geriyə döndüyü yerdə, həmçinin Hunday Accent markalı, ** BF *** dövlət nömrə nişanlı avtomaşının isə ötmə əməliyyatını həyata keçirdiyi yerdə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin olması və avtomaşınların, o cümlədən VAZ-11183 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşının 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməməsinin işdəki hansı mötəbər sübutlarla sübut olunması, ümumiyyətlə hadisənin baş verdiyi ərazidə hansı hərəkət zolaqlarının olması, hadisə baş verən zaman avtomobillərin birinin digərinə münasibətdə dayandıqları yerlər və bu kimi digər suallar aydınlaşdırılmamış, X5 manevr etmə qaydalarını pozmaması, dönmə işığını yandıraraq, dönmə əməliyyatına başlaması, Balakən şəhər istiqamətində hərəkətdə olarkən Hunday Accent markalı, ** BF *** dövlət nömrə nişanlı avtomaşının Balakən istiqamətində yüksək sürətlə gəlib, yolun əks istiqamətinə çıxaraq, onun avtomaşınının sol hissəsindən vurması və hadisənin xx.xx.2020-ci il tarixdə baş verməsinə baxmayaraq, onun nəyə görə xx.xx.2020-ci il tarixdə sənədləşdirilməsi barədə verdiyi məlumat işin hallarına münasibətdə ətraflı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmiş, hadisənin baş vermə anında X5 idarə etdiyi VAZ-11183 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşınla Abdulla Abdullayev adlı şəxsin idarə etdiyi qeyd edilən Hunday Accent markalı, ** BF *** dövlət nömrə nişanlı avtomaşın arasında ara məsafəsinin nə qədər olması, X5 idarə etdiyi VAZ-11183 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşının dönmə əməliyyatını, Hunday Accent markalı, ** BF *** dövlət nömrə nişanlı avtomaşının isə ötmə əməliyyatını qanauyğun qaydada yerinə yetirib-yetirməməsi halları ətraflı araşdırılmamış, bu barədə olan fərqli fotoşəkillərə və işin digər hallarına obyektiv hüquqi qiymət verilməmiş, hadisənin sxeminin tərtibi zamanı X5 iştirakı təmin edilməmiş və onun bununla bağlı etiraz və izahatlarını vermək barədə hüquqları pozulmuş, baş vermiş yol-nəqliyyat hadisəsində kimin məsuliyyət daşımasının aydınlaşdırılması üçün məhkəmə-avtotexniki ekspertizası təyin edilərək, rəyi alınmamış, ümumiyyətlə iş üzrə inzibati araşdırma aparılmamışdır. Bundan başqa həmin inzibati tənbeh vermə haqqında qərarda Seymur Məmmədovun 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməməsi göstərilsə də, İXM-nin 327.2-ci maddəsində sadalanan hansı hərəkəti törətməklə məsuliyyətə cəlb edilməsi göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti barədə nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da X5 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) X13 Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Göstərilənlərin işığında şübhəsizdir ki, X5 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmalı, Seymur Məmmədovun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin olub-olmaması, həmin əməldə onun təqsirinin olubolmamasının müəyyənləşdirilməsi üçün inzibati araşdırma aparılmalı, bu araşdırma zamanı məhkəmə-avtotexniki ekspertizası təyin olunmalı, həmin ekspertizanın rəyi alınmalı, hadisənin şahidlərinin dəqiq dairəsi müəyyənləşdirilməli, onların izahatları alınmalı, hadisənin yuxarıda göstərilən bütün ziddiyyətli məqamları aradan qaldırılmalı, baş vermiş xətanın dəqiq mahiyyəti və onun kim tərəfindən törədilməsi müəyyən olunmalı, həmin xətaya düzgün hüquqi qiymət verilməli və son nəticədə iş üzrə ədalətli və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.4 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X5 şikayəti qismən təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş inspektoru Nümayəndə Mansur oğlunun X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Balakən Rayon Polis Şöbəsinə göndərilməlidir. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində isə təmin edilməməlidir. Belə ki, X5 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan, Seymur Məmmədovun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin olubolmaması, həmin əməldə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün inzibati araşdırma aparılmadan, bu araşdırma zamanı məhkəmə-avtotexniki ekspertizası keçirilmədən, digər sübutlar müəyyən olunmadan, hadisənin yuxarıda göstərilən bütün ziddiyyətli məqamları aradan qaldırılmadan X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törədib-törətməməsi qənaətinə gəlmək hazırki halda mümkün deildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X5 şikayəti qismən təmin edilsin. Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Baş inspektoru Nümayəndə Mansur oğlunun X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin; inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Balakən Rayon Polis Şöbəsinə göndərilsin; şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-40/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-40/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver