Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-400/2023 26.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Balakən rayonu Qazma kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 395.1-2-ci maddəsilə Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayonu Kortala kəndində Şəxs məxsus torpaq sahəsində xx.xx.2023-cü il tarixdə qanunsuz tikinti fəaliyyəti aşkar edilmiş və müvafiq tələblərə əsasən ona olunan xəbərdarlığa baxmayaraq xx.xx.2023-cü il tarixdə təkrar qanunsuz tikinti işi aşkarlanmış, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsi pozulmuşdur. Ona görə də Balakən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30 avqust 2023-cü il tarixli MN 0302443№-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış və yaxud belə vəsatət rədd edilməmişdir. Qeyd edilənlərə əsasən hazırki işə Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatının nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Azərbaycam Respublikasi Balakən Rayon İcra Hakimiyyəti Başçisinin Aparatı tərəfindən Balakən rayonu Kortala kənd sakini Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2 maddəsinə əsasən Balakən RİH tərəfindən tərtib olunmuş protokola Balakən Rayon Məhkəməsində baxılmış və onlara xəbərdarlıq edilmişdir. Lakin Şəxs tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin məlumatlandırma icraatının tələblərinə riayət edilmədən tikinti işlərinin aparılmasının davam etdirildiyi müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2 və 395.1-2 maddələrinə əsasən Şəxs barəsində təkrar inzibati xəta protokolu tərtib olunmuşdur. Şəxs barəsində tərtib olunmuş protokol baxılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, X2 -Balakən rayon İHnin Memarlıq və Tikinti şöbəsinin müdüri, X1- Kortala kənd İƏD üzrə nümayəndəsi, Şəxs- Kortala kənd sakini tərtib edirlər həmin aktı ondan ötrü ki, xx.xx.2023-cü il tarixində Kortala kənd sakini Şəxs qanunsuz olaraq tikinti işləri apardığına görə akt tərtib olunaraq protokol yazılmış və aidiyyəti olaraq Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixində vətəndaşa qanunsuz olaraq tikinti işlərinin aparılması barədə xəbərdarlıq edilmiş, lakin xx.xx.2023-cü il tarixində monitorinq zamanı Balakən Rayon Məhkəməsi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaşın tikinti işləri aparılması aşkar edilmişdir və hal-hazırda tikinti işlərini davam etdirməkdədir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(019)- 342/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisi və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsinin sanksiyasında fiziki şəxslərə xəbərdarlıq və ya onlar üçün üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar, həmin Məcəllənin 33-cü maddəsində isə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(0190-342/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edildikdən sonra eyni xətanı həmin qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati tənbeh almış şəxs kimi eyni xətanı həmin qərar qanuni qüvvəyə mindiyi gündən ilk ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmamasını və Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati tənbeh aldıqdan sonra eyni xətanı həmin qərar qanuni qüvvəyə mindiyi gündən ilk ərzində təkrar törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 395.1-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-400/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-400/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver