Məhkəmə qərarları › İş №3(019)-402/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-402/2020

25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-402/2020 25.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protest vermiş Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun köməkçisi X5, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 və onun qanuni nümayəndəsi X1 iştirakı ilə Balakən rayon prokuroru, ədliyyə müşaviri X7 Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) rəisi, polis polkovnik-leytenantı X11 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi protestə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokuroru, ədliyyə müşaviri X2 RPŞ-nin rəisi, polis polkovnikleytenantı X11 X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Balakən rayon prokuroru, ədliyyə müşaviri X14 protestini onunla əsaslandırmışdır ki, Balakən rayonu Püştətala kəndi sakini X1 xx.xx.2020-ci il tarixdə Balakən rayon prokurorluğuna şikayəti daxil olmuşdur. Ruziyə Məmmədrəhimova şikayətində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə yetkinlik yaşma çatmamış oğlu X3 rayonu Püştətala kəndində yerləşən evinin qarşısından keçən su arxından su gətirən zaman magistral yoldan keçən tanımadığı polis əməkdaşı idarə etdiyi avtomaşını saxlayaraq, oğlu Rəsulun şəkillərini çəkmiş, bundan sonra oğlunu əli ilə işarə edərək, maşına çağırmış, oğlu ilə qatı cinayətkar kimi davranmış, maska taxmadığı üçün oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və kobud bir şəkildə oğlunun üstünə qışqıraraq, protokola qol çəkməsini tələb etmişdir. Oğlu yeniyetmə olduğu üçün polis əməkdaşının polisə yaraşmayan hərəkətlərindən qorxaraq, həmin protokola qol çəkmişdir. Oğlu polis əməkdaşına evlərinin tam qarşısında iki addımlıq məsafədən su götürməyə gəldiyini izah etməsinə və yetkinlik yaşma çatmadığını deməsinə baxmayaraq, polis əməkdaşı oğlunu qanunsuz olaraq cərimələmiş, bundan əlavə polis əməkdaşına yaraşmayan şəkildə kobudlamışdır. Ruziyə Məmmədrəhimova həmin məktubda qeyd olunmuş bu xüsusatların nəzərə alınaraq, oğlunun 100 manat cərimə olunması barədə inzibati protokolun ləğv edilməsini və həmin protokolu tərtib edən X8 barəsində tədbir görülməsini xahiş etmişdir. Protesdə daha sonra göstərilir ki, X6 barəsində toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialından görünür ki, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Qədir Xodayev xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nin rəisinə raportla müraciət edərək, həmin tarixdə Balakən rayonu Püştətala kəndində xidmətdə olan zaman Püştətala kənd sakini, xx.xx.2003-cü il təvəllüdlü X6 tibbi maskadan istifadə etməməsini müəyyən etdiyini bildirmiş və onun barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Balakən RPŞ-nin İTB-nin YYC inspektoru, polis leytenantı X16 həmin raport əsasında 29.11,2020-ci il tarixdə, saat 12 radələrində X6 Balakən rayonu Püştətala kəndi ərazisində gigiyena əleyhinə tibbi maskadan istifadə etməyərək, karantin rejimi qaydalarını pozmasına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş, həmin tarixdə də Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X19 tərəfindən X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə icraat zamanı X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, o cümlədən, Balakən RPŞ-nin İTB-nin YYC inspektoru, polis leytenantı X16 tərəfindən Azərbaycan Respublikası Konstitusiyası, İXM və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Ruziyə Məmmədrəhimovanın şikayət ərizəsindən görünür ki, X20 rayonu Püştətala kəndində yerləşən evinin qarşısından keçən su arxından su gətirməyə getmişdir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Amma Balakən RPŞ-nin İTB-nin YYC inspektoru tərəfindən X6 yaşadığı evinin qarşısının ictimai yer, yəni insanların sıx toplaşdığı yer olubolmaması, Rəsul Balamedovun tibbi maskadan insanların sıx toplaşdığı yerdə istifadə edib-etməməsini göstərən kifayət qədər hallar araşdırılmamış, onun tibbi qoruyucu maskadan istifadə etməməsinin Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” 19.11,2020ci il tarixli, 451 nömrəli qərarının tələblərinin pozulması ilə nəticələnməsi arasında səbəbli əlaqənin olub-olmamasına düzgün hüquqi qiymət verilməmiş və sonuncunun həqiqətən İXM-nin 211.2-ci maddəsinin tələblərini pozub-pozmaması aydınlaşdırılmadan evinin qarşısında tibbi maskadan istifadə etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla yanaşı, İXM-nin 63-cü maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs yetkinlik yaşma çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda həmin şəxsin mənafeyini onun qanuni nümayəndəsi təmsil edir. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Maddənin məzmunundan göründüyü kimi, xx.xx.2003-cü il təvəllüdlü X15 yetkinlik yaşma çatmayan şəxs olduğundan və şəxsin yetkinlik yaşma çatmaması raportda qeyd olunmasına baxmayaraq, Balakən RPŞ-nin İTB-nin əməkdaşı sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraat başlandığı andan onun qanuni nümayəndəsinin iştirakını təmin etməli, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə hüquq və vəzifələrini izah edərək, hüquq və vəzifələrinə dair bildiriş təqdim etməli və onun müdafiəçi istəyibistəməməsini aydınlaşdırılmalı olduğu halda, bunu etməmişdir. Bununla bərabər, İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətaya münasibətdə tətbiq edilən norma düzgün tətbiq edilməmişdir. Ona görə ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulduğu halda, karantin rejiminin pozulması İXM-nin 211.1 -ci maddəsinin dispozisiyasında əks olunmuşdur. Bununla da Rəsul Balamedovun tibbi maskadan istifadə etməməsi karantin rejimi qaydalarının pozulması kimi qiymətləndirilib, sonuncu İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. X17 tibbi maskadan istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozub-pozmamasına düzgün hüquqi qiymət verilməli idi. Həmçinin protokolun Balamedov adlı şəxsin iştirakı ilə tərtib edildiyi göstərilsə də, konkret olaraq kimin iştirakı ilə tərtib edildiyi, hüquq və vəzifələrin kimə izah edildiyi və protokolun kimə təqdim edildiyi öz əksini tapmamışdır. İXM-nin 100cü maddəsinə görə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə təqdim edilməlidir. Lakin İTB-nin əməkdaşı, Rəsul Balamedov yetkinlik yaşına çatmadığından protokolu onun qanuni nümayəndəsinə təqdim etməli olsa da, təqdim etməmişdir (hətta qeyd olunan müddəalar inzibati xəta haqqında protokolda ayrıca bənd kimi nəzərdə tutulmuşdur). O cümlədən inzibati xəta haqqında iş üzrə icraat zamanı şahidlərin olub-olmaması müəyyən edilməmiş, Rəsul Balamedovun, eləcə də şahidlərin izahatları alınmamışdır. Protesdə daha sonra bildirilir ki, bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında iş üzrə icraata baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, sonuncu iştirak etməsin. İXM-nin 63-cü maddəsində göstərilmişdir ki, 18 yaşına çatmayan şəxs barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsinə işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Qeyd olunan xüsusat barəsində icraat aparılan şəxsin qanuni nümayəndəsinin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsinin iştirakı olmadan inzibati xəta törətmiş şəxsin barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərar qanuni nümayəndəyə 2 gün müddətində təqdim edilməmiş və qanuni nümayəndəyə qərardan şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsinin Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ pozulmuşdur. Halbuki Konstitusiyanın 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Beləliklə, X6 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmədən və inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiyası, İXM və Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərinə əməl olunmadan aparılmaqla, sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Balakən RPŞnin rəisi, polis polkovnik-leytenantı X11 X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi X12 protesti müdafiə edərək, ona uyğun izahat vemiş və protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X15 göstərmişdir ki, o, yetkinlik yaşına çatmayan şəxsdir. xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində əlində bidon Balakən rayonu Püştətala kəndində yerləşən evinin qarşısından keçən su arxından su gətirməyə getmiş, bu zaman magistral yoldan keçən tanımadığı polis əməkdaşı idarə etdiyi avtomaşını saxlayaraq, onun şəkillərini çəkmiş, sonra əli ilə işarə edərək, onu maşına çağırmış, maska taxmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və kobud bir şəkildə onun üstünə qışqıraraq, protokola qol çəkməsini tələb etmişdir. O da yeniyetmə olduğu üçün polis əməkdaşından qorxaraq, həmin protokola qol çəkmişdir. O, polis əməkdaşına evlərinin tam qarşısında iki addımlıq məsafədən su götürməyə gəldiyini izah etməsinə və yetkinlik yaşına çatmadığını deməsinə baxmayaraq, polis əməkdaşı bunlara əhəmiyyət verməmişdir. Protokol tərtib olunarkən hüquq və vəzifələri ona izah olunmamış, həmçinin qanuni nümayəndəsi olan anası dəvət edilməmişdir. Onun maska taxmadığı yer evinin qarşısı olmuşdur, su arxının kənarı olmaqla ictimai yer deyildir. Həm də həmin vaxt orada hər hansı başqa şəxs olmamışdır. İnzibati qaydada cərimələnməsi barədə işə baxılarkən o və anası çağrılmamış və onlar həmin iclasda iştirak etməmişlər. Onun su gətirməyə getdiyi yer ictimai yer deyildir. Onun hüquqları pozulmuşdur. Prokurorun protestinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş yetkinlik yaşına çatmayan X6 qanuni nümayəndəsi X4 da təmsil etdiyi X6 izahatına uyğun izahat vermiş və protestin təmin olunmasını xahiş etmişdir. Balakən RPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən protestin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən RPŞnin nümayəndəsinin iştirakı olmadan hazırki protestə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Protest verən Balakən rayon prokurorunun nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və onun qanuni nümayəndəsini dinləyib, protestin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, protest əsaslı olduğundan təmin edilməli, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X11 X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən X15 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Balakən RPŞ-yə xx.xx.2020-ci il tarixdə daxil olmuş polis əməkdaşı Qədir Xodayev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Balakən rayonu Püştətala kəndində xidmətdə olan zaman Püştətala kənd sakini xx.xx.2003-cü il təvəllüdlü X6 tibbi maskadan istifadə etmədiyi müəyyən edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X6 xx.xx.2020-ci il tarixdə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İşdə olan Balakən RPŞ-nin rəisi X11 xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X15 xx.xx.2020-ci il tarixdə, saat 17.24 radələrində Balakən rayonu Püştətala kəndi ərazisində gigiyena əleyhinə tibbi maskadan istifadə etməyərək, karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Qədir Xodayev xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nin rəisinə raportla müraciət edərək, həmin tarixdə Balakən rayonu Püştətala kəndində xidmətdə olan zaman Püştətala kənd sakini xx.xx.2003-cü il təvəllüdlü X6 tibbi maskadan istifadə etməməsini müəyyən etdiyini bildirmiş və onun barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmiş, Balakən RPŞ-nin İTB-nin YYC inspektoru, polis leytenantı X16 həmin raport əsasında 29.11,2020-ci il tarixdə, saat 17.24 radələrində X6 Balakən rayonu Püştətala kəndi ərazisində gigiyena əleyhinə tibbi maskadan istifadə etməyərək, karantin rejimi qaydalarını pozmasına görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş, həmin tarixdə də Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X19 tərəfindən X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə icraat zamanı X6 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, o cümlədən Balakən RPŞ-nin İTB-nin YYC inspektoru, polis leytenantı X16 tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının İXM və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. İş materiallarından görünür ki, Rəsul Balamedov xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Püştətala kəndində yerləşən evinin qarşısından keçən su arxından su gətirməyə getmiş və həmin vaxt həmin yerdə heç kim olmamışdır. Bu xüsusda Rəsul Balamedovun evinin qarşısında su gətirməyə getdiyi və həmin vaxt heç kimin olmadığı yer ictimai yer hesab oluna bilməz. İşdə olan iki fotoşəkil də Rəsul Balamedovun həmin vaxt fərdi qoruyucu vasitədən istifadə etmədiyi yerin ictimai yer olmasını sübut etmir. Belə ki, iş materialları ilə həmin fotoşəkillərin kim tərəfindən və hansı fototexniki vasitələrdən istifadə edilməklə çəkilməsi, bu zaman fotoşəkilləri çəkmiş şəxsin buna müvafiq hüququnun olması və fotoşəkillərin məhz həmin yerdə çəkilməsi müəyyən olunmur, həmin fotoşəkillər nömrələnməmişdir və həmin fotoşəkillərlə Rəsul Balamedovun məhz xx.xx.2020-ci il tarixdə, saat 17.24-də ictimai yerdə fərdi qoruyucu vasitədən istifadə etməməsi sübut olunmur. Digər tərəfdən, həmin fotoşəkillər qanunsuz yolla əldə edilmiş sübutlardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Polis əməkdaşı X25 haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyərək, özünü təqdim etmədən və buna müvafiq hüququ olmadan Rəsul Balamedovun şəklini çəkməsi Konstitusiyanın 32-ci maddəsinin (şəxsi toxunulmazlıq hüququ) tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdəki hər hansı sübutla X6 yaşadığı evinin qarşısının ictimai yer, yəni insanların sıx toplaşdığı yer olması, Rəsul Balamedovun fərdi qoruyucu vasitələrdən insanların sıx toplaşdığı yerdə istifadə etməməsi halı təsdiq olunmur. İş materiallarında bununla bağlı hər hansı şahid izahatı, videogörüntülər və digər mötəbər sübutlar yoxdur. İş materiallarında Rəsul Balamedovun fərdi qoruyucu vasitədən istifadə etməməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” 19.11,2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərinin pozulması ilə nəticələnməsi arasında səbəbli əlaqənin olması ilə bağlı mötəbər sübutlar mövcud deyildir. Bununla da X6 xx.xx.2020-ci il tarixdə, saat 17.24-də ictimai yerdə fərdi qoruyucu vasitədən istifadə etməməsi, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” 19.11,2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərini pozması əsaslı şübhələr yaradır ki, həmin şübhələri aradan qaldırmaq üçün də onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş vəzifəli şəxslər tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki şəxsin ona inkriminə olunan inzibati xətanın törədilməsində təqsirini sübut etmək, bu xətanın törədilməsində təqsirli olması ilə bağlı yaranan əsaslı şübhələri aradan qaldırmaq və bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etmək vəzifəsi həmin vəzifəli şəxslərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə də hər hansı mötəbər sübutla aradan qaldırılmayan həmin əsaslı şübhələri X6 xeyrinə həll edərək, X6 xx.xx.2020-ci il tarixdə, saat 17.24-də ictimai yerdə fərdi qoruyucu vasitələrdən istifadə etməməsi nəticəsini əsassız hesab edir və belə qənaətə gəlir ki, X6 əməlində İXM-nin 211.2-ci maddəsinin tərkibi mövcud deyildir və onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri yoxdur. Bu xüsusda o da qeyd edilməlidir ki, İXM-nin 100-cü maddəsinə əsasən hazırki iş üzrə inzibati xəta haqqında protokolda törədilməsi ehtimal edilən inzibati xətaya münasibətdə tətbiq edilən norma düzgün tətbiq edilməmişdir. Belə ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulduğu halda, karantin rejiminin pozulması Azərbaycan Respublikası İXM-nin 211.1 -ci maddəsinin dispozisiyasında əks olunmuşdur. Hazırki işdə Balakən RPŞ-nin vəzifəli şəxsi tərəfindən qanunun tələbləri pozularaq, Rəsul Balamedova istinad olunan onun fərdi qoruyucu vasitələrdən istifadə etməməsi karantin rejimi qaydalarının pozulması kimi qiymətləndirilib, Rəsul Balamedov barəsində İXM-nin 211.2-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və o, İXM-nin 211.2-ci maddəsilə inzibati tənbehə məruz qalmışdır. Şübhəsizdir ki, Rəsul Balamedovun fərdi qoruyucu vasitədən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozub-pozmamasına düzgün hüquqi qiymət verilməli olduğu halda, bu edilməmişdir. Ona görə də Balakən RPŞ-nin vəzifəli şəxsi tərəfindən X6 İXM-nin 211.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edlilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Bununla yanaşı, X15 İXM-nin 211.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilərkən onun bir sıra hüquqları da kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 63-cü maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs yetkinlik yaşma çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda həmin şəxsin mənafeyini onun qanuni nümayəndəsi təmsil edir. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Bu qanunun imperativ tələbidir. Maddənin məzmunundan göründüyü kimi, xx.xx.2003-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatmayan şəxs olduğundan və şəxsin yetkinlik yaşma çatmaması raportda qeyd olunmasına və dəqiq müəyyən olunmasına baxmayaraq, Balakən RPŞ-nin İTB-nin əməkdaşı Rəsul Balamedov barəsində inzibati xəta haqqında iş üzrə icraat başlandığı andan onun qanuni nümayəndəsinin iştirakını təmin etməli, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə hüquq və vəzifələrini izah edərək, hüquq və vəzifələrinə dair bildiriş təqdim etməli və onun müdafiəçi istəyib-istəməməsini aydınlaşdırılmalı olduğu halda, bunu etməmiş, onun sözügedən hüquqlarını kobud şəkildə pozmuşdur. Həmçinin protokolun Balamedov adlı şəxsin iştirakı ilə tərtib edildiyi göstərilsə də, konkret olaraq kimin iştirakı ilə tərtib edildiyi, hüquq və vəzifələrin kimə izah edildiyi və protokolun kimə təqdim edildiyi öz əksini tapmamışdır. Bundan başqa, Azərbaüycan Respublikası İXM-nin 100-cü maddəsinə görə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə təqdim edilməlidir. Lakin Balakən RPŞ-nin İTB-nin əməkdaşı inzibati xəta haqqında protokolu yetkinlik yaşına çatmayan Rəsul Balamedovun qanuni nümayəndəsinə təqdim etməli olduğu halda, təqdim etməmişdir. O cümlədən inzibati xəta haqqında iş üzrə icraat zamanı şahidlərin olub-olmaması müəyyən edilməmiş, Rəsul Balamedovun, eləcə də şahidlərin izahatları alınmamışdır. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında iş üzrə icraata baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. İXM-nin 63-cü maddəsində isə göstərilmişdir ki, 18 yaşına çatmayan şəxs barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsul Balamedovun qanuni nümayəndəsinə işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsinin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəsul Balamedovun qanuni nümayəndəsi inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 qanuni nümayəndəsinin iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin həmin qərar qanuni nümayəndəyə 2 gün müddətində təqdim edilməmiş və qanuni nümayəndəyə qərardan şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəsul Balamedovun qanuni nümayəndəsinin Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmədən və inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının İXM və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli, 451 nömrəli qərarının tələblərinə əməl olunmadan aparılmaqla, həmçinin Rəsul Balamedovun əməlində İXM-nin 211.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən sübutlar (fotoşəkillər, İnzibati xəta haqqında protokol və sair) Azərbaycan Respublikasının Konstitusiyası, İXM və Polis haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq toplanılmaqla və Rəsul Balamedovun və onun qanuni nümayəndəsinin konstitusion hüquq və azadlıqları məhdudlaşdırılmaqla, X15 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X6 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X6 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) X26 Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşdəki sübutlardan görünür ki, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsinin tərkibi olmadan, o, əsassız olaraq İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X11 xx xxxxxx 2020-ci il tarixli, MN-0547244 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də həmin qərar ləğv edilməli və əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə X15 barəsində İXM-nin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları ümumiləşdirib, İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, Balakən rayon prokuroru, ədliyyə müşaviri X7 protesti əsaslı olduğundan təmin edilməli, Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X11 X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Balakən rayon prokuroru, ədliyyə müşaviri X7 protesti təmin edilsin. Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı X11 X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar