Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-403/2023 26.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və orada yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 15.15 radələrində manevr qaydasını pozmaqla yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomaşınla yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurmaqla onun sağlamlığına bədən xəsarəti yetirməsi əsası ilə Balakən rayonu İnzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, hal-hazırda özünə məxsus olan "X9” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı göy boz metalık rəngli avtomaşını var. Həmin avtomaşın ilə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə o, avtomaşını ilə Balakən şəhəri ərazisində yerləşən mərkəzi bazarın qarşısında dayanıb müştəri gözləmiş, bir qədər orada dayandıqdan sonra avtomaşınını avtoyuma məntəqəsinə aparıb təmizlətdirmək istəmişdir. Buna görə də avtomaşını ilə oradan çıxıb şəhər ərazisində yerləşən "Grand” adlanan şadlıq sarayının yanında yerləşən avtoyuma məntəqəsinə getmiş, avtoyuma məntəqəsində sıxlıq olduğu üçün oradan qayıdıb Bayraq Meydanı” adlanan əraziyə tərəf getmək üzrə yola düşmüş, Balakən şəhəri ərazisində yerləşən "Qubek” adlanan mehmanxananın qarşısına çatdıqda yolun sol tərəf hissəsində taksi nişanlı avtomaşın dayanmış və həmin an yanından tanımadığı bir avtomaşının eyni anda keçdiyini görmüşdür. Qəfildən yanından eyni anda keçən avtomaşının arxa hissəsindən adı sonradan ona məlum olan Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs çıxdığı üçün avtomaşının ön sol tərəfi ilə onun sağ tərəf hissəsindən vurmuşdur. Qəza baş verən zaman Aynurə yerə yıxılmış, Aynurəni kənara çəkib ona müalicə xərclərini çəkəcəyini deyib ona narahat olmamasını bildirmişdir. Bu vaxt oraya yol polisi əməkdaşları gələrək hadisənin necə baş verməsini Aynurədən soruşduqda Aynurə ehtiyatsızlığı səbəbindən yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan sonra Aynurəni Zaqatala rayonunda yerləşən "Labstyle” adlanan xəstəxanaya apararaq onu müayinə etdirib müalicə xərclərini çəkmiş, bir müddət sonra Aynurə ilə aralarında narazılıq yarandığı üçün Aynurə onun barəsində DİN-in 102 xidmətinə şikayət etmişdir. Avtomaşınını idarə etməyi ilə əlaqədar bütün zəruri sənədləri var. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, evdən taksi ilə çıxıb Balakən şəhəri ərazisində yerləşən “Qubek” adlanan otelin qarşısına gəlmişdir. Fikri var idi ki, həmin otel ilə üzbə-üz yolun digər hissəsində yerləşən şirniyyat dükanından tort alsın. O, taksidən düşüb taksinin arxasına keçib ilk öncə yolu keçməmişdən öncə sağ tərəfə baxıb görmüşdür ki, maşın gəlmir, daha sonra sol tərəfə baxanda görmüşdür ki, gümüşü rəngli “Mersedes" markalı avtomaşın gəlir. O, həmin avtomaşının gəlib keçməsini gözləmiş və maşın keçəndən sonra sağa tərəf deyil, sol tərəfinə baxıb yolu keçmişdir ki, bu vaxt qəfildən tormuz səslərini eşidib sağ tərəfə baxmışdır ki, bu vaxt Opel markalı avtomaşının ön sol tərəfi onun sağ ayağına dəymiş və o, sol tərəf üstə yerə çırpılmışdır. Həmin avrtomaşının sahibi adı sonradan ona məlum olan Balakən rayon Qazma kənd sakini Şəxs 99- OZ-280 nömrəli "Opel” markalı avtomaşınından düşərək ona yaxınlaşıb ətrafda olan şəxslərin köməkliyi ilə onu kənara aparmışdır. Məhəmməd ona xahiş etmişdir ki, bu barədə polis orqanlarına məlumat verməsin, həmçinin xəstəxanaya bu barədə müraciət etməsin. O da ona razılıq vermişdir. Bir qədər sonra hadisə yerinə bri neçə nəfər yol polisi əməkdaşları gəlib ondan hadısənın necə baş verdiyini soruşanda o da ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığını deyib hər hansı şikayətinin olmadığını bıldırmişdir. Yol polisi əməkdaşları çıxıb gedəndən sonra Məhəmməd onu Zaqatala rayonu ərazisində yerləşən Labstyle” adlanan xəstəxanaya aparmışdır. Orada həkim müayinəsindən keçəndən sonra Məhəmməd onu evinə gətirib hər nə müalicə olunsa bütün xərcləri qarşılayacağına söz vermis, o da ona inanmışdır. Həmin vaxtdan bir neçə gün sonra o, görmüşdür ki, ağrıları çoxalır və o, Məhəmmədin özündən və həyat yoldaşı Vüsalədən tələb etmişdir ki, onu kompyüter tomoqrafiyasına aparıb müayinədən keçirsinlər. xx.xx.2023-cü il tarixdə Məhəmməd ilə Vüsalə onu Zaqatala rayonuna xəstəxanaya aparıb kompyüter tomoqrafiyasından müayinədən keçirmişlər. Müayinədən sonra Vüsalə tomoqrafiyanın cavabını Balakən rayonunda işləyən məhkəmə tibbi eksperti Nazim Qarayevin həyat yoldaşı Xanım həkimə göndərmişdir. O, ondan nə etdiyini soruşanda ona demişdir ki, məsləhət alır bilsin ki, xəsarətin dərəcəsi nədir. O, bunu görəndən sonra Vüsaləyə acıqlanmış və aralarında sözlə mübahisələri yaranmışdır. Daha sonra Məhəmməd ilə Vüsalənin ona qarşı etinasız hərəkətlər etdiyini görmüş və belə qərara gəlmişdir ki, yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı şikayət etsin. Buna görə də xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 305 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sol ağrı nahiyəsində hematoma - bərk küt əşyanın (əşyların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. xx.xx.2023-eü il tarixdə X3 Zərərçəkmiş şəxs təyin olunmuş onurğa sütununun bel-oma nahiyəsinin KT müayinəsi zamanı L3-4 diskdə dural kisəni kompressiya edən arxamərkəzi sirkulyar qabarma (bulging). L4-5 diskdə dural kisəni sıxan, hər iki lateral recessi inferiordan daraldan 4 mm ölçüdə arxa mərkəzi geniş əsaslı yırtıq, L5-S1 diskdə arterior epidural sahəni kompressiya edən 2mm ölçüdə arxa-mərkəzi protruziya" diaqnozu məhkəmə-tibbi meyarlarına əsasən sağlamlığa zərər vurma dərəcəsi təyin edilmir, bu hal patoloji proses hesab edilir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Zaur Xəlilovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1- 534 saylı materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Opel Astra minik markalı, 99OZ280 dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, X1 Məhəmməd Mollaəli oğluna Opel Astra minik markalı, 99OZ280 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək barədə etibarnamə vermiş və etibarnamədə onun 1 il müddətinə verilməsi və xx.xx.2023-cü il tarixədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzədə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 15.15 radələrində yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomaşınla yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurmaqla onun sağlamlığına yüngül bədən xəsarəti yetirməsi Şəxs və Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatları, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 305 nömrəli rəyi, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Zaur Xəlilovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı və sair sübutlarla tam təsdiq olunur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarının tələbinə əsasən inzibati xəta törətməsindən səmimi peşimançılığını,vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxsə könüllü sürətdə qismən ödəməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılı, vurulmuş zərərin əvəzini zərərçəkmiş şəxsə könüllü sürətdə qismən ödəməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-403/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-403/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver