Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-405/2020 24.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X4 tərəfindən Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN-0587291 nömrəli inzibati protokoldan verilmiş şikayət ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X1 Rayon Polis Şöbəsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN-0587291 nömrəli inzibati protokolun ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X4 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi, qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Qanunda şəxsin səlahiyyətli orqanın (vəzifəli şəxsin) barəsində tərtib etdiyi inzibati xəta haqqında protokoldan şikayət verməsi nəzərdə tutulmamışdır. İş materiallarında Balakən Rayon Polis Şöbəsinin (həmin şöbənin vəzifəli şəxsinin) X4 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etməsi qeyd edilmir və X4 tərəfindən də Balakən Rayon Polis Şöbəsinin (həmin şöbənin vəzifəli şəxsinin) barəsində inzibati xəta haqqında iş üzrə qəbul etdiyi qərar şikayətə əlavə olunmamışdır. X4 barəsində inzibati xəta haqqında iş üzrə qərar olmadan bu şikayətə baxmaq qeyrimümkündür. Ona görə də X2 Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN-0587291 nömrəli inzibati protokolun ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına dair şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair x xxx 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Həmin hüquq normasını analogiya üzrə tətbiq edərək, hesab edirəm ki, X2 Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN-0587291 nömrəli inzibati protokolun ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmas haqqında hazırki qərardaddan da şikayət verilə bilməz. O da qeyd edilməlidir ki, X4 barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan qanunda müəyyən edilmiş müddət daxilində məhkəməyə şikayət vermək hüququna malikdir. Şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, onun vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutub, qərara aldım: X2 Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN-0587291 nömrəli inzibati protokolun ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılması haqqında şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. X3 barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan qanunda müəyyən edilmiş müddət daxilində məhkəməyə şikayət vermək hüququ və şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, bu müddətin bərpası üçün vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-405/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-405/2020
24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver