Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-405/2021 09.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi - Balakən rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1994-cü ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Tülü kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 nömrəli 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən 3000 (üç min) manat pulu və ödənilmiş 30 manat dövlət rüsumu xərcini, cəmi 3030 (üç min otuz) manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. O borcu ödəməmişdir.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi,zərərçəkmiş şəxsin və icra məmurunun ifadələri və iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə oğlu göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 nömrəli 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 (üç min) manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunu, cəmi 3030 (üç min otuz) manat pulu iddiaçı Zərərçəkmiş şəxs Carullah qızına ödəməlidir. Şəxs borcu ödəməmiş, çağırışlarına gəlməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)- 520/2020 nömrəli 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən 3000 (üç min) manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunu-cəmi 3030 (üç min otuz) manat pulu iddiaçı Zərərçəkmiş şəxs Carullah qızına ödəməlidir. Onun həmin borcu birdəfəyə ödəmək imkanı yoxdur.Borcu az-az ödəyə bilər.Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Carullah qızı göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 nömrəli 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs Bahaddin oğlu 3000 (üç min) manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunu, cəmi 3030 (üç min otuz) manat pulu ona ödəməlidir. Şəxs iki ilə yaxındır ki, müxtəlif bəhanələrlə borcu ödəmir. Şəxs hər dəfə barəsində inzibati xəta haqqında protokol tərtib ediləndə borcu ödəmək üçün vaxt istəyir, lakin sonra borcu ödəmir. O, müharibə veteranı bacısıdır, atası ölmüş iki uşağa təkbaşına baxır. Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-520/2020 nömrəli 20 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 (üç min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu–cəmi 3030 (üç min otuz) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənməlidir. İşdə olan 21 oktyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki,Şəxs tələbkar Zərərçəkmiş şəxs 3000 (üç min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu–cəmi 3030 (üç min otuz) manat borcun ödənməsi ilə bağlı xəbərdar edilmişdir. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin borclunun axtarışı haqqında 25 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, eyni zamanda onun borcu ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X4, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 09 dekabr 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-405/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-405/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver