Məhkəmə qərarları › İş №3(019)-406/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-406/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-406/2021 10.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1967-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 07.11.2021-ci il tarixdə, saat 12 radələrində Balakən rayonu Qazma kəndində Zərərçəkmiş şəxs qızının boğazından tutaraq, onu sürumuş və ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 09 dekabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protocol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Talalar kəndində yaşayır. Qızı Qönçə 2009-cu ildə Qazma kənd sakini X14 ilə ailə qurmuş, həmin evlilikdən onların iki azyaşlı uşaqları olmuşdur. X21 Federasiyasında yaşadığından qızı Qönçə 2021-ci ilin 27 oktyabr tarixində məhkəmə qaydasında boşanaraq, hal-hazırda keçmiş qaynı Anar Hacıyevə məxsus torpaq sahəsində tikilən ikimərtəbəli evdə iki uşaqları ilə birlikdə yaşayır. Həmin evə işıq Rəsulun atası Fikrətə məxsus işıq sayğacında çəkilmişdir. 06.11.2021-ci il tarixdə axşam saatlarında elektrik montyoru tərəfindən onlar gələn işıq xətti Fikrətin sayğacından açılmışdır. 07.11.2021-ci tarixdə 12 radələrində oğlu Rəvan nərdivan götürərək, qızı Qönçənin Anarın torpaq sahəsində tikilmiş evinə işıq çəkilməsi üçün yolun digər tərəfində yaşayan Ənvər adlı şəxsdən icazə almış, həmin vaxt yola çıxan Rəsulun bacısı Leyla Ənvərin arvadı Rahılənı yola çağırmış, yola Rahılə ilə oğlu çıxmışdır. Leyla Rahiləyə “sən niyə Qönçəyə işıq verirsən. Sən onlara işıq verə bilməzsən, mən 102-ə zəng edirəm” demiş, Leyla oğlu Rəvana söz atmış, sonra Leyla onu vurmaq istədiyi zaman qızı Qönçə Leylanı itələmişdir. Araya Rahilə, Ənvər və Elnurə girərək onları aralamışlar. O, Fikrətin əlində bıçaq olmasını görməmiş, Fikrətin arvadı Bəstinin də əlində nəsə olmasını görməmiş, barmağında olan xəsarəti də necə almasını bilməmişdir. Leylanın anası Bəsti onun çiyninə vuraraq xəsarət yetirməmiş, Leyla ilə aralarında baş vermiş mübahisə və dava təxminən 3-4 dəqiqə davam etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qardaşı Rəsul Osmanov 2010-cu ildə Balakən rayonu Qazma kənd sakini Qönçə Osmanova ilə ailə qurmuş, həmin evlilikdən onların iki azyaşlı oğlu olmuşdur. Rəsul Rusiya Federasiyasında işləmək üçün getmiş, Rəsul ilə arvadı Qönçənin iki uşaqları olmasına və Qönçənin boşanmaması üçün böyük qardaşı Anar Hacıyevin adına rəsmi sənədi olan 59 sot pay torpaq sahəsində tikdirdiyi evdə Qönçənin və iki azyaşlı uşaqların yaşamaları uçün icazə verilməsinə baxmayaraq, Qönçə boşanma ilə bağlı Baiakən Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və 27.10.2021-ci il tarixdə rəsmi olaraq boşanmışdır. Qönçə Hacıyeva bir həyətdə yerləşən qardaşı Anarın onun üçün tikdirdiyi evdə anası Məhəbbəti də gətirərək yaşayır. Məhəbbət və qızı Qönçə tərəfindən dəfələrlə təhqir edilmiş, lakin bunla bağlı rəsmi olaraq müraciət etməmişdir. Qönçənin rəsmi qaydada boşanmasına görə 06.11.2021-cı ıl tarixdə saat 18 radələrındə elektrik gətirdərək, onun yaşadığı evə onların sayğacından çəkilmiş elektrik naqillərini kəsərək, evə elektrik verilməsini dayandırmışdır. Buna görə təhqir edilməsinə baxmayaraq, cavab qaytarmadan evinə getmişdir. 07.11.2021-ci il tarixdə saat 12 radələrində Qönçənin anası Məhəbbətin və Rəvanın nərdivanı yol dirəyinə söykədiyini görərək, Məhəbbətdən nə etmələrini soruşduqda, Məhəbbət ona qonşuluqda yaşayan Ənvərin işlətdiyi elektrik sayğacından işıq xətti götürərərək, onların yaşadığı Anarın evinə işıq çəkməsini bildirmişdir. Əvvəllər işıq idarəsində olduğu zaman mütəxəssisdən soruşduqda, yaşayış evinə yalnız həmin evin sahibinin icazəsi ilə elektrik xəttinin çəkilməsini öyrəndiyinə görə qonşusu Ənvərin arvadı Rahiləyə Anarın evinə elektrik xəttinin çəkilməsinə icazə vermədiyini bildirmişdir. Rahilənin Məhəbbətə işıq verməyəcəyini bildirdikdə Məhəbbətin onun üzərinə gəlməsini görərək, arxaya çəkilmiş, bu zaman Məhəbbətin qızı Qönçə başının arxasından saçından, Məhəbbət onun boğazından, Rəvan isə onun qolundan tutaraq, onu sürümüşlər. Oraya gələn anası Bəsti onları aralamaq istədikdə Rəvan onun qarnına təpiklə vurmuşdur. Qonşuluqda yaşayan Rəhilə, oğlu Eldar və Ənvər Qönçəni, Məhəbbəti və Rəvanı ondan kənarlaşdırmışlar. Döyülməsi nəticəsində səhhəti pisləşdiyinə görə evə təcili tibbi yardım çağırılmış və səhhəti ilə bağlı ona həkim tərəfindən bir neçə iynə vurulmuşdur. Qönçə, Məhəbbət və Rəvan onu yaşadığı evin yol qapısının yol tərəfində döyən zaman orada qonşuları Ənvər, arvadı Rahılə, oğlu Eldar, qardaşı arvadı Elnurə olmuşdur. Qönçə, Rəvan və Məhəbbətin onunla mübahisə edərək onu döymələri təxminən 8-10 dəqiqə davam etmişdir. Qönçə, anası Məhəbbət və qardaşı Rəvan onu döydükləri zaman onları vurmamış, buna onun fiziki cəhətdən gücü çatmamışdır. Şəxs şikayətçidir. Lakin Məhəbbətə cərimə verilməsini istəyir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, əri Fikrət ürək xəstəsidir. X24 2010-cu ildə Qönçə ilə rəsmi olaraq ailə qurmuş, həmin evlilikdən onların iki azyaşlı oğlanları olmuşdur. Rəsul ailəni dolandırmaq üçün 20 ilə yaxındır ki, Rusiya Federasiyasında işləyir, arada Rusiya Federasiyasından gələrək onlara baş çəkir. Ailəsi üçün bank vasitəsi ilə pul göndərməsinə baxmayaraq, Qönçə buna qane olmadığından 27.10.2021-ci il tarixdə məhkəmə qaydasında Rəsuldan boşanmışdır. Qönçə boşandıqdan sonra iki azyaşlı oğlanları ilə böyük oğlu Anarın bır həyətdə tikdirdiyi evə köçərək, orada yaşamışdır. Həmin evin işıq xətti onun sayğacından aparıldığından qızı Leyla həmin işıq xəttini montyor çağıraraq kəsdirmişdir. 07.11.2021-ci il tarixdə saat 12 radələrində namaz qılmaq üçün dəstəməz aldığı zaman yolda olan səsə yol qapısına çıxmış, yol qapısına çıxanda qızı Leylanın yıxılmış vəziyyətdə və yanında Rəvanın dayanmasını görmüşdür. Bildiyinə görə Şəxs Leylanın boğazından tutaraq, Qönçə və Rəvanla sürümüşlər. Həmin vaxt qonşusu Eldar oraya gələrək, Rəvanı qızı Leylanın yanından kənara ıtələmiş, Leylanı gəlini Elnurə ilə birlikdə evə aparmış və təcili tibbi yardım çağırmışlar. Əri Fikrət həmin vaxt evdə olmuş, onun da əlində heç nə olmamışdır. Həmin vaxt orada qızı Leyla, Rəvan, gəlini Elnurə, keçmiş qudası Məhəbbət, keçmiş gəlini Qönçə, qonşuları Ənvər, Rahilə və Eldar olmuş, xəsarəti olmadığından məhkəmə-tibbi ekspertizasından keçməkdən könüllü imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da X3 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərdi ki, bacısı Qönçə 2009-cu il tarixdə Balakən rayonu Qazma kənd sakini X14 ilə rəsmi ailə qurmuş, həmin evlilikdən onların iki azyaşlı uşaqları olmuşdur. X21 Federasiyasında yaşadığından bacısı Qönçə 2021-ci ilin 27 oktyabr tarixində məhkəmə qaydasında boşanaraq, halhazırda Anar Hacıyevə məxsus torpaq sahəsində tikilən ikimərtəbəli evdə iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Həmin evə işıq Fikrətin yaşadığı evə gedən sayğacdan çəkilmişdir. 06.11.2021-ci il tarixdə axşam saatlarında evə gələn naqil sayğacdan aralanmış, 07.11.2021 -ci il tarixdə 12 radəiərində nərdivan götürərək, baçısı Qönçənin keçmiş qaynı Anarın torpaq sahəsində tikilmiş evinə işıq çəkilməsi üçün işıq məftilini yola çəkmişdir. Həmin naqili Ənvər adlı yolun digər tərəfində yaşayan qonşunun sayğacına birləşdirmək üçün icazə almış, həmin vaxt Rəsulun bacısı Leyla yol qapısına çıxmış, Leylanın Ənvərin arvadı Rahiləni yola çağıraraq " sən niyə Qönçəyə ışıq verirsən. Sən onlara işıq verə bilməzsən, mən 102-ə zəng edirəm" deməsindən sonra Rahilə bacısı Qönçənin evinə işıq verməyəcəyini bildirmişdir. Çəkdiyi məftili yığdığı zaman Leyla anası Məhəbbətin və bacısı Qönçənin ünvanına, onlar da Leylanın ünvanına nalayiq sözlər işlətmişlər. O, Rahilə və onun oğlu ortalığa girərək, onları aralamışlar. Nərdivanı aparmaq istədiyi zaman Leyla ona mane olmağa çalışsa da, oraya gələn Elnurə Leylanı sakitləşdirərək, evə aparmışdır. O, Leylanı vurmamışdır. Anası Məhəbbət və bacısı Qönçə Leyla ilə dalaşmışlar. Fikrətin əlində bıçaq olmasını görməmişdir, anasının əlində olan xəsarətin necə yaranmasını da bilmir. Həmin vaxt orada Leyla, bacısı Qönçə, anası Məhəbbət, qonşuları Rahilə, Rahilənin oğlu, Elnurə və Fikrət olmuş, xəsarəti olmadığından məhkəmə tibbi ekspertizasının müayinəsindən keçməkdən könüllü imtina etmişdir. Anası Məhəbbət və bacısı Qönçə Leyla və onun atası Fikrət ilə mübahisə edən zaman orada motorlu mişar olmamışdır, baş vermiş mübahisə və dava təxminən 4-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 da X6 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13.11.2021-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Qazma kəndində yaşayan Zərərçəkmiş şəxs və X7 şikayətləri əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X16, Şəxs və X6 əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, qərarın surəti X16, Şəxs və X6 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün İTB-nə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, Zərərçəkmiş şəxs və X10 göndərilmiş, X9 və X1 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olmadığından qeyd edilən maddə əsasında inzibatı icraatın açılmasından imtina edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 10.11.2021-ci il tarixli, 367 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-ənsənin aşağı orta hissəsində qansızmalar, sol bazunun bayır orta 1/3-də arxa səthdə qançır, sağ qarnında qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.11.2021-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda Zərərçəkmiş şəxs vurmaması və ona fiziki ağrı yetirməməsi barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən Zərərçəkmiş şəxs izahatı, Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis mayoru X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13.11.2021-ci il tarixli qərarı, şahidlərin izahatları və məhkəmə-tibbi ekspertizasının 10.11.2021-ci il tarixli, 367 nömrəli rəyi ilə Şəxs 07.11.2021-ci il tarixdə, saat 12.00-da Balakən rayonu Qazma kəndində Zərərçəkmiş şəxs boğazından tutaraq, onu süruməsi və ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X12 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar