Məhkəmə qərarları › İş №3(019)-408/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-408/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-408/2021 10.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Anaqiyeva Nazilə Rüstəm qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə Müşviq oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qızının iştirakları ilə, xx.xx.1990-cı ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazma kəndində yaşayan Şəxs Aydın qızı barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs qızı 07 noyabr 2021-ci il tarixdə saat 12:00-radələrində Balakən rayonunun Qazma kəndində aralarında baş vermiş mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında özünün qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, şahidin ifadəsi və iş materiallarında olan sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübut olunur. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci-cı maddəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə Müşviq oğlu göstərdi ki, Balakən Rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında inzibati xəta haqqında araşdırma aparılması ona həvalə edilmiş, onun tərəfindən şahidlərin ifadələri, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları alınmış və Balakən rayonu Qazma kəndində yaşayan xx.xx.1990-cı il təvəllüdlü Şəxs qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı izahatında göstərdi ki, o, X4 ilə 2010-cu ildə rəsmi olaraq ailə qurmuşdur. Həmin evlilikdən Məhəmməd və Alı adlı iki azyaşlı uşaqları vardır. Əri Rəsul RF-da yaşamasına görə 2021-ci ilin oktyabr ayının 27-də məhkəmə qaydasında boşanmışlar. Bundan sonra o uşaqları ilə birlikdə qaynı Anarın torpaq sahəsində özlərinin tikdirdikləri evdə yaşayırlar. Həmin evə işıq xətti qaynatası Fikrətin işıq sayğacından gəlir. 06.11.2021 -ci il tarixdə onun yaşadığı evə Fikrətin işıq sayğacından gələn işıq xəttini baldızı Leyla kəsmişdir. Bu səbəbdən o, qonşuluqda yaşayan Ənvər adlı şəxsdən icazə alaraq ona məxsus olan sayğacdan yaşadığı evə işıq çəkdirmək istəmişdir. Bu zaman Leyla oraya gələrək işıq xəttini çəkməyə qoymamış, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Leyla onun boynundan tutmuş,o da Leylanı itələyib yerə yıxmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Firkət qızı izahatında göstərdi ki, qardaşı Rəsul Osmanov 2010-cu ildə Şəxs ilə evlənmişdir. Onların iki uşaqları olmuşdur. Qardaşı Rəsul işləmək üçün Rusiya Federasiyasına getmişdr. Şəxs iki uşağı ilə birlikdə böyük qardaşı Anar Hacıyevə məxsus olan evdə yaşayır. 06.11.2021-ci il tarixdə o, atasına aid sayğacdan Qönçə və anası Məhəbbətin yaşadığı evə gedən işıq xəttini kəsdirmişdir. 07.11.2021-ci il tarixdə saat 12 radələrində Qönçənin, Qönçənin anası Məhəbbətin və qardaşı Rəvanın yol dirəyinə nərdivan söykədiyini görmüş və Məhəbbətdən nə etmələrini soruşmuşdur. Məhəbbət ona qonşuluqda yaşayan Ənvərin işlətdiyi elektrik sayğacından işıq xətti götürmələrini bildirmişdir. O, qonşusu Ənvərin arvadı Rahiləyə onun icazəsi olmadan qardışının evinə elektrik xətti verə bilməyəcəyini demişdir. Bu zaman Rahilə Məhəbbətə irad bildirərək işıq xətti verməyəcəyini demişdir. Həmin vaxt onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Məhəbbət onun üzərinə gəlmiş, Qönçə isə onun başının arxasından saçından tutmuşdur. Məhəbbət boğazından, Rəvan qolundan tutaraq onu sürüməyə başlamışlar. Buna görən anası Bəsti onları aralamaq istədikdə Rəvan onun qarın nahiyəsinə təpiklə vurmuşdur. Sonra qonşuluqda yaşayan Ənvər və onun arvadı Rahilə gələrək onları aralamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Aydın oğlu göstərdi ki, bacısı Qönçə 2009-cu ildə X4 ilə ailə qurmuşdur. Həmin evlilikdən onların iki uşaqları olmuşdur. Rəsul Osmanov Rusiya Federasiyasında yaşadığına görə bacısı Qönçə 27 oktyabr 2021-ci il tarixdə məhkəmə qaydasında boşanaraq qaynı Anar Hacıyevə məxsus torpaq sahəsində tikdirdikləri evdə iki uşağı ilə yaşayır. Həmin evə işıq Qönçənin keçmiş qaynatası Fikrətin yaşadığı evinə gedən sayğacdan çəkilmişdir.06.11.2021 -ci il tarixdə axşam saatlarında evə gələn naqil sayğacdan aralanmışdır. 07.11.2021-cı il tarixdə 12 radələrındə nərdivan götürərək bacısı Qönçənin yaşadığı evə işıq çəkilməsi üçün işıq məftilini Ənvər adlı qonşunun sayğacına birləşdirmək üçün icazə almışdır. Həmin zaman Rəsulun bacısı Leyla yol qapısına çıxmışdır. Leyla Ənvərin arvadı Rahiləni yola çağıraraq “ sən niyə Qönçəyə işıq verirsən. Sən onlara işıq verə bilməzsən, mən 102-ə zəng edirəm” demişdir. Bundan sonra Rahilə bacısı Qönçənin evinə işıq verməyəcəyini bildirmişdir. O, məftili yığdığı zaman Leylanın anası Məhəbbətin və bacısı Qönçənin ünvanına, onların da Leylanın ünvanına nalayiq sözlər işlətməsini, dalaşdıqlarını eşitmişdir. Bu zaman Rahilə və onun oğlu oraya gələrək onları aralamışdır. İşdə olan 13 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Balakən rayonu Qazma kəndində yaşayan Zərərçəkmiş şəxs və Şəxs şikayətləri əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Şəxs, X1 və Şahid Aydın oğlunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün İTBnə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə –Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli 367 nömrəli ekspert rəyindən görünür ki, vət. X2 müəyyən edilmiş xəsarətlər-Ənsənin aşağı orta hissəsində qansızmalar, sol bazunun bayır orta 1/3-də arxa səthdə qançır, sağ qarnında qançır— bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 07.11.2021 -ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində inzibati cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar