Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-408/2023 29.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 barəsində olan 14 iyun 2023-cü il tarixli İXP seriyalı ******* №-li protokoldan və 20 iyun 2023-cü il tarixli TP5803064 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində X9 DYPB əməkdaşı Mahir Qarayev tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı 14 iyun 2023-cü il tarixli protokola və inzibati icraata xitam verilməsi, həmin prokotokol əsasında qəbul edilmiş 20 iyun 2023-cü il tarixli inzibati xətaya dair qərarın ləğv edilməsi, hesablanmış inzibati cərimə borcunun dəbbə pulu ilə birlikdə adından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətini onunla əsaslandırmışdır ki, o, ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu ilə Balakən şəhəri arasında taksi faəliyyəti ilə məşğuldur. Ümumiyyətlə spirtli içki içərək sükan arxasına əyləşməmişdir və bunun da qəti əleyhinədir. Balakən rayon Polis Şöbəsinin DYPnin rəisi İlkin Hümmətovla əvvəllər münasibətləri normal olsa da, sonradan həmin şəxsin vəzifə səlahiyyətlərində sui- istifadə etməsi nəticəsində təxminən iyul ayının əvvəllərinə münasibətləri pisləşmiş və o, bunun acığını ondan çıxacağı barədə ona hədə-qorxu gəlmişdir. Onun hədə-qorxusu öz bəhrəsini vermiş və həmin gündən sonra yol-patrul xidməti əməkdaşalrının rayon arasində onu tez-tez saxlayaraq sənəd yoxlama prosesləri başlanmışdır. Hər dəfə saxlanılanda cərimə etmək üçün bəhanə tapa bilməmişlər. Hadisə baş verən gün-13 iyun 2023-cü il tarixdə polis əməkdaşı Mahir Qarayev onu saxlayaraq polis şöbəsinə getməli olduğunu bildirdi. Həmin vaxt o, səbəbini soruşduqda, ona sərxoş olduğunu bildirdi. O, bunun yoxlanılmasını tələb etdikdə o, alkotesterlə onun sərxoşluğunu ölçdükdə, sərxoş olmadığını, lakin xəstəxanaya gedərək müayinədən keçməli olduğunu söylədi. O, bununla razılaşaraq xəstəxanaya getdi. Həmin vaxt o, sərxoşluğunun həkim narkoloq tərəfindən ölçüləcəyini zənn etsə də, qarşılarına bir tibb bacısı çıxdı və narkoloqun olmadığını, müayinənin alkotesterlə aparılacağını və yenidən Mahir adlı inspektorun əlində olan əvvəlcədən spirtlənmiş alkotesterlə sərxoşluğu ölçüldü. Həmin vaxt xanım polis əməkdaşına nəysə narazılıq etsə də, tam olaraq narazılığın səbəbini anlamadı. O, bu ölçməyə narazılıq bildirsə də, onun avtomobili cərimə duracağına yerləşdirildi. Etiraz etdikdə DYP rəisinin göstərişi olduğu ona bildirildi, «elə etmə müqavinətlə aparaq» deyildi. Həmin gün onun başqa sürücü taparaq cərimə meydançasından avtomobilinin çıxarılması və əgər sərxoşdursa barəsində protokolun tərtib edilməsi üçün səy göstərsə də, bu nəticəsiz qaldı. Yəni şəxsi maraqlar deyil, dövlətə xidmət məqsədləri olsa idi, barəsində protokol dərhal yazilib avtomobili digır sürücüyə verib onu yola salardılar. Avtomobili 4 gün cərimə meydançasında qaldıqdan sonra ona avtomobilini duracaqdan çıxara biləcəyini bildirdilər. Qeyd etmək istəyir ki, başına gələnlər barədə DİN-nə müraciət etdikdən sonra avtomobilini gəlib götürməsini dedilər və sonradan, yəni xx.xx.2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 333.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Hesab edir ki, qeyd etdiyi qanun pozuntuları ilə tərtib edilmiş protocol qanunsuz, qərəzli və saxtadır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Yəni barəsində inzibati xəta protokol 5 gündən sonra deyil, serxoşluq müayinəsindən dərhal sonra tərtib edilməli idi. Nazirlər Kabinetinin qərarını Balakən DYP hüquqi akt saysa idi, onu həkim narkoloqa təqdim edərdilər, tibb bacısına deyil. Həmin Məcəllənin 100.4-cü maddəsində göstərilir ki, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, həmin protokol ondan gizlin, onun xəbəri olmadan hadisədən 5 gün sonra tərtib edildiyi üçün ona təqdim edilməmiş və həmin protokolda onun tərəfindən hər hansı qeyd aparılmamışdır. Həmin protokol ondan gizlədilməklə onun həmin protokoldan şikayət vermək hüququ qəsdən məhdudlaşdırılmaqla gizlicə qərar qəbul edilmişdir. Halbuki o, narazı olaraq məhkəmə araşdırması tələb edə, məhkəmənin həmin işə baxılmasını təmin etmək hüququ mövcud idi. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlə Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi, onun sərxoşluq müayinəsi barədə xüsusi texniki vasitənin diaqnoz sənədi iş materillarında mövcud deyildir. Əgər o, protokolla razı idiysə, nəyə görə protokol ona təqdim edilməmişdir? Əgər protokoldan narazı deyilsə, polis əməkdaşları onu həkim narkoloqun yoxlamasına aparılmasını nəyə görə zəruri hesab etdilər? Bu onu sübut edir ki, aparılmış icraatdan onun ümüumiyyətlə xəbəri olmamışdır. Protokolun tərtib edilməsi gizli və qanunsuz aparılmıdır. Göründüyü kimi, onun həmin prtokoldan 10 gün müddətində şikayəti 29 iyun 2023-cü il tarixdə başa çatmasına baxmayaraq, polis orqanı tələsik 20 iyun 2023-cii il tarixdə qərar qəbul edərək icraya yönəltmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində Balakən rayon Polis Şöbəsinin DYPB əməkdaşı Mahir Qarayev tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı 14 iyun 2023-cü il tarixli protokola və inzibati icraata xitam verilməsi, həmin prokotokol əsasında qəbul edilmiş 20 iyun 2023-cü il tarixli inzibati xətaya dair qərarın ləğv edilməsi, hesablanmış inzibati cərimə borcunun dəbbə pulu ilə birlikdə adından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Balakən RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X7 şikayətə etiraz edərək, göstərdi ki, şikayət əsassızdır. Belə ki, X6 barəsində düzgün olaraq xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin vaxt X6 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, həmçinin avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. X6 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunidir. Belə ki, X6 sözügedən vaxt təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Həmçinin istər alkotestr müayinəsi zamanı, istərsə də Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılan həkim-narkoloqun tibbi müayinəsi zamanı X3 0,366 promili alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Bu da X2 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddəsilə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməsi üçün əsas verir. Belə ki, İXM-nin 333.1-ci maddəsi həmin Məcəllənin 329.1-ci maddəsindən daha ciddidir. Həmin 333.1-ci maddənin sanksiyasında da 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin 20 iyun 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərar da X4 təqdim olunmuşdur. Şikayət əsassızdır, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP5492268 №-li inzibati xəta haqqında potokoldan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə olunmuş 14 iyun 2023-cü il tarixli, 275 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı X3 hadisə vaxtı 0,366 promili alkoqol sərxoşluğu aşkar edilmişdir. İşdə olan Balakən RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli elektron qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X2 idarə etdiyi MERCEDES E270 CDİ minik markalı 90US478 qeydiyyat nömrəli avtomaşın xx.xx.2023-cü il tarixdə avtonəqliyyat vasitəsinin saxlanma duracağına yerləşdirilmiş və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Balakən RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ən əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-də və digər qanunvericilik aktlarında inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunda inzibati xəta haqqında protokol şikayətin və bu şikayət qaydasında ona baxılmasının predmeti kimi müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə qərar deyildir. İnzibati xəta haqqında protokol şəxs haqqında Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xəta haqqında icraatın başlanması üçün bir hüquqi sənəddir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Azərbaycan Respublikası İXM-nin 114.1 və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qanunda inzibati xəta haqqında işə baxılarkən çıxarılmış qərarlardan, o cümlədən inzibati tənbeh vermə qərardan şikayət və ya protest vermək hüququ nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsində isə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən hansı qərarların qəbul edilməsi göstərilmişdir. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi və inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən baxılması nəzərdə tutulmuşdur. Qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət və ya protestin verilməsi və inzibati xəta haqqında protokoldan şikayət və ya protestə baxılaraq müvafiq qərarın qəbul edilməsi təsbit edilməmişdir. Hazırki şikayət ərizəsindən görünür ki, X6 barəsində olan xx.xx.2023-cü il tarixli TP5803064 saylı inzibati tənbeh vermə haqqında qərar ilə yanaşı, Balakən RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş edir. Qanunvericilikdə isə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 haqqında tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət vermək və həmin protokolun ləğv olunmasını tələb etmək hüququ və belə şikayətə baxılması proseduru nəzərdə tutulmamışdır. Belə ki, sözügedən xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol Bayram Mahmudov barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olmuş, sonra həmin protokol əsasında onun haqqında xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Bayram Mahmudov da həmin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Ona görə də X2 barəsində xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayəti heç bir faktoloji və hüquqi əsaslara malik olmamaqla əsassızdır. Digər tərəfdən işin araşdırılması zamanı X2 şikayət ərizəsində göstərdiyi barəsində xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolun tərtibi ilə bağlı qanunvericiliyin tələblərinin (İXM-nin 101.1 və 100.4-cü maddələri və sair) pozulması halları da müəyyən edilməmişdir və bu xüsusda Bayram Mahmudovun qeyd etdikləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından görünür ki, inzibati xəta hadisəsi 13 iyun 2023-cü il tarixdə aşkar olunmuş, həmin vaxt X1 alkoqol sərxoşluğunu göstərən alkotestr məlumatına etiraz etdiyinə görə qanunu tələbinə əsasən o, həkim müayinəsinə aparılmış və həkim narkoloqun sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı 14 iyun 2023-cü il tarixdə tərtib olunub yol polisi bölməsinə təqdim olunduğu üçün İXM-nin 101.2-ci maddəsinə əsasən onun barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunmuşdur. Yəni bu protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs barəsində məlumatların əlavə aydınlaşdırılmasının tələb olunduğu halla bağlı olmuşdur. Bu da qanunvericiliyin tələbinə tam uyğundur (İXM-nin 101.2-ci maddəsi). Bundan başqa xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunarkən qanunun (İXM-nin 100-cü maddəsi və sair) digər tələblərinə də əməl edilmişdir. Belə ki, həmin inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitənin göstəriciləri, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan qanunda nəzərdə tutulmuş digər məlumatlar göstərilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə izahat vermək, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək və protokolu imzalamaq təklif edilmiş, lakin o, izahat verməkdən, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etməkdən və protokolu imzalamaqdan imtina etmiş və bu hallar haqqında inzibati xəta haqqında protokolda onu tərtib edən vəzifəli şəxs tərəfindən müvafiq qeyd aparılmışdır. Eyni zamanda iş materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolun surətini də almışdır. Belə ki, onun tərəfindən həmin protokol alınmadığı şəraitdə protokolun nömrəsi və tarixi göstərilməklə ondan şikayət edilməsi ağlabatan deyildir. Qeyd olunan sözügedən inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uğyun tərtib edilməməsi barədə şikayətin tamamilə əsassız olmasını göstərir. X2 barəsində olan xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə gəldikdə isə hesab edirəm ki, bu hissədə də şikayət əsassızdır və həmin xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolda X6 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, xx.xx.2023-cü il tarixli TP5803064 saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrilə təqsirli bilinərək, İXM-nin 34.2 və 34.3-cü maddələrinin tələbləri qaydasında daha ciddi xəta sayılan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində inzibati tənbeh kimi qırx manat məbləğində cərimə, həmin Məcəllənin 333.1-ci maddəsində isə dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddir. Belə olan halda qanunvericilik bir neçə inzibati xətala dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halında şəxsin daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində tənbeh edilməsini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqnıda» 15 fevral 2016-cı il tarixli 795 №-li Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən baxılması müəyyən edilmişdir. Belə olan halda Balakən RPŞ DYPB tərəfindən bu xətalar haqqında işə baxılması və xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 haqqında daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat cərimə tənbehinin tətbiq olunması qanunun tələblərinə uyğundur. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X6 sözügedən vaxtda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməklə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı və alkoqol sərxoşluğunda olmaqla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdəki sübutlarla təsdiq olunur. X6 şikafət ərizəsində sözügedən vaxtda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməklə bağlı Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsini mübahisələndirməmiş, yalnız sərxoş olmadığı halda İXM-nin 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab etmiş və bu əsasla barəsində şikayət etdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İşdəki sübutlardan görünür ki, X6 13 iyun 2023-cü il tarixdə Balakən rayonu Püştətala kəndində şəxsi istifadəsində olan MERCEDES E270 CDİ minik markalı 90US478 minik markalı avtomobilini idarə edərkən Balakən RPŞ DYPB-nin yol patrul xidməti tərəfindən saxlanılmış, alkotestdən keçirilmiş və alkotestr müayinəsi zamanı onda 0,366 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Həmçinin bu alkotestr cihazının məlumatı ilə razılaşmayan X6 həkim narkoloqun müayinəsindən keçirilməsi üçün Balakən Rayon Mərkəzi Xəstəxanaına aparılmış və tibbi müayinədən sonra onda 0,366 promili alkoqol sərxoşluğu müəyyən edilərək, bu barədə xx.xx.2023-cü il tarixli, 275 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, 275 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X3 0,366 promili alkoqol sərxoşluğunun olması təsdiq edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın tələbinə əsasən xüsusi texniki vasitə və həkim narkoloqoun müayinəsi ilə X3 alkoqolun konsentrasiyasının 0,3 promilindən artıq olması (0,366 promili) müəyyən edildiyi üçün onun həmin vaxt avtomaşını alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi faktoloji hal olaraq müəyyən olunmuşdur. Ona görə də X6 haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, daha ciddi xəta sayılan İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X6 sözügedən vaxtda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməməsi və alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməməsi, Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməməsi və İXM-nin 333.1-ci maddəsilə əsassız olaraq 400 manat məbləğində cərimə olunması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən (İXM-nin 96.2-ci maddəsi) şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması xüsusi texniki cihazın göstəricilərinə əsasən və ya həkim müayinəsi ilə müəyyən olunur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əsasən şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması alkotestrdən keçmə yolu və ya həkim-narkoloqun tibbi müayinəsinin nəticələri ilə müəyyən edilir. İşdə olan alkotestr məlumatı və həkim-narkoloqun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 275 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X2 həmin vaxt avtomaşını idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən RPŞ DYPB-nin X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsinin faktoloji və hüquqi baxımdan əsaslı olması tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Həmçinin aydınlaşdırılmışdır ki, işdə barəsində şikayət edilən xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulmüş əsaslar, o cümlədən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Ona görə də həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətdə göstərilən dəlillər əsassızdır və heç bir faktoloji hal və hüquqi əsaslara malik deyildir. Qeyd olunanlara istinad edən məhkəmə həmçinin hesab edir ki, şikayət hesablanmış inzibati cərimə borcunun dəbbə pulu ilə birlikdə onun adından silinməsi barədə qərar çıxarılması hissəsində də əsassızdır və təmin olunmamalıdır. Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarına və hüquq normalarının tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün əsasların olmaması müəyyən edilmiş və həmin qərarın dəyişdirilmədən saxlanması nəticəsinə gəlinmişdir. Belə olan halda həmin cərimə və dəbbə pulu inzibati tənbeh vermə haqqında bu qərarın hüquqi nəticəsidir. Ona görə də sözügedən xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli qərarla təyin edilmiş inzibati cərimənin və yaranmış dəbbə pulunun silinməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bu xüsusat bu hissədə də şikayətin tamamilə əsassız olmasını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X2 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Polis X11 Polisi Bölməsinin X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 şikayəti təmin edilməsin. Balakən Rayon Polis X11 Polisi Bölməsinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli TP5803064 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-408/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-408/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver