Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-409/2020 30.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Meşəşambul kəndində yaşayan Şəxs oğlu barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində sərxoş vəziyyətdə yaşadığı Balakən rayonu Meşəşambul kəndində ucadan səs salaraq ictimai asayişi pozmuş, sonra isə həmkəndlisi Zərərçəkmiş şəxs əli və ayağı ilə döymüşdür. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etmişdir. Saat 17 radələrində küçəyə çıxdıqda Zərərçəkmiş şəxs ilə rastlaşmış, sərxoş olduğundan aralarında mübahisə yaranmış, bu səbəbdən onu əli ilə vurmuşdur. Sonra ətrafda olan şəxslər onu kənarlaşdırmışlar. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxs dəfələrlə üzr istəmişdir. Sərxoş olduğu üçün bu əməli törətmişdir. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Meşəşambul kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində “whatsapp”ı düzəltdirmək üçün qonşuya gedərkən yolda Şəxslə rastlaşmış, İsa sərxoş halda onunla mübahisə etmiş, sonra isə onu əli və ayağı ilə döymüşdür. Ora gələn qonşular çətinliklə İsanı ondan kənarlaşdırmışlar. O, hələ də sağalmamışdır, Şəxs şikayətçidir. Ona ağır tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Zərərçəkmiş şəxs anasıdır. O, xx xxxxxxxx 2020-ci il tarixdə səfərbərlik qaydasında hərbi xidmətə çağırılmış, 2-ci Qarabağ müharibəsində iştirak etmiş, xx xxxxxx 2020-ci il tarixdə ordudan tərxis edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şəxs anası Ruqiyyatı döymüşdür. Anası hələ də sağalmamışdır. O da İsanın ciddi cəzalanmasını istəyir. İşdə olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Terçiyeva Ruqiyyat İsa qızının şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış HK-1-771 saylı materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Zərərçəkmiş şəxs, Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 333 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə tibbi müayinədən keçirilmiş, onun bədəni üzərində xəsarət olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır, inzibati xətanı sərxoş halda törətməsi isə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 157-ci maddəsinin sanksiyasında isə iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar MəcəlləsiniN 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halları, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 11-25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-409/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-409/2020
30.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver