Məhkəmə qərarları › İş №3(019)-409/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-409/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-409/2025 24.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.*978-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 5*0 və 535.*-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Balakən RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 5*0 və 535.*-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 23.*0.2025-ci il tarixli MN 220004* nömrəli və 23.*0.2025-ci il tarixli MN ******* nömrəli, Balakən rayon DYPB tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 23.*0.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. 23.*0.2025-ci il tarixli MN 220004* nömrəli və 23.*0.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 23.*0.2025-ci il tarixdə saat 22:50 radələrində Balakən şəhəri, R.Səmədov küçəsində küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. 23.*0.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.*0.2025-ci il tarixdə saat 22:50-də “VAZ-2**40” markalı 42 CX 2*4 dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri, R.Səmədov küçəsində manevr etmə qaydasını pozmaqla sərxoş vəziyyətdə YNH törətmiş və xəta nəticəsində ünvan 4i ünvanında yaşayan xx.xx.*987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs* idarə etdiyi Mercedes Benz markalı 90 FL 68* dövlət qeydiyyat nişanlı avtomaşına zərər dəymiş, Balakən şəhər inzibati ərazi dairəsinin balansında olan işıq dirəyi əyilmişdir, daş döşəmələr yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında Balakən RPŞ-nın sahə rəisi X6 23.*0.2025-ci il tarixdə icraatına raport daxil olduğunu, həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 5*0 və 535.*-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edildiyini, inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3, 5*0 və 535.*-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 23.*0.2025-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdi. Bir qədər sipirtli içki qəbul etdikdən sonra hava almaq üçün Vaz 2*0*4 markalı maşınla Balakən şəhərinə çıxdı. Balakən şəhəri R.Səmədov küçəsində sipirtli içkinin təsiri altında olduğu üçün idarəetməni itirərək işıq dirəyinə dəydi. Daha sonra isə Mersedes markalı maşının arxa hissəsinə vurdu. Həmin hadisə yerinə YPX-nin əməkdaşları gəldilər. Həmin vaxt spirtli içkinin təsiri altında olduğundan elədiyi hərəkətləri bilmirdi. Orada Polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmadı. Daha sonra onu Balakən RMX-na apardılar. Özündə olmadığı üçün xəstəxanada uca səslə nalayiq ifadələr işlətdi. Dəymiş ziyan ödənilməmişdir. Hal-hazırda etdiyi əməldən peşmandır. Barəsində inzibati cərimə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Balakən rayon İHB-nin Balakən şəhər üzrə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Zərərçəkmiş şəxs* məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, 23.*0.2025-ci il tarixdə saat 22:50 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X7 şəhəri R.Səmədov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi yerinə yaxınlaşdılar. Onlar oraya çatan zaman Vaz-2*0*4 markalı 44-CX-2*4 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Mercedes Benz markalı 90-FL-68* dövlət nömrə nişanlı avtomobili arxa hissəsindən vurub, sonra isə işıq dirəyinə dəydiyini gördülər. Onlar hadisə yerinin şəkillərini çəkən zaman Vaz-2*0*4 markalı avtomobilin sürücüsü mübahisə yaradaraq küçədə uca səslə ünvanlı və ünvansız söyüşlər söyməyə başladı. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Buna görə də onlar radioötürücü vasitəsi ilə həmin yerə PPXB-nin əməkdaşlarını çağırdılar və onların köməyi ilə həmin şəxsi həkim müayinəsindən keçirmək üçün Balakən RMX-ya apardılar. RMX-da olan zaman həmin şəxsin Balakən rayonu Qullar kənd sakini Şəxs olduğu məlum oldu. Şəxs xəstəxanada olan zaman da öz qanunsuz hərəkətlərini davam edib ictimai qaydanı pozmağa və onların qanuni tələblərinə qəsdən tabe olmamağa davam etdi. Onlar onun hərəkətlərindən spirtli içkinin təsiri altında olduğunu və həddindən çox sərxoş olduğunu gördülər. Bundan sonra isə həmin şəxsi özlərilə birlikdə RPŞ-yə gətirdilər və bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9, X5 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X2 məxsus “Mercedes-Benz” markalı 90 FL 68* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək Zərərçəkmiş şəxs* etibar edilmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “VAZ-2**440” markalı 42-CX-2*4 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində avtomobilin ön və sağ hissələri əzilmişdir. 24.*0.2025-ci il tarixli “Avtoservis 777” tərəfindən tərtib edilmiş aktdan görünür ki, “Mercedes-Benz” markalı 90 FL 68* dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və yekun 2060 AZN ziyan dəydiyi məlum olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi aktından görünür ki, 24.*0.2025-ci il tarixdə saat 00:00-da müayinə zamanı Şəxs qanda alkoqolun konsentrasiyasının 0,9*7 promilli olmasına əsasən alkoqol sərxoşluğu müəyyən edilmişdir. DİN-nin DYP web portalından çıxarışdan görünür ki, “VAZ-2**440” markalı 42-CX-2*4 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 0*.*0.2026-cı il tarixinədək etibar edən X* tərəfindən Şəxs etibar edilmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2025-ci il tarixli 256 nömrəli arayışdan görünür ki, Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin R.Səmədov küçəsində nümayəndəliyin balansında olan 0* ədəd küçə işıqlandırılması üçün yerləşdirilmiş işıq dirəyini avtomobil tərəfindən qəza törədilərək yararsız vəziyyətə salınmışdır. Qəza nəticəsində dirəyə ciddi ziyan, işıq plafonuna, dirəyin yerləşdiyi ərazini beton hissəsinə və ətrafındakı daş döşəmələrini yararsız vəziyyətə salmışdır. Ümumilikdə şəhər təsərrüfatına *30 AZN manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. *2.*-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 333.*-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Qeyd” hissəsi: *. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.*-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur 5*0-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.*-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun *7-ci maddəsinin *-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib edən şəxsin, şahidlərin izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 5*0 və 535.*-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 5*0 və 535.*-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin: 2*-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 3*.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.*.*-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.*.* - 32.*.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə inzibati xətaları törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3, 5*0 və 535.*-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXMin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 24 oktyabr 2025-ci il tarixdən saat *5:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-5*, **2-**3, **4-**7 və *28-*30-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 5*0 və 535.*-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində *5 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 24 oktyabr 2025-ci il tarixdən saat *5:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar