Məhkəmə qərarları › İş №3(019)-410/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-410/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-410/2022 18.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Balakən rayonunun Sarıbulaq kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən,inzibati məsuliyyətə cəlb olunmamış,Balakən rayonu Sarıbulaq kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Dibirov X4 Rayon Məhkəməsinin 2(019)-486/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 2940 manat aliment borcunu ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə göstərdi ki, Dibirov X4 Rayon Məhkəməsinin 2(019)-486/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ərizənin verildiyi 30 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci ildə doğulmuş X3 və xx.xx.2006-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 2940 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Əksinə o qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan olmuşdur. Hazırda da Şəxs aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki,o,Balakən Rayon Məhkəməsinin 2(019)-486/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 30 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci ildə doğulmuş X3 və xx.xx.2006-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla,cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. İş yeri və maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilməmişdir. Ona bir ay vaxt verilsə o borcunun yarısını ödəyər. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Dibirov X4 Rayon Məhkəməsinin 2(019)-486/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 30 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci ildə doğulmuş X3 və xx.xx.2006-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimenti ona ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 2940 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Əksinə o qaçıb gizlənmişdir. Bu səbəbdən onun barəsində axtarış elan olmuş, onun şikayətlərindən sonra polis əməkdaşları Kənanı tutub İcra və Probasiya Şöbəsinə gətirmişlər. Hazırda da Şəxs aliment borcunu ödəmir. Aliment borcunu bir aya ödəyəcəyi barədə Kənan yalan danışır.O,əvvəllər də bu qaydada söz vermiş, lakin borcu ödəməmişdir. O, indi də yalandan söz verib məsuliyyətdən yayınmaq istəyir. Şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-486/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki,ərizənin verildiyi 30 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci ildə doğulmuş X3 və xx.xx.2006-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs ödənməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 486/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin borclunun axtarışı haqqında 30 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan Balakən Rayon polis Şöbəsi tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-25448-1222 nömrəli məktubdan görünür ki, Balakən rayonu Sarıbulaq kənd sakini Şəxs tutularaq təqdim olunması məqsədi ilə barəsində 320185 nömrəli axtarış işi açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 18 noyabr 2022-ci il tarixdən saat 12:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar