Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-411/2022 23.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X7 X6 patrul xidməti baş inspektoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1980-cı ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 334.2-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21.24-də QAZ 3110 101 minik markalı 10CT558 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində yenidən təkrar nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs barəsində Balakən Rayon Polis X7 X6 patrul xidməti baş inspektoru Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə xx.xx.2022ci il tarixli, İXP5044549 №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21.24-də QAZ 3110 101 minik markalı 10CT558 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində yenidən təkrar nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. O, 29 noyabr 2012-ci il tarixdə etibarlılıq müddəti 29 noyabr 2022-ci il tarixədək olan sürücülük vəsiqəsi almışdır. Həmçinin bildirir ki, Balakən Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 3(019)-246/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətə məhdudlaşdırılmış, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 3(019)-303/2018 saylı qərarı ilə isə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 07 ay müddətə məhdudlaşdırılmışdır. Lakin o, sürücülük vəsiqəsini özündə saxlamış və polis orqanlarına təhvil verməmişdir. Polis əməkdaşları 10 avqust 2022-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə edərkən onun sürücülük vəsiqəsini almış və sürücülük hüququndan məhdudlaşdırma ilə bağlı məhkəmə qərarlarının icrası üçün aidiyyəti üzrə göndərmişlər. Həmçinin onun avtomaşını idarə etmək üçün etibarnaməsi olmamış, 11 noyabr 2022-ci il tarixdə avtomaşını etibarnamə olmadan idarə etmişdir. İnzibati xəta törətməsindən səmimi peşmançılıq hissi keçirir. Barəsində qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X7 X6 patrul xidməti baş inspektoru Nümayəndə, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin DYPB-nin rəisinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 328 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda göstərilmişdir ki, hadisə baş verən vaxt Şəxs 1.713 promili olmaqla alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 3(019)-246/2017 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 3(019)-303/2018 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 07 ay müddətə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə həmin Məcəllənin 334.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin «nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs» müddəasının şərh edilməsinə dair» 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin «nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs» müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası İXM-nin 152.1 və 152.2-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir; nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Azərbaycan Respublikası İXM-nin 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Azərbaycan Respublikası İXM-nin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2-152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Azərbaycan Respublikası İXM-nin 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. İş materiallarından görünür ki, Balaşov X3 Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 3(019)-246/2017 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətə məhdudlaşdırılmış, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 3(019)-303/2018 saylı qərarı ilə isə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 07 ay müddətə məhdudlaşdırılmışdır. Lakin o, sürücülük vəsiqəsini özündə saxlamış və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası üçün polis orqanlarına təhvil verməmişdir. Ona görə də qanunvericiliyin tələbinə əsasən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmışdır. Polis əməkdaşları 10 avqust 2022-ci il tarixdə o, avtomobili sərxoş vəziyyətdə idarə edərkən Şəxs sürücülük vəsiqəsini nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmə qərarlarının icrası üçün almışlar. Ona görə də qanunvericiliyin tələbinə əsasən Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması vaxtının axımı həmin vaxtdan başlamışdır və o, 11 noyabr 2022-ci il tarixdə ona istinad olunan inzibati xətaları törədərkən nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs statusunda olmuşdur. Həmçinin onun həmin vaxt avtomaşını idarə etmək üçün etibarnaməsi olmamışdır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin həmin 334.2ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin sanksiyasında on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşlduq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə aparılan müayinə zamanı Şəxs 1.713 promili olmaqla alkoqol sərxoşluğu aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən inzibati xəta törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına biliməz. Ona görə də İXM-nin 33.1.2-ci maddəsində məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuş eyni inzibati xətanın il ərzində təkrar törədilməsi və 33.1.7-ci maddəsində məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuş inzibati xətanın sərxoş halda törədilməsi Şəxs istinad olunan İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulduğu üçün onun məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirilə bilməz. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı kimi məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməli, inzibati həbs müddətinin əvvəli hazırki qərarın elan oldunduğu 23 noyabr 2022-ci il tarixdən saat 11.30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X4 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 105.1, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin; inzibati həbs müddətinin əvvəli 23 noyabr 2022-ci il tarixdən saat 11.30-dan hesablansın. Balakən rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-411/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-411/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver