Məhkəmə qərarları › İş №3(019)-411/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-411/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-411/2025 05.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, AZ 0800, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs “Şəxs MMC (VÖEN:**********) barəsində 22 oktyabr 2025-ci il tarixli, MN № 00800-01499/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) İtaliyada təmir olunması məqsədilə göndərilən ümumi gömrük dəyəri 6582,4 AZN olan “qida sənayesi istehsal xətti ücün hissələr” adlı yükü xx.xx.2024-cü il tarixdə **********5404 nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xaricdə emal gömrük proseduru altında yerləşdirmiş,lakin xaricdə emal müddətinin bitməsinə baxmayaraq, yük geriyə qaytarılmamış və başqa gömrük proseduru altında rəsmiləşdirilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. İşə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbənin rəisi Cavid Dadaşov tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirova ünvanlanmış raportda qeyd edilir ki, "X3" (**********) Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli **********5404 nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 6582,40 AZN, netto çəki 85 kq) mal xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün xaricdə emal müddəti xx.xx.2025-ci il tarixdə (malların xaricdə emal proseduru altında yerləşdirilməsi üçün ərizədə və gömrük bəyannaməsinin 44-cü qrafasında göstərilən müddətə uyğun olaraq) bitməsinə baxmayaraq, xaricdə emal müddətinin uzadılması üçün müraciət olunmamış və ya digər gömrük rejimində rəsmiləşdirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq araşdırmanın aparılması üçün Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm”. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 2 nömrəli qüsur aktında göstərilmişdir: “F.C.İmport Export S.C.İ Şirkəti tərəfindən,xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli müqaviləyə əsasən YGB ********* №li idxal edilmiş avadanlıqlardan, xx.xx.2023-cü il tarixli inyoys əsasında Respublikamıza idxal olunmuş “X1 DR95”(serial 98226) cihazda olan nasazlıqla əlaqədar istehsalçıya təmir üçün geri göndərılir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Hüquqi şəxs “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30(otuz) faizi-1974.72 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar