Məhkəmə qərarları › İş №3(019)-412/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-412/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-412/2021 28.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X2 iştirakı ilə hüquqi ünvanı Zaqatala şəhəri, Azərbaycan prospekti, ev 100 olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 15.12.2021-ci il tarixli, 11000-1778/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs tərəfindən 26.04.2021 -ci il tarixdə **********8499 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 145200 ABŞ dolları olan 22000.00 kq meşə findiği yükünü rəsmiləşdirərək Moskva şəhəri 2-ci Novokuzneskiy döngəsi 13/15 ünvanında qeydiyyatda olan "Ront Front” ASC ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, həmin malın dəyərindən 144573 ABŞ dolları ixracatçının müvəkkil bankdakı valyuta hesabına ödənilmiş, qalan 627 ABŞ dolları (1065.90 manat) müvəkkil bankda olan hesaba ödənilməmiş və bu barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, təmsil etdiyi şirkətin əsas fəaliyyəti fındıq ləpəsinin əhalidən tədarükü, emalı və xarici ölkələrə satışından ibarətdir. 12.12.2018-ci il tarixdə Rusiya Federasiyasının “Rot Front” şirkəti ilə Şəxs arasında fındıq ləpəsinin satılması üçün RF/AZS/2019 saylı müqavilə və bu müqaviləyə 1 və 2 saylı əlavə razılaşmalar bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 145200 ABŞ dolları, çəkisi 22000 kq olan fındıq ləpəsi yükü 26.04.2021-ci il tarixində **********8499 savlı Gömrük bəyannaməsi ilə vük rəsmiləşdirilmiş və 99HJ231/99ZB431 qevdiyyat nişanlı yük masını ilə Rusiya Federasiyasının Moskva səhərinə göndərilmişdir. İxrac olunmus yükə dair 627 ABS dolları məbləğində xarici valyutanın geri qavtarılmamasının səbəbi göndərilən fındıq ləpəsi yükünün 95 kq quruması, digər kiçik bir səbəb isə çəki tərəzilərində ölçü həssaslıqlarının müxtəlif olması olmuşdur. Bu xətanın törədilməsində heç bir təqsirləri yoxdur. İnzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmədə verdiyi izahatı və iş materiallarında olan sənədlərlə (26.04.2021-ci il tarixli Gömrük bəyannaməsi, RF/AZS/2019 saylı müqaviləyə dair invoice, X6 rəisi X7 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevə ünvanladığı 08.12.2021-ci il tarixli raport, Şəxs-nin nümayəndəsi X1-sual edilməsi barədə 15.12.2021ci il tarixli protokol, Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Əlifxan Yusifovun 15.12.2021-ci il tarixli arayışı, Azərbaycan Respublikası Mərkəzi Bankının 11.03.2021-ci il tarixdən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı X5 və 15.12.2021-ci il tarixli,11000-1778/21 №-li inzibati xəta haqqında protokolla) təsdiq olunur ki, 12.12.2018-ci il tarixdə Rusiya Federasiyasının ”Ront Front” şirkəti ilə Şəxs arasında RF/AZS/2019 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 145200.00 ABŞ dolları olan 22000.00 kq Meşə findığı yükü 26.04.2021-ci il tarixdə **********8499 saylı gömrük bəyannaməsi ilə Balakən Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac edilmişdir. Həmin malın dəyərindən 144573 ABŞ dolları ixracatçının müvəkkil bankdakı valyuta hesabına ödənilmişdir. Qalan 627 ABŞ dolları ixracatçının müvəkkil bankda olan hesabına ödənilməmişdir. Həmin 627 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbi göndərilən fındıq ləpəsi yükünün 95 kq. quruması, digər kiçik bir səbəb isə çəki tərəzilərində ölçü həssaslıqlarının müxtəlif olması olmuşdur. Faktiki olaraq Şəxs 627 ABŞ dolları (1065.90 manat) vəsaiti əldə etməmişdir. Yəni 627 ABŞ dolları (1065.90 manat) məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 627 ABŞ dollarının (1065.90 manatın) Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını, Şəxs-nin həmin 627 ABŞ dolları vəsaiti (1065.90 manat) əldə etməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, Şəxs-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, Şəxs xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan qalan 627 ABŞ dolları (1065.90 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və bunda onun təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2. 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar