Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-412/2025 07.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X1 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-3188ZOZ, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN**********), inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X2 tərəfindən Şəxs (VÖEN**********) barəsində MN seriyalı ******* nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, xx.xx.2025ci il tarixdə ona məxsus “ərazidən keçən D=110 mm-lik içməli su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X2 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Suların istifadəsinə və X3 Xidmətinin 12 saylı X1 22 oktyabr 2025-ci il tarixli 0026 saylı sərəncamına əsasən xidməti ərazi üzrə Balakən rayonununda suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı ünvan 2 ünvanında yerləşən “Nirvana” restoranının ərazisinə bitişik torpaq sahəsindən keçən və Balakən SMSİİ-nin balansında olan D=110 mm-lik içməli su təchizatı xəttində kustar üsulla deşilmiş təxminən D=15-20 mm-lik dəlik faktı tərəflərindən aşkar olunmuşdur. Aşkar olunmuş faktın foto və video görüntüləri çəkilmişdir. Yerində araşdırma zamanı “Nirvana” restoranı və içməli su xəttinin keçdiyi restorana bitişik həmin ərazinin ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs məxsus olduğu müəyyən edilmişdir. Aşkar olunmuş faktla bağlı Şəxs əraziyə dəvət olunmuş və nöqsan yerində ona göstərilmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (VÖEN:**********) məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ünvan 4 ünvanında yaşayır. ünvan 5a məxsusdur və üç ildir ki oranı işlədir. Restoranın həyətində balıq gölləri vardır. Eyni zamanda restoranın həyətinə bitişik 0,42 hektar ərazi də ona məxsusdur. Həmin ərazidən 110 mm-lik içməli su xətti keçir. xx.xx.2025-ci il tarixdə 12 saylı X1 əməkdaşları ona məxsus torpaq sahəsinin yanından keçən içməli su xəttindəki dəliyi görmüşlər.Həmin vaxt o, Şəmkir rayonunda olmuşdur. 24 oktyabr 2025-ci il tarixdə həmin idarənin əməkdaşları yenidən əraziyə gəlib içməli su xəttində kustar üsulla deşilmiş dəlik olduğunu ona göstərmişlər. O, həmin dəliyin X8 İdarəsinin işçiləri tərəfindən borunun təmizlənməsi məqsədi ilə illər əvvəl açıldığını, həmin suyun ona ehtiyac olmadığını bildirmişdir. Çünki onun gölünün yanından böyük su arxı keçir, gölün suyu lazım olduqda həmin arxdan gələn su vasitəsi ilə təmizlənir. 12 saylı X1 əməkdaşları tərəfindən X8 İdarəsinin əməkdaşı Şahid həmin yerə dəvət olunmuş, o da təsdiq etmişdir ki, borudakı dəliyi onlar açmışlar və həmin dəlikdən sim salmaqla borunu təmizləyirlər. Buna baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdiur.Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindlirilmiş Şahid göstərdi ki, 2021-ci ilin may ayından X8 Sistemləri İstismarı İdarəsində qəza bərpa xidməti üzrə sahə rəisi işləyir. Balakən rayonunda içməli su xətləri 1965-1968-ci illərdə çəkilmişdir, köhnə borulardır. Balakən rayonunda içməli su qəbuledicisinin filtri olmadığından yarpaqlar boruya dolur, boru tutulur. Bu payız aylarında xüsusilə tez-tez baş verir. Odur ki, təxminən 25 il əvvəl həmin boru üç yerdən kustar üsulla deşilmişdir ki, sim salmaqla onların içərisi təmizlənsin. Şəxs məxsus gölün yanında da həmin boru X8 İdarəsinin əməkdaşları tərəfindən deşilmişdir. Dəliyə isə ağav çiv çalınmışdır. Payız vaxtı yarpaqlar boruya tez-tez dolduğundan ayda iki üç dəfə həmin dəlikdən istifadə etməklə boru təmizlənir,sonra isə ağac civ dəliyə vurulur. Suyun təzyiqi çox olduqda həmin civ müdaxilə olmadan özü çıxır. Belə hallar dəfələrlə olmuşdur. Dəfələrlə Şəxs özü dəliyə vurulmuş civin çıxması barədə onlara məlumat vermişdir. Həmin suyun dəlikdən kənara axıdılmasının Şəxs heç bir xeyri yoxdur. Onun gölünün yanından böyük su arxı keçir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 24 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş 002439 nömrəli aktda göstərilmişdir ki, sahibkar Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”nin 103-cü maddəsinin və “Su Təchizatı və Tulantı Suları haqqında” qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə nəzarət tədbirləri həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı 24 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, xx.xx.2025ci il tarixdə ona məxsus ərazidən keçən D=110 mm-lik içməli su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurduğu aşkar olunmuşdur. Yerində araşdırma zamanı məlum olmuşdur ki, sözügedən restoran və ona bitişik 0,42 ha ərazi Şəxs məxsusdur. Sahibkar Şəxs nöqsan aşkar olunan yerə dəvət olunmuş və ona su qanunvericiliyinin tələbləri ətraflı izah olunmuşdur. Aşkar olunmuş nöqsanla bağlı Şəxs izahatı alınmış, o, məsuliyyəti dərk etdiyini bildirmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 262.3-cü maddəsində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X2 tərəfindən hüquqi şəxs Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki,o, xx.xx.2025-ci il tarixdə ona məxsus “ərazidən keçən D=110 mm-lik içməli su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Balakən rayonunda içməli su xətləri 1965- 1968-ci illərdə çəkilmişdir, köhnə borulardır. İçməli su qəbuledicisinin filtri olmadığından yarpaqlar boruya dolur, boru tez-tez tutulur. Borunun təmizlənməsi üçün X8 Sistemləri İstismarı İdarəsi tərəfindən boru təxminən 20-25 il əvvəl üç yerdən kustar üsulla deşilmişdir. Bu dəliklərdən biri də borunun Şəxs məxsus gölün yanından keçən hissəsindədir. Borudakı dəliklər həmin hissəyə ağac çiv çalınmaqla bağlanır. Suyun təzyiqi çox olduqda vurub həmin ağac çivləri çıxarır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 12 saylı X1 əməkdaşları 22 oktyabr 2025-ci il tarixdə həmin əraziyə baxış keçirərkən boruya taxılmış çivin çıxdığını, içməli suyun kənara axdığını görmüşlər, lakin həmin vaxt Şəxs Balakən rayonu ərazisində olmadığından hər hansı sənədləşmə aparılmamış, hətta suyun axmaması üçün tədbir belə görülməmişdir. 24 oktyabr 2025-ci ildə Bölmənin əməkdaşları yenidən gələrək suyun axması barədə akt tərtib etmişlər. Həmin vaxt Şəxs borudakı dəliyin uzun illər əvvəl X8 Sistemləri İstismarı İdarəsinin əməkdaşları tərəfindən açıldığını göstərməsinə, adıçəkilən idarənin əməkdaşının bunu təsdiq etməsinə, Şəxs sözügedən su şəbəkəsinə qoşulmaqla suyu talamasına dair heç bir sübut olmamasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə icraat başlanmış və həmin maddə ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (VÖEN:**********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Məhkəmə işin hallarını, vəzifəli şəxs Şəxs (VÖEN:**********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin tərkibinin olmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM Vəzifəli şəxs Şəxs (VÖEN:**********) barəsində inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-412/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-412/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver