Məhkəmə qərarları › İş №3(019)-414/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-414/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-414/2021 29.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 və inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Balakən rayon Polis Şöbəsinin sahə rəisi Nümayəndə oğlunun iştirakları ilə Balakən rayon Polis Şöbəsinin 12 dekabr 2021-ci il tarixli, MN-1195652 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X1 rayon Polis Şöbəsinin 12 dekabr 2021-ci il tarixli, MN-1195652 nömrəli inzibati tənbeh verilmə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş 12 dekabr 2021-ci il tarixli, MN-1195652 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 məhkəmə iclasında şikayətini müdafiə edərək göstərdi ki, o, 10.12.2021 ci il tarixdə 19:00 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun fəaliyyət göstərən, ona məxsus “S” Lazer salonunda iş prosesi yekunlaşdıqdan sonra bacısı ilə çay içdikləri zaman 3(üç) nəfər polis formasında olan şəxs , əlində şəxsi telefonları ilə çəkiliş edərək salona daxil olmuşlar. Xüsusi ilə bildirmək istəyir ki, Polis əməkdaşlarının salona daxil olması, xidmət saatı tam bitdiyi, bina daxilində ailə üzvü ilə birlikdə çay içdiyi, içəridə hər hansı bir şəxsə xidmət göstərmədiyi zamana təsadüf etmişdir. Polis əməkdaşlarına çay içərkən və nahar edərkən maskadan istifadə etmənin mümkünsüzlüyünü, operativ qərargahın belə bir tələbinin olmadığını bildirmişdir.Onlar ona maskayla əlaqədar yox “burda olan şəxslərin peyvənd olunmasının yoxlanılması” informasiyasını verərək ad və soyadını soruşmuş və oranı tərk etmişlər. Deyilənlərə laqeydlik göstərib vəzifə və səlahiyyətlərindən sui -istifadə edərək, yalan və yalnış məlumatlandırma edərək, ona heç bir məlumat vermədən inzibati xəta haqqında protokol tərtib etmişdir. İki gün sonra 12.12.2021- ci il tarixində telefonuna MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib olunduğunu, AR İXM-in 211.3 maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmağı barədə sms bildiriş aldığında bilmişdir.Hər hansı inzibati xəta baş verdikdə polisin hərəkət və davranışları, protokolun necə tərtib olunması, protokolun tərtib olunması zamanı vətəndaşların hüquq və mənafelərinin qorunması öncəliyi, etik davranış normalarına əməl olunması qaydası qanunvericilikdə aydın şəkildə təsbit olunmuşdur. Ancaq inzibati xəta haqqında protokol yazan polis əməkdaşları qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla onun hüquqlarını pozmaqla onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Balakən rayon Polis Şöbəsinin barəsində olan, 12 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi,işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin sahə rəisi Nümayəndə oğlu məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Poştbinə kənd sakini Bodurova Sevil Şamsuddin qızının 10 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Balakən şəhəri H.Əliyev prospektində “lazer epilyasiya” mərkəzində tibbi maskadan istifadə etməməsi barədə Balakən rayon Polis Şöbəsinin PPXB-in, polis nəfəri Rövşən Tərlanovun raportu əsasında araşdırılmanın aparılması ona həvalə edilmiş, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində 10 dekabr 2021-ci il tarixdə həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir.12 dekabr 2021-ci il tarixdə Sevil Bodurova izahatı alınması üçün dəvət edilmiş,lakin o gəlməmişdir. Polis əməkdaşlarının isə izahatı alınmamışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 10.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X5 10 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Balakən şəhəri H.Əliyev prospektində “lazer epilyasiya” mərkəzində tibbi maskadan istifadə etməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan 12.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bodurova Sevil Şamsuddin qızı 10 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Balakən şəhəri H.Əliyev prospektində “lazer epilyasiya” mərkəzində fərdi qoruyucu vasitə tibbi maskadan istifadə etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi, inzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin sahə rəisini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir. - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-100.4-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 61.1-61.2-ci maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. İş materiallarından görünür ki, Balakən rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bodurova Sevil Şamsuddin qızının və şahidlərin izahatı alınmamış, Bodurova Sevil Şamsuddin qızının hüquq və vəzifələri izah olunmamış, protokolun surəti ona verilməmişdir. Həmçinin polis əməkdaşları “lazer epilyasiya” mərkəzinə 10 dekabr 2021-ci il tarixdə saat 18:27-də daxil olmalarına baxmayaraq protokolda inzibati xətanın 10 dekabr 2021-ci il tarixdə saat 17:00-da törədildiyi qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, həmin Məcəllənin 211.3-cü maddəsində bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Balakən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə 10.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, 10.12.2021-ci il tarixdə Balakən rayonu ərazisində xüsusi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Həmin protokol əsasında Sevil Bodurova 12.12.2021-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir Məhkəmə iclasında Sevil Bodurovanın izahatından aydın oldu ki, o, 10 dekabr 2021ci il tarixdə işlətdiyi “lazer epilyasiya” mərkəzində iş vaxtından sonra bacısı və qohumu ilə çay içərkən polis əməkdaşları həmin mərkəzə daxil olmuşlar, çay içərkən isə maskadan istifadə edilməsi mümkün deyildir. Bununla da Sevil Bodurovanın sözügedən inzibati xətanı törətməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar əsassızdır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tərkibi yoxdur. Ona görə də sözügedən 12.12.2021-ci il tarixli qərar ləğv olunmalı və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanları ümumiləşdirib,bu nəticəyə gəlirəm ki, X2 şikayəti əsaslı olduğundan təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 200 manat məbləğində cərimə edilməsi barədə Balakən rayon Polis şöbəsinin 12.12.2021-ci il tarixli, MN-1195652 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 200 manat məbləğində cərimə edilməsi barədə Balakən rayon Polis şöbəsinin 12.12.2021-ci il tarixli, MN-1195652 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar