Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-416/2022 07.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, xx.xx.1997-ci ildə Türkiyə Respublikasının Şanlı Urfa şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, Türkiyə Respublikası, Şanlı Urfa şəhəri, Suruç ilçəsi,Yukarı bostançılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərbəst dövriyyə üçün yük gətirərkən idarə etdiyi “RENAULT” markalı, 47AAF358/47AAF361 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasında,sərnişin oturacağının üst istiqamətindəki boşluqdan içərisində az miqdarda-640.00 manat dəyərində 8 blok (80 qutu) “MARLBORO EDGE” markalı siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2022-ci il tarixli 9/6839 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “MARLBORO EDGE” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filterli siqaretin 1 qutusunun orta bazar qiyməti təxminən 8,00 manat,80 qutunun qiyməti isə 640.00 manat müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, 8 blok (80 qutu) “MARLBORO EDGE” markalı siqaretlər Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə təqsirli bilinsin,ondan aşkar olunaraq götürülmüş və Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılan,640 manat dəyərində 8 blok (80 qutu) “MARLBORO EDGE” markalı siqaretlər dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-416/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-416/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver