Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-418/2021 21.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X21 Polisi Bölməsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis mayoru X6, zərərçəkmiş şəxs X8, onun qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 21.06.1999-cu ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 332.4-cü maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan 09 dekabr 2021-ci il tarixdə, saat 11.38-də VAZ 2107 minik markalı 08BD502 dövlət nömrə nişanlı avtomaşınla piyada X16nu Balakən rayonu Qazma kəndinin Şambul yaşayış məntəqəsində yolun sağ ehtiyat hissəsində hərəkətdə olduğu zaman idarəetməni itirərək ehtiyatsızlıqdan avtomobilin sağ qabaq qanadı ilə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti yetirməsi əsası ilə bağlı Şəxs barəsində Balakən Rayon Polis X21 Polisi Bölməsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis mayoru X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə 18.12.2021-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. 09.12.2021 -ci il tarixdə saat təxminən 14 radələrində Balakən şəhərindən Balakən rayonu Qazma kəndində yaşayan qaynatası Müslümün evinə getmək üçün Balakən şəhərində Bayraq meydanı yaxınlığında avtomobil gözlədiyi zaman əvvəllər tanıdığı İlkin VAZ 2107 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gələrək avtomobili yanında saxlamış, hara getməsini soruşduqda Qazma kəndinə qaynatasının evinə getməsini bildirmişdir. İlkin ona maşında əyləşməsini və onu aparacağını bildirmişdir. İlkinin avtomobilinə əyləşmiş və birlikdə Qazma kəndinə gəlmişlər. İlkin avtomobili yol qapısında saxlamış, birlikdə həyətə girdikdə qaynatası Müslüm həyətdə olmuş, onunla söhbət etmişlər. Müslüm evə qalxmış, İlkin sancılanmasına görə ona avtomobilini sürərək istiqamətini dəyişməsini bildirərək ayaqyoluna getmişdir. Özü isə avtomobilə əyləşərək yol dar olduğundan avtomobili kəndin sonu istiqamətinə sürmüş, "Qaraçı Şirinin“döngəsi adlanan yerdən avtomobili sürərək getdiyi zaman yol sürüşkən olduğundan avtomobil sürüşərək, yol kənarı ilə gedən 13-14 yaşlı uşağı vuraraq arxa salmışdır. Sonra avtomobil də arxa düşmüş, uşaq yıxıldığı yerdən qalxaraq ağlayaraq evlərinə getmiş, oraya toplaşan adamların köməkliyi ilə avtomobili xəndəkdən yola çıxartmışlar. İlkinə zəng edərək onun VAZ 2107 markalı, **-BD-*** döviət qeydiyyat nişanlı avtomobilinin xəndəyə düşməsini, avtomobilin qabaq sağ qanadının əzilməsini və farasının sınmasını bildirmişdir. İlkin və qaynatası Müslüm avtomobil ilə oraya gəlmişlər. Onun nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. İlkin idarə etdiyi VAZ 2107 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini ona yolda qaytarmaq üçün sürməyə özü vermiş, həmin avtomobil ilə də kəndin qurtaracağında piyadanı vuraraq xəsarət yetirmişdir. Törətdiyi əmələ görə peşmandır, avtomobilə vurduğu ziyanı da ödəyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anasının iştirakı ilə zərərçəkmiş şəxs X16 izahatında göstərdi ki, Balakən rayonu Qazma kənd orta məktəbinin 8-ci sinfində oxuyur. 09.12.2021-ci il tarixdə saat 08-də dərsə getmiş, 6 dərsdən saat 14 radələrində çıxaraq yolun sağı ilə evə gəldiyi zaman evlərinə çatmağa 100-150 metr qalmış arxadan gələn qırmızı rəngli, VAZ 2107 markalı avtomobil onu vuraraq yolun kənarı ilə axan su arxına salmışdır. Bundan sonra avtomobil də su arxına düşmüşdür. Arxın içərisindən üstü batmış halda çıxaraq evlərinə getmişdir. Evdə atası İlkinə onu avtomobil vurması barədə bildirmiş, atası onu rayon xəstəxanasına həkimə aparmışdır. Onu vuran avtomobilin nömrəsinin son rəqəmləri 502 olmuş, avtomobildə sürücüdən başqa şəxs olmamışdır. Onun müayinə və müalicəsinə 600 manat pul sərf olunmuşdur. Bu məbləği Şəxs tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş yetkinlik yaşına çatmayan X8 qanuni nümayəndəsi X3 da təmsil etdiyi X8 izahatına uyğun izahat vermiş, həmçinin Şəxs həbs olunmasını istəmədiklərini və uşağa görə onlara vurulmuş 600 manat ziyanın ödənilməsini tələb etdiklərini bildirmişdir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nun təhqiqatçısı X20 oğlunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Balakən rayonu Qazma kənd sakini X8 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən RMX-yə müraciət etməsi əsasında toplanmış HK-1-946/951 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 -ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, X9, X17 barəsində Azərbaycan Respublikasının İXM-nin 335.3-cü ( bu Məcəllənin 335.1 -ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) maddəsi, Şəxs barəsində Azərbaycan Respublikası 332. 4 (bu Məcəllənin 332.2-ci maddəsində nə ərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin itirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin DYPB-nə göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan 06.12.2006-ci il tarixli AZ seriyalı AA875002 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ2107 minik markalı, 08BD502 dövlət qeydiyyat nişanlı avtomobil X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 07.06.2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, X2 İlkin Elçin oğluna VAZ2107 minik markalı, 08BD502 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək barədə etibarnamə vermiş və etibarnamədə onun 10 ay 1 gün müddətinə verilməsi və 08.04.2022-ci il tarixədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarına əsasən inzibati xəta törətməsindən səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.1.4-cü maddəsində inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Ona görə də inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X13 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 105.1, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X7 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-418/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-418/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver