Məhkəmə qərarları › İş №3(019)-42/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-42/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-42/2022 10.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 01.06.2021-ci il tarixdə **********0434 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 136080 ABŞ dolları (231336 AZN) olan 21000.00 kq “qabığı təmizlənmiş fındıq ləpəsi” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin X3 rəsmiləşdirilərək Rusiya Federasiyasının Moskva şəhəri 2-ci Novokuzneskiy döngəsi 13/15 ünvanında qeydiyyatda olan "xxxx" ASC ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malların müqabilində 135500.04 ABŞ dolları şirkətin müvəkkil bankındakı hesabına köçürülsə də, yerdə qalan 579.96 ABŞ dolları (985.93 manat) məbləğində valyutanın geri qaytarılması barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Səlahiyyətli orqanın protokolunda həmçinin göstərilmişdir ki,araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 01.06.2021-ci il tarixdə **********0434 saylı gömrük bəyənnaməsi ilə ümumi dəyəri 135500,04 ABŞ dolları olan 21000.00 kq Meşə fındığı Qərb Ərazi Baş Gömrük idarəsinin X3 rəsmiləşdirilərək Moskva şəhəri 2-ci Novokuzneskiy döngəsi 13/15 ünvanında qeydiyyatda olan "xxxx" ASC ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuşdur. İxrac olunmuş malların müqabilində malın dəyəri şirkətin müvəkkil bankda olan hesabına ödənilməmişdir və bu barədə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 579.96 ABŞ dolları (985.93 manat) məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədi ilə Şəxs MMC şirkətində menecer vəzifəsində çalışan Nümayəndə Təhqiqat Şöbəsinə dəvət olunaraq sorğu-sual olunmuş və izahatında bildirmişdir ki, təmsil etidiyi şirkətin əsas fəaliyyəti fındıq ləpəsinin əhalidən tədarükü, emalı və xarici ölkələrə satışından ibarətdir.Nümayəndə qeyd etmişdir ki, Rusiya Federasiyasının «Rot Front» şirkəti ilə Şəxs MMC arasında bağlanmış RF/KHE/2019 saylı müqavilə əsasında ümumilikdə 136080 ABŞ dolları (231336 AZN) dəyərində və 21000 kiloqram çəkidə qabığı təmizlənmiş fındıq ləpəsi yükü 01.06.2021-ci il tarixli **********0434 saylı gömrük bəyənnaməsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postuna gömrük rəsmiləşdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac edilmişdir. Həmin yükün müqablində qaytarılmalı olan vəsaitin böyük bir hissəsi , yəni 135500.04 ABŞ dolları (230350,068 AZN) məbləğində vəsait Şəxs MMC-nin "xxxx" ASC-nin Zaqatala filialındakı müvəkkil bank hesabına köçürülmüş və bu barədə bank hesab faktura təqdim etmişdir. 579.96 ABŞ dolları (985.93 AZN) məbləğində vəsaitin köçürülməməsinin səbəbini isə belə izah etmişdir ki, onlar həmin yükü yay aylarında , yəni havanın isti olduğu vaxt ixrac etmişlər. Havanın isti olması səbəbindən məhsulda quruma getmiş və həmin yük təyinat yerinə çatan zaman yükün çəkisi və yük müşayiət sənədlərində qeyd olunduğu kimi 21000 kq deyil, 20910.5 kq olmuşdur. “Rot Front” şirkəti də faktiki olaraq qəbul etdiyi yükə görə onlara ödəmə etmişdir. Yəni kəm olan 89,5 kq yükə görə “Rot Front” şirkəti tərəfindən Şəxs MMC-yə ödəniş edilməmişdir. Buna görə də yükün həmin hissəsinə münasibətdə geri qaytarılmalı olan 579.96 ABŞ dolları (985.93 AZN) məbləğində vəsait MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KHAN-EL “ MMCnin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, təmsil etdiyi şirkətin əsas fəaliyyəti fındıq ləpəsinin əhalidən tədarükü, emalı və xarici ölkələrə satışından ibarətdir. Şəxs MMC ilə Rusiya Federasiyasının “Rot Front” şirkəti arasında bağlanmış RF/KHE/2019 saylı müqavilə əsasında ümumilikdə 136080 ABŞ dolları (231336 AZN) dəyərində və 21000 kiloqram çəkidə qabığı təmizlənmiş fındıq ləpəsi yükü 01.06.2021-ci il tarixli **********0434 saylı gömrük bəyənnaməsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrək postuna gömrük rəsmiləşdirilməsindən keçirilərək konsiqnasiya yolu ilə ixrac edilmişdir. Həmin yükün müqablində qaytarılmalı olan vəsaitin böyük bir hissəsi, yəni 135500.04 ABŞ dolları (230350,068 AZN) məbləğində vəsait Şəxs MMC-nin "xxxx" ASCnin Zaqatala filialındakı müvəkkil bank hesabına köçürülmüş və bu barədə bank hesab faktura təqdim etmişdir.579.96 ABŞ dolları (985.93 AZN) məbləğində vəsaitin köçürülməməsinin səbəbini isə belə izah etmişdir ki, onlar həmin yükü yay aylarında , yəni havanın isti olduğu vaxt ixrac etmişlər. Havanın isti olması səbəbindən məhsulda quruma getmiş və həmin yük təyinat yerinə çatan zaman yükün çəkisi və yük müşayiət sənədlərində qeyd olunduğu kimi 21000 kq deyil, 20910.5 kq olmuşdur. “Rot Front” şirkəti də faktiki olaraq qəbul etdiyi yükə görə onlara ödəmə etmişdir. Yəni kəm olan 89,5 kq yükə görə “Rot Front” şirkəti tərəfindən Şəxs MMC-yə ödəniş edilməmişdir. Buna görə də yükün həmin hissəsinə münasibətdə geri qaytarılmalı olan 579.96 ABŞ dolları (985.93 AZN) məbləğində vəsait MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. 579.96 ABŞ dolları (985.93 AZN) məbləğində vəsaitin köçürülməməsində onların təqsiri yoxdur. Onlar barəsində inzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KHAN-EL “ MMCnin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarından görünür ki, “KHAN-EL “ MMC 135500.04 ABŞ dolları dəyərində 21000.00 kq “qabığı təmizlənmiş fındıq ləpəsi” yükünü Balakən Gömrük İdarəsində 01.06.2021-ci il tarixdə **********0434 saylı GB ilə konsiqnasiya yolu ilə ixrac etmiş və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankındakı hesabına məcburi qaydada köçürülməli olan 135500.04 ABŞ dolları məbləğində xarici valyutanı -579.96 ABŞ dollarını geri qaytarmamışdır. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılrrıaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş "az miqdarda xarici (valyuta vəsaitlərinin xaricdən qayiarılmaması” özü özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdırsa", bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin “az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də qeyd edilməlidir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir, inzibatı xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində “KHAN-EL “ MMC-in təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlirəm ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi göndərilən malın quruması nəticəsində 89,5 kq əskik gəlmə əsas olmuşdur. Bu isə təbii haldır və Rusiya Federasiyasının “Rot Front” şirkəti tərəfindən göndərilmiş sənədlə tam təsdiq edilir. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün *digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir, inzıbati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan səsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. . Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin hallarına və sadalanan hüquq normalarına əsəsən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibatı məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1 -ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM- in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM Hüquqi şəxs “KHAN-EL “ MMC-nin barəsində inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar