Məhkəmə qərarları › İş №3(019)-421/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-421/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-421/2021 30.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili X10 iştirakı ilə X4 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında şikayət ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X11 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində kafeni icarəyə götürərək istifadə edir. İstifadəsində olan kafe hazırda qüvvədə olan karantin qaydalarına uyğun olaraq səhər saat 09:00-dan gecə saat 24:00-dək işləyir. Gecə saat 23:45-də isə bütün kassa əməliyyatları dayandırıldığından kefe heç bir müştəriyə xidmət göstərmir. 25.08.2021-ci il tarixdə saat təxminən 23:50-də Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində tanımadığı bir nəfər şəxs içəri daxil olaraq ona xidmət edilməsini və sifariş vermək istədiyini bildirərək, kafedə olan stollardan birində əyləşmişdir. Kafedə olan işçilər kafenin karantin qaydalarına uyğun olaraq saat 24:00-dan sonra sifariş qəbul etmədiyini və xidmət göstərmədiyini, kassanın isə bağlandığını bildirərək, stolda oturmuş şəxsdən kafeni tərk etməsini xahiş etmişlər. Həmin şəxs onun sifarişini qəbul etməyincə və ona xidmət etməyənə qədər kafedən çıxmayacağını bildirmişdir. Təxminən saat 00:15-də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları kafeyə daxil olmuşlar. Polis əməkdaşlarına həmin şəxsin kafeni tərk etmədiyi, kafenin işçilərinin isə ona xidmət etmədikləri, ümumiyyətlə kassa əməliyyatları hər gün saat 23:45-də bağlandığından kafedə bundan sonra sifariş qəbul edilmədiyi və heç kəsə xidmət olunmadığı barədə məlumat vermişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları onu və bir neçə işçini bölməyə apararaq izahat almışlar. Bir neçə gün sonra isə bölmədən ona zəng vuraraq bildirdilər ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları 26 avqust 2021-ci il tarixdə işlədiyi Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində karantin qaydalarının pozulması adı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib etmiş, 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törəməsi ilə bağlı 4000 (dörd min) manat cərimə edilmişdir. Həmin qərarın surətini almaq üçün polis bölməsinə gedərək, qərarın surətinin ona təqdim edilməsini xahiş etsə də, bölmədən qərarın surətini ona təqdim etməmişlər. Bundan sonra 12 sentyabr 2021-ci il tarixdə, 13 oktyabr 2021-ci il tarixdə həm Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə, həm də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin nə polis idarəsindən, nə də polis bölməsindən qərarın surətini ala bilmədiyinə görə 18 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə bu barədə məlumat verərək, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətinin ona təqdim edilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin yenə də qeyd edilən qərarın surətini ala bilməmişdir. Həmin orqanlara müraciət etməsi ilə bağlı bildirişləri şikayəğtinə əlavə edir. 16 dekabr 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə çağrıldığı zaman ona Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surəti təqdim olundu. MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı oxuyarkən məlum olmuşdur ki, guya o, vəzifəli şəxs kimi 26.08.2021-ci ildə işlədiyi Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində saat 00:17-dək işləməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarını pozmuşdur. O, heç bir karantin qaydalarını pozmamışdır. Kafedə işləyən şəxslər də kafenin saat 24:00-dan sonra işləmədiyini, saat 23:45-dən sonra kassanın bağlandığını və sifariş qəbul edilmədiyini, müştərilərə yerində xidmət göstərilmədiyini bildirə bilərlər. Hesab edir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi barəsində qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında yazılmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı inzibati material tam araşdırılmadan qəbul edilmişdir. Buna görə də sözügedən qərar ləğv edilməli, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili X14 şikayəti müdafiə edərək, onun məzmununda göstərilənlərə istinad edib, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat cərimə edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, o, Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində olan kafedə işləyir. Həmin kafe hazırda qüvvədə olan karantin qaydalarına uyğun olaraq səhər saat 09:00-dan gecə saat 24:00-dək işləyir. Gecə saat 23:45-də isə bütün kassa əməliyyatları dayandırıldığından kefe heç bir müştəriyə xidmət göstərmir. 25.08.2021-ci il tarixdə saat təxminən 23:50-də Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində tanımadığı bir şəxs kafeyə daxil olaraq sifariş vermək istədiyini bildirərək, ona xidmət edilməsini tələb etmiş, kafedə olan stollardan birində əyləşmişdir. Kafeni işlədən X11 və kafedə olan işçilər, o cümlədən o, kafedə karantin qaydalarına uyğun olaraq saat 24:00dan sonra sifariş qəbul edilmədiyini və xidmət göstərilmədiyini, kassanın isə bağlandığını bildirərək, stolda oturmuş həmin şəxsdən kafeni tərk etməsini xahiş etmişlər. Lakin həmin şəxs cavabında sifarişi qəbul edilməyənə və ona xidmət edilməyənə qədər kafedən çıxmayacağını bildirmişdir. 26 avqust 2021-ci il tarixdə təxminən saat 00:15-də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları kafeyə daxil olmuş, X11 və o, polis əməkdaşlarına həmin şəxsin kafeni tərk etmədiyi, kafenin işçilərinin isə ona xidmət etmədikləri, ümumiyyətlə kafedə kassanın hər gün saat 23:45-də bağlandığından kafedə bundan sonra sifariş qəbul edilmədiyi və heç kəsə xidmət olunmadığı barədə məlumat vermişlər. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları X5, bir neçə işçini bölməyə apararaq izahat almışlar. O da bölmədə izahat verərək, həmin vaxt kafedə qeyd edilən şəxsə xidmət göstərilmədiyini qeyd etmişdir. Sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektindəki kafedə karantin qaydalarının pozulması adı ilə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib etmiş, 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə edilmişdir. X11 həmin qərarın surətini almaq üçün polis bölməsinə gedərək qərarın surətinin ona təqdim edilməsini xahiş etsə də, bölmədən qərarın surətini ona təqdim etməmişlər. Bundan sonra X11 həm Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə, həm də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 26 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş, lakin bu qərarın surəti ona təqdim olunmamışdır. Hətta qərarın surətinin ona verilməsi xahişi barədə X4 18 noyabr 2021-ci il tarixdə Azərbaüycan Respublikasının Daxili İşlər Nazirinə müraciəti də nəticəsiz qalmış və qərarın surəti ona verilməmişdir. X11 həmin qərarın surətini yalnız 16 dekabr 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsindən almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin müdafiəçisini və şahidi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta hadisəsi olmadığına görə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 26.08.2021-ci ildə işlədiyi Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində saat 00:17-dək fəaliyyət göstərməklə karantin qaydalarını pozması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarından həmçinin görünür ki, X11 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ona rəsmi qaydada təqdim olunması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin həmin təşkilatlar tərəfindən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona rəsmi qaydada təqdim edilməmişdir. X11 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətini yalnız 16 dekabr 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsindən almış və onun həmin qərardan verdiyi şikayət 21 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 130.1-ci maddələrində nəzərdə tutulmuş müddətdə həmin qərardan məhkəməyə şikayət vermişdir. X2 qeydiyyatda olduğu yer Balakən rayonu olduğundan hazırki şikayətə Balakən Rayon Məhkəməsində baxılması qanunauyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü makddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikaət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»nın 23.2-ci bəndinə əsasən ictimai iaşə obyektlərində göstərilən xidmətlərin siyahısı icraçı tərəfindən sərbəst olaraq müəyyən edilir; 23.3-cü bəndinə əsasən ictimai iaşə obyektlərində kənardan alınmış məhsulların satışı və əlavə xidmətlərin göstərilməsi zamanı yaranmış münasibətlər müvafiq satış və ya xidmət qaydaları ilə tənzimlənir; 23.4-cü bəndinə əsasən ictimai iaşə obyektlərində hazırlanan məhsulların hər birinin kalkulyasiyası olmalıdır. Menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqlərinə əsaslanmalıdır. İctimai iaşə obyektlərində istehlakçılarla hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim edilməlidir; 23.5-ci bəndinə əsasən icraçı öz təşkilatının adı, yerləşdiyi ünvanı, tipi (növü), dərəcəsi (kateqoriyası), iş rejimi, təklif olunan kulinariya məhsulları və göstərilən xidmətlər barədə zəruri informasiyanı istehlakçılara çatdırmalıdır; 23.6-cı bəndinə əsasən göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona aşağıdakılar barədə məlumatları verməlidir: 23.6.1. xidmətlərin siyahısı və icra şərtləri; 23.6.2. xidmətlərin qiymətləri və ödəniş şərtləri; 23.6.3. təklif olunan iaşə məhsullarının firma adı və tərkibi; 23.6.4. təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri; 23.6.5. istehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept); 23.7. istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır;… 23.9. icraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtləri, o cümlədən qiymətlər (qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilməlidir; 23.12. icraçı istehlakçıya onunla razılaşdırılmış müddətdə xidmət göstərməyə borcludur…23.22. ictimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 30 may 1998-ci il tarixli 106 nömrəli qərarı və Azərbaycan Respublikası Ticarət Nazirliyinin 10 may 1998-ci il tarixli 34/u nömrəli qərarı ilə təsdiq edilmiş «İctimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərə xidmət səviyyəsinə görə dərəcələrin verilməsi haqqında» Əsasnaməyə 3 nömrəli əlavəyə əsasən (İctimai iaşə sahəsində fəaliyyət göstərən təsərrüfat obyektlərin əsas növlərinin xarakteristikası və funksional kommersiya xüsusiyyətləri) restoran- daha yüksək komfortlu ictimai iaşə obyekti olub, istehlakçılara geniş çeşiddə, mürəkkəb istehsal texnologiyalı, yüksək keyfiyyətli mətbəx və qənnadı məmulatları, içkilər təqdim edir; kafe-qəhvə satışı üzrə fəaliyyətlərini əyləncələrin təşkili ilə birgə aparır, müştərilərə isti spirtsiz içkilər (qəhvə, südlü qəhvə, kakao, şokolad, çay), həmçinin isti və soyuq qəlyanaltılar, İİ xörəklər, dondurma, qənnadı məmulatları, spirtli içkilər (likyorlar, konyaklar) təklif edir,ixtisaslaşdırılmış kafe mövcud ixtisaslaşmaya uyğun təchiz edilərək bəzədilmiş, həmçinin satılan xörək və məmulatların çeşidi mətləbə müvafiq olmalıdır. İxtisaslaşdırılmış kafelərə dondurma kafesi, süd xörəkləri kafesi, gənclik kafesi, uşaq aləmi kafesi aid edilir. Dondurma kafesi yerlərdə müxtəlif adda dondurmaların (əlavələr və əlavələrsiz), südlü kokteyllərin, isti, soyuq və sərinləşdirici içkilərin, qənnadı məmulatların istehlakını təşkil edir. Yeməkxana- həftənin müxtəlif günləri üzrə cürbəcür səhər, nahar və axşam xörəkləri istehsal etmək və satmaq üçün nəzərdə tutulmuşdur. Onlar sənaye müəssisələrində tikinti sahələrində, litsey və ümumtəhsil məktəblərində, tələbə korpuslarında, həmçinin münasib şəbəkələrdə yerləşdirilir və fəaliyyət göstərir. Yeməkxanaları müştərilərə xidmət göstərmək üçün ticarət zalına, anbar, istehsal və idarə-məişət otaqlarına malik olmalıdırlar. Qanun normalarının mənasından görünür ki, kafe- qəhvə satışı üzrə fəaliyyətlərini əyləncələrin təşkili ilə birgə aparır, müştərilərə isti spirtsiz içkilər (qəhvə, südlü qəhvə, kakao, şokolad, çay), həmçinin isti və soyuq qəlyanaltılar, İİ xörəklər, dondurma, qənnadı məmulatları, spirtli içkilər (likyorlar, konyaklar) təklif edir. Yəni iaşə obyekti kimi kafe spirtsiz və spirtli içkilər, isti və ya soyuq qəlyanaltılar, dondurma, qənnadı məlumatları və sair formada təamları müştərilərə oferta formasında təklif edir, həmin içki və yeməklərin verilməsi formasında xidməti istehlakçılara satır və preyskurant əsasında həmin xidmətin dəyərini müştərilərdən alır və kassaya mədaxil etməklə müştəriyə bu alqı-satqını təsdiq edən müvafiq çek verir. Kafedə müştərilərə xidmət göstərilməsi dedikdə məhz müştərilərdən yuxarıda göstərilən xidmətlər üzrə sifarişin qəbul edilməsi, müştərilərə spirtsiz içkilərin (qəhvə, südlü qəhvə, kakao, şokolad, çay), həmçinin isti və soyuq qəlyanaltıların, İİ xörəklərin, dondurmanın, qənnadı məmulatlarının, spirtli içkilərin (likyorlar, konyaklar) verilməsi və həmin içki və yerməklərin pulunun alınaraq kassaya mədaxil edilməsi və bunun nəticəsində müştəriyə müvafiq çekin verilməsi başa düşülməlidir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilməsinin əsası kimi onun 26.08.2021-ci ildə işlədiyi Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində saat 00:17-dək işləməklə karantin qaydalarını pozması göstərilmişdir. Lakin iş materiallarına əsasən X4 26.08.2021-ci il tarixdə, saat 00.17-də Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektində (kafedə) işləməsi, 26.08.2021-ci il tarixdə, saat 00.17-də həmin kafenin fəaliyyət göstərməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi müəyyən olunmur. Belə ki, işdəki sübutlardan, o cümlədən şahid X9 məhkəmədə verdiyi izahatından görünür ki, hər gün olduğu kimi, 25.08.2021-ci il tarixdə saat 23.45 radələrində Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektindəki kafedə müştərilərə xidmət göstərilməyərək kassa bağlanmış, bununla da karantin qaydalarına əməl edilərək saat 00.00-dək kafedə yerində xidmət dayandırılmışdır. 25.08.2021-ci il tarixdə saat təxminən 23:50-də Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektinə-kafeyə bir nəfər şəxs içəri daxil olaraq ona xidmət edilməsini və sifariş vermək istədiyini bildirərək, kafedə olan stollardan birində əyləşmişdir. Kafedə olan işçilər kafenin karantin qaydalarına uyğun olaraq saat 24:00-dan sonra sifariş qəbul etmədiyini və xidmət göstərmədiyini, kassanın isə bağlandığını bildirərək, stolda oturmuş şəxsdən kafeni tərk etməsini xahiş etmişlər. Həmin şəxs onun sifarişini qəbul etməyincə və ona xidmət etməyənə qədər kafedən çıxmayacağını bildirmişdir. Təxminən saat 00:15-də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları kafeyə daxil olmuşlar. Polis əməkdaşlarına həmin şəxsin kafeni tərk etmədiyi, kafenin işçilərinin isə ona xidmət etmədikləri, ümumiyyətlə kafedə kassa əməliyyatları hər gün saat 23:45-də bağlandığından kafedə bundan sonra sifariş qəbul edilmədiyi və heç kəsə xidmət olunmadığı barədə məlumat verilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları X5 və bir neçə işçini bölməyə apararaq izahat almışlar. Lakin fakt olaraq 26 avqust 2021-ci il tarixdə saat 00:17-də Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektindəki kafedə göstərilən şəxsə, o cümldəən hər hansı müştəriyə hər hansı xidmət göstərilməmiş; spirtsiz içkilər (qəhvə, südlü qəhvə, kakao, şokolad, çay), həmçinin isti və soyuq qəlyanaltılar, İİ xörəklər, dondurma, qənnadı məmulatları, spirtli içkilər (likyorlar, konyaklar) və sair içki və yeməklər təklif edilməmiş, verilməmiş, ondan hər hansı məbləğdə pul alınmamış və kassaya mədaxil edilməmişdir. X3 və kafenin digər işçləri həmin şəxsə kafedə saat 24:00-dan sonra sifariş qəbul edilmədiyini, xidmət göstərilmədiyini, kassanın isə bağlandığını bildirmiş və ondan kafeni tərk etməsini xahiş etmişlər. Yuxarıda istinad olunan Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər haqqında» qərarının 1.2.2-ci bəndində də ictimai iaşə obyektlərində, elcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00.00-dan 09.00dək yerində xidmətin dayandırılması kimi qayda müəyyən edilmişdir. Həmin qərarın mahiyyətinə görə o cümlədən kafedə müştərilərə saat 00.00-dan saat 09:00-dək xidmət göstərildiyi təqdirdə karantin qaydalarının pozulmasından və bu xüsusda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasından söhbət gedə bilər. Lakin işdəki sübutlara əsasən X4 icarə əsasında işlətdiyi sözügedən kafedə 26.08.2021-ci il tarixdə saat 00:17-də müştərilərə, o cümlədən həmin vaxt kafedə oturan şəxsə hər hansı xidmət göstərilməmiş, həmin vaxt ümumiyyətlə kassa bağlı olmuşdur. Həmin vaxt kiminsə kafenin içərisində oturması isə karantin rejimi qaydalarının pozuntusu kimi qəbul edilə bilməz. Belə ki, qeyd edildiyi kimi, Nazirlər Kabinetinin sözügedən 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli qərarı karantin rejimi qaydası kimi o cümlədən kafedə müştərilərə saat 00:00-dan saat 09:00-dək yerində xidmətin dayandırılmasını müəyyən edir ki, saat 00:00-dək də sözügedən kafedə yerində xidmət dayandırılmış və qeyd edilən 26 avqust 2021-ci il tarixdə saat 00:17-də heç bir müştəriyə xidmət göstərilməmişdir. Nazirlər Kabinetinin istinad olunan 12 sentyabr 2020-ci il tarixli, 336 saylı qərarında, nə də başqa qanunvericilik aktlarında o cümlədən restoran və kafelərdə saat 00:00-dan sonra hansısa şəxsin ona xidmət göstərilmədən oturması və kafeni tərk etməməsi karantin rejimi qaydasının pozulması kimi təsbit edilməmişdir. Digər tərəfdən həmin kafenin icarədarı olan X11 və kafenin işçiləri həmin şəxsdən kafenin saat 00:00-dan sonra karantin rejimi qaydalarına görə xidmət göstərmədiyini, müştərilərdən sifariş qəbul etmədiyini, kassanın bağlandığını bildirərək, həmin şəxsdən kafeni tərk etməsini xahiş etmiş, həmin şəxs də Qurban Qunduzovun və kafenin digər işçilərinin xahişinə əhəmiyyət vermədən onların iradəsinin ziddinə olaraq həmin kafedə oturmaqda davam etmişdir. Onu da qeyd etmək lazımdır ki, nə X4, nə də kafenin digər işçilərinin saat 00:00-dan sonra həmin şəxsi, ümumiyyətlə istənilən müştərini zorla kafedən çıxarmaq, onun hərəkət azadlığını məhdudlaşdırmaq, ona qarşı zor tətbiq etmək səlahiyyətləri qanunda nəzərdə tutulmamışdır. Əks hal onların Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətinə səbəb ola bilərdi. Ona görə də Qurban Qunduzov və kafenin digər işçiləri sözügedən şəxsi saat 00:00-dan sonra zorla kafedən çıxarmamaqda haqlı olmuşlar. X11 və kafenin digər işçiləri həmin vaxt ora gələn polis işçilərinə qeyd olunan şəxsə saat 00:00-dan sonra xidmət göstərilmədiyi, onun sifarişinin qəbul olunmadığı və kassanın bağlı olduğunu bildirmələri barədə məlumat vermiş və polis şöbəsində verdiyi izahatlarında da bu faktı təsdiq etmişlər. İşdə 26 avqust 2021-ci il tarixdə saat 00:17-də Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektindəki kafedə müştəriyə hər hansı xidmətin göstərilməsi; spirtsiz içkilər (qəhvə, südlü qəhvə, kakao, şokolad, çay), həmçinin isti və soyuq qəlyanaltılar, İİ xörəklər, dondurma, qənnadı məmulatları, spirtli içkilər (likyorlar, konyaklar) və sair verilməsi, ondan bunun müqabilində hər hansı məbləğdə pul alınmasını təsdiq edən heç bir mötəbər sübut; şahid izahatları, xüsusi texniki vasitələrin göstəriciləri-audioyazı, videomaterial və sair mövcud deyildir. O da qeyd edlilməlidir ki, həmin vaxt müştəriyə xidmət göstərildiyi; içkilər və yeməklər verildiyi (həmin içkilərin və yeməklərin qabları yəqin ki, stolun stündə olardı) və pul alındığı təqdirdə bu hal ora gələn polis əməkdaşları tərəfindən mobil telefon və sair xüsusi texniki vasitə tərəfindən asanlıqla çəkilə və qeydə alına bilərdi. Lakin işdə bu halı təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə bir sübutlar da məhkəməyə təqdim olunmamışdır. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş orqan və vəzifəli şəxsi tərəfindən 26.08.2021-ci il tarixdə saat 00:17-də X4 işlətdiyi Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektindəki kafenin fəaliyyət göstərməsi və bununla da X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamış, həmin inzibati xəta hadisəsinin baş verməsi və X4 həmin xətanı törətməkdə təqsirli olması sübut edilməmişdir. Halbuki qanuna görə bu vəzifə həmin orqanın və vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. O da nəzərə çatdırılmalıdır ki, heç inzibati tənbeh vermə haqqında qərarda 26.08.2021ci il tarixdə saat 00:17-də X4 işlətdiyi Bakı şəhəri Ş.Mirzəyev 58c ünvanında yerləşən Zil Pub obyektindəki kafenin fəaliyyət göstərməsinin nəyi ehtiva etməsi belə aydınlaşdırılmamış; bu xətanın törədilməsinin əsası kimi istinad edilən faktoloji halın mahiyyətinə aydınlıq gətirilməmiş, onun baş verib-verməməsi xüsusatı araşdırılmamış və ona hüquqi qiymət verilməmişdir. İş materiallarından o da görünür ki, inzibati xəta haqqında protokolda X6 istinad olunan həmin inzibati xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 izahatı göstərilməmiş, inzibati xəta haqqında protokolun surəti X6 təqdim edilməmiş, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, həmin protokol X11 tərəfindən imzalanmamış, bununla da inzibati xəta haqqında protokolun tərtib edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4,100.1.7, 100.1.10, 100.2, 1003 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan əlavə, X11 işin baxılmasında iştirak etmək üçün çağrılmamış, işə mahiyyəti üzrə baxılmasında iştirak etməmiş, onun inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək və sair hüquqları pozulmuş, ona münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 65, 66,109, 112 və 128-130-cu maddələrinin tələbləri pozulmuşdur. Ümumiyyətlə qeyd edilən hüquqları təmin edilməməklə X4 Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Salduz Türkiyəyə qarşı iş üzrə qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların işin məhkəməyəqədərki araşdırmalara da da tətbiq olunmasını qeyd etmişdir. Engel və başqaları Niderlanda qarşı iş üzrə qərarında İnsan Hüquqları Üzrə Avrorpa Məhkəməsi Engel meyarları adlanan üç əsasa;1)daxili qanunvericilikdə təsnifatına; 2) hüquq pozuntusunun xarakternə və 3) mümkün cəzanın ağırlığına görə inzibati xətaları da cinayət ittihamına bərabər saymış və Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən şərtlərin inzibati xətalara da aid olmasını təsbit etmişdir. Lakin işin bütün faktiki halları araşdırılmadan, gəlinən nəticə işin faktiki hallarına uyğun olmadan, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən, qanun norması düzgün tətbiq edilmədən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsasların olmasına əhəmiyyət verilmədən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4000 manat məbləğində cərimə edilmişdir. Ona görə də sözügedən 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati xəta hadisəsi olmadığı üçün X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:…134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6.bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X4 şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X4 şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı 26 avqust 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar