Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-422/2022 29.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi ilə, ünvan 1i ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN-**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır ki, hüquqi şəxs Şəxs MMC xx.xx.2022-ci il tarixdə **********4851 saylı və xx.xx.2022-ci il tarixli,**********7172 saylı gömrük bəyannamələri ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş “fındıq ləpəsi” yükünün müqabilində qaytarılmalı olan 259980 ABŞ dolları (441966 manat, kurs 1 ABŞ dolları=1,70 AZN) məbləğində vəsaitdən 1087,09 ABŞ dolları məbləğində vəsaiti MMC-nin müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Səlahiyyətli orqanın protokolunda həmçinin göstərilmişdir ki,araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs - Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, **********4851 saylı və xx.xx.2022-ci il tarixli, **********7172 saylı gömrük bəyannamələri əsasında Qərb Ərazi Bas Gömrük İdarəsinin Balakən gömrük postunda rəsmiləsdirilərək ixrac olunmuş “fındıq ləpəsi” yükünün müqabilində qaytarılmalı olan 259980 ABS dollar (441966 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) məbləğində vəsaitin tam səkildə müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir.Faktla bağlı aparılan araşdırma ilə əlaqədar olaraq Şəxs MMC-nin nümayəndəsi X1 Ərazi Bas Gömrük İdarəsinin Balakən gömrük postuna dəvət olunaraq izahatı alınmış və izahatında bildirmişdir ki, o, xx.xx.1986-cı il tarixdə ünvan 2 ünvanında yaşayır. 2011-ci ildə təsis edilmiş və Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan Şəxs MMC-də menecer vəzifəsində çalışır. Təmsil etdiyi müəssisənin əsas fəaliyyət istiqaməti Qəbələ, Balakən, Zaqatala və Qax rayonlarında yetişən fındığın əhalidən tədarükü, emalı və satışından ibarətdir. İxrac adətən xarici ölkələrdə, əsasən də Rusiya Federasiyasında fəaliyyət göstərən hüquqi şəxslərə edilir. Lakin, ixrac etdikləri malların müqabilində qaytarılmalı olan pul vəsaitləri tam səkildə onların müvəkkil bank hesabına köçürülmür. Bunun səbəbi isə ondan ibarətdir ki, onlar malları Rusiya Federasiyasının uzaq vilayətlərinə göndərirlər və malların təyinat verinə çatması, 10-15 gün çəkir. İxrac etdikləri fındıq ləpəsində təyinat məntəqəsinə çatana kimi müəyyən qədər quruma olur, buna görə də təyinat verinə çatanda çəkidə fərqlər yaranır. İdxalatcı şirkət də mal qəbul edən zaman faktiki çəkisinə görə onlara pul ödəyir. Buna görə də gömrük bəyannaməsində qeyd edilən invovs dəyərindən aşağı məbləğdə pul ödənilir. Bundan başqa sərhəd buraxılış məntəqələrində yaranan növbələr səbəbindən də üstəlik bir müddət həmin mallar maşınlarda qalır və buna görə də artıq təyinat verinə çatan zaman malların müəyyən bir hissəsi istifadəyə yararsız halda olur. Həmçinin idxalatçı şirkət malın xarab olan hissəsinə görə də onlara pul ödəmir. İxrac etdikləri malların müqabilində qaytarılmalı olan pul vəsaitlərinin tam səkildə MMC-nin müvəkkil bank hesabına köçürülməməsinin əsas səbəbləri yuxarıda qeyd etdiyi nüanslar olmuşdur. Bu səbəbdən də xx.xx.2022-ci il tarixli, **********4851 saylı və xx.xx.2022-ci il tarixli **********7172 saylı gömrük bəyannamələri əsasında rəsmiləşdirərək ixrac etdikləri malların müqabilində qaytarılmalı olan 259980 ABS dolları məbləğində vəsaitdən 1087,09 ABS dolları məbləğində vəsait MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Yuxarıda gevd olunan gömrük bəyannamələri üzrə invovs sənədlərini və bank sviftlərini izahatına əlavə olunması ücün təqdim etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, malın xarab olan hissəsinə görə qüsur aktları tərtib olunmamışdır.“Khan-E MMC-nin nümayəndəsi X2 izahatında bildirdiyi məlumatların doğruluqunu yoxlamaq məqsədilə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sisteminə baxış keçirilmiş və Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********4851 saylı və xx.xx.2022-ci il tarixli, **********7172 saylı gömrük bəyannamələri üzrə rəsmiləsdirilməklə ixrac olunmuş “fındıq ləpəsi” yükünün müqabilində avtarılmalı olan vəsaitlərlə bağlı hesabat cədvəli çıxarılmışdır. Nəticədə Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********4851 saylı və 27,01.2022-ci il tarixli, **********172 gömrük bəyannamələri üzrə rəsmiləsdirilməklə ixrac olunmuş “fındıq ləpəsi” yüklərinin müqabilində qaytarılmalı olan 259980 ABS dollar (441966 manat, kurs: 1 ABŞ dollar = ,70 AZN) məbləğində vəsaitdən 1087,09 ABŞ dolları (1848,05 manat, urs: 1 AB$ dollar = 1,70 AZN) məbləğində vəsaitin isə MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi məlum olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KHAN-EL “ MMCnin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə hüquqi şəxs Şəxs MMC-in iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə **********4851 saylı və xx.xx.2022-ci il tarixli,**********7172 saylı gömrük bəyannamələri ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunda rəsmiləşdirilərək 259980 ABŞ dolları (441966 manat, kurs 1 ABŞ dolları=1,70 AZN) məbləğində “fındıq ləpəsi” yükünü Rusiya Federasiyasına ixrac etmişdir. İxrac olunmuş “fındıq ləpəsi” yükünün müqabilində qaytarılmalı olan vəsaitin 1087,09 ABŞ dolları məbləğində vəsaiti MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KHAN-EL “ MMC-nin nümayəndəsinin işdə olan izahatından aydın olur ki, "xxxx" MMC-in ixrac etdiyi malların təyinat yerinə çatması 10-15 gün çəkir. İxrac etdikləri fındıq ləpəsində təyinat məntəqəsinə çatana kimi müəyyən qədər quruma olur, buna görə də təyinat yerinə çatanda çəkidə fərqlər yaranır. Həmçinin malın müəyyən hissəsində xarab olma halları olur. Belə olan halda isə əskik gələn və xarab olan malın dəyəri ödənmir. Bu səbəblərdən qalan 1087,09 ABŞ dolları halhazıra kimi onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş "az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” özü özlüyündə inzibati xətanın törədilməsini ehtiva etmir. “Az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdırsa", bu zaman inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, həmin “az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması”nda əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də qeyd edilməlidir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir, inzibatı xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində Şəxs MMC-nin (VÖEN:**********) təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlirəm ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi ixrac edilmiş fındıq ləpəsində təyinat məntəqəsinə çatana kimi quruma olması və təyinat yerinə çatanda çəkidə fərqlər yaranmasıdır. Xaricdən valyutanın geri qaytarılmaması Şəxs MMC-dən asılı deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cu yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dıspozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir kı, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz.Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs KHAN-EL” MMC -nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərivə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) barəsində inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-422/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-422/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver