Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-424/2021 28.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 23 ünvanında yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 442-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 23.12.2021-ci il tarixdə saat 20 radələrində Balakən şəhəri H.Əliyev prospektində istehsalı və ya satılması qadağan olunmuş pirotexniki məmulatların satışı ilə məşğul olmuşdur. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 23 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ünvan 4 ünvanında ailə ilə birlikdə yaşayır. 23.12.2021-ci il tarixdə yaşadığı Mingəçevir şəhərində olan zaman saat 10.00 radələrində uşaqlıq dostu olan Zeynalabdin Abbasova zəng vuraraq pirotexniki məmulat oalan partladanın ticarəti ilə məşğul olmaq üçün almasını söyləmişdir. Saat 11 radələrində Mingəcevir şəhərində Zeynalabdin ilə görüşmüşlər. Oradan ona məxsus Daevvo Matis markalı avtomobil ilə Gəncə şəhərinə yola düşmüşlər. Orada həmin malların ola biləcəyini ehtimal etmişlər. Gəncə şəhərinə çatanda oradakı bazara yollanmışlar. Bazarda tanımadıqları şəxsdən 780 manat dəyərində 60 blok pirotexniki məmulat almışlar. Orada qərara gəlmişlər ki, həmin malları Balakən şəhərində satışa buraxsınlar. Həmin malların satışının qadağan olunması barədə məlumatlı olduqlarından heç bir mağaza götürməmişdir. Balakən şəhəri H.Əliyev prospektində mal verən zaman polis əməkdaşları onlara yaxınlaşaraq, onlarda olan pirotexniki məmulatları aşkara çıxarmışlar. Onları öz avtomobili ilə birlikdə polis şöbəsinə aparmışlar. O, həmin malların satışı ilə əvvəllər məşğul olmamışdır. Həmin malların satışının qadağan olunmasından xəbərləri olmuş, sadəcə gəlir əldə etmək üçün dostu Zeynalabdin Abbasovla razılaşaraq bu işlə məşğul olmuşlar. İnzibati xətanı törətməsindən səmimi peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edir. İş materiallarında olan Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı X6 RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Çingiz Aslanova ünvanlandığı 23.12.2021-ci il raportdan görünür ki, 23.12.2021 -ci il tarixdə saat 20.00 radələrində Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduğu zaman pirotexniki məmulatların satılması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Balakən şəhəri H.Əliyev prospektində 2 nəfər naməlum şəxsin özlərinə məxsus DAEWO MATRİS markalı avtomobillə pirotexniki məmulatların satışı ilə məşğul olduqları aşkar olundu. Həmin şəxslər RPŞ-nə gətirilərək Növbətçi Hissəyə təhvil verilən zaman onlara məxsus olan avtomobildə hər birində 10 qutu olmaqla 49 blok satışı və istehsalı qadağan olunmuş pirotexniki məmulatlar aşkar olunaraq götürüldü. RPŞ-də həmin şəxslərin ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, 20 yanvar küçəsində yaşayan Şəxs və Ağdam şəhəri, İ.Qayıbov küçəsi, dön-4 ev-10 da qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Ü.Hacıbəyov 72 də yaşayan X1 olduqları müəyyən edildi. İş materiallarına əlavə edilmiş elektron sorğu məlumatlarından görünür ki, 09.10.2020-ci il tarixdə doğulmuş X3 və 07.11.2021-ci il tarixdə doğulmuş X2 olmaqla Şəxs himayəsində iki azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq və işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, inzibati xəta törətməsindən səmimi peşmançılıq çəkməsi və himayəsində iki azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ondan götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 49 blok (hər birində 10 qutu olmaqla) pirotexniki məmulatlar dövlət nəfinə müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan götürülmüş, Balakən Rayon Polis Şöbəsində saxlanılan 49 blok (hər birində 10 qutu olmaqla) pirotexniki məmulatlar dövlət nəfinə müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-424/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-424/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver