Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-424/2023 25.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X1 Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Zaqatala rayonu Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində Balakən şəhəri Ziya Bünyadov küçəsində məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozduğu üçün onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, Zaqatala rayonu Lahıc kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 01.00 radələrində Balakən şəhəri Ziya Bünyadov küçəsində məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozduğu üçün onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, lakin polis əməkdaşları tərəfindən də ona qarşı qeyri-adekvat güc tətbiq edilmişdir. Əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İlk dəfədir ki, inzibati xəta törədir. Himayəsində iki azyaşlı uşaq vardır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X8, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Balakən RPŞ-nin əməliyyat istintaq qrupunun tərkibində olan zaman Zaqatala rayonu Lahıc kənd sakini Şəxs 102 xidmətinə müraciət edərək Balməkan adlı restoranda ayıq sürücü tərəfindən onun 70 manat pulunun oğurlanmasını bildirmişdir. Bundan sonra əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə Balməkan adlı restorana getmişlər. Həmin yerə çatdıqdan sonra vətəndaş Şəxs Balməkan adlı restoranda saat 01 radələrində sərxoş halda ictimai yerdə ucadan qışqıraraq nalayiq ifadələr işlətməsini görərək onu nizam-intizama dəvət etsələr də, o, öz qanunsuz hərəkətlərinə davam etdirmişdir. Bu səbəbdən onlar hadisə yerinə əlavə olaraq post-patrul xidməti əməkdaşlarının gəlməsini NH-yə radiostansiya vasitəsilə bildirmişlər. Daha sonra post patrul xidməti əməkdaşları oraya yaxınlaşmış və bundan sonra fiziki güc tətbiq edərək Şəxs avtomaşına əyləşdirərək Balakən RPŞ-yə aparmışlar. Həmin vaxt Şəxs atası Qurban Məmmədov səs-küy salmamış, söyüş ifadələri işlətməmiş, onların tələbinə əsasən polis avtomaşınına əyləmişdir. X16 polis avtomaşınından düşməyə cəhd göstərmiş, bunu astma xəstəsi olması və avtomaşınında dərmanlarını götürmək istəməsi ilə əlaqələndirmişdir. Balakən RPŞ-nin inzibati binasında olan zaman da Şəxs polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 da X2 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02.00-da tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 12.00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 489 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, tibbi müayinə zamanı Şəxs həmin vaxt 2.045 promili olmaqla alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, Balakən RPŞ-nin İTBnin polis sahə rəisi, polis baş leytenantı X8, Balakən RPŞ-nin İTB-nin rəisi, polis mayoru Məhəmməd Bağırovun və Zaqatala rayonu Lahıc kənd sakini Şəxs iştirakı ilə bu aktı tərtib edir ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 535.1 -ci maddəsi ilə aparılan araşdırma zamanı sonuncu izahat verməkdən və inzibati xəta haqqında protokolu imza etməkdən imtina etmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X11 olmaqla Şəxs himayəisndə iki azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin həmin maddələri ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında isə fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, İXM-nin 32.1.3-cü maddəsində inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Qanun normalarının tələbinə əsasən inzibati xəta törətməsindən səmimi peşmançılığını və inzibati xətanı himayəsində iki azyaşlı uşağı olan qadın olaraq törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən inzibati xətanı sərxoş halda törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı və inzibati xətanı himayəsində iki azyaşlı uşağı olan qadın olaraq törətməsi kimi məsuliyyətini yüngülləşdirən halları və inzibati xətanı sərxoş halda törətməsi kimi məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02.00-dan xx.xx.2023-cü il tarixdə saat 12.00-dək inzibati qaydada tutulduğundan, bu hal əsasında onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilərkən Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin ediləcək həmin cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X9, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 manat məbləğində inzibati qaydada cərimə edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri qaydasında onun xx.xx.2023-cü il tarixdə saat 02.00-dan xx.xx.2023-cü il tarixdə saat 12.00-dək inzibati qaydada tutulduğu nəzərə alınıb bu cərimə məbləği azaldılmaqla Şəxs qəti olaraq 150 manat məbləğində inzibati cərimə təyin edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-424/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-424/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver