Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-424/2024 11.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən xx.xx.2024-cü il tarixli, MN2036366 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən xx.xx.2024-cü il tarixli, MN2036366 saylı inzibati xəta haqqında protokol üzrə icraatı başlanmış inzibati xəta haqqında iş aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarına əlavə edilmiş Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN2036366 saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Şəki şəhəri S.Mümtaz küçəsində aralarında yaranmış mübahisə zamanı qardaşı X3 döyərək sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarət yetirərək ona qəsdən fiziki ağrı yetirmişdir. İş materiallarına, o cümlədən sözügedən xx.xx.2024-cü il tarixli, MN2036366 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəki şəhərində törədildiyi müəyyən olunur. Həmçinin Şəxs inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət verməmişdir. Belə olan halda, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən sözügedən inzibati xəta haqqında iş baxılması üçün Balakən Rayon Məhkəməsinə deyil, aidiyyətı üzrə Şəki Rayon Məhkəməsinə göndərilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında iş baxılması üçün Balakən Rayon Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Balakən Rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid deyildir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN2036366 saylı inzibati xəta haqqında protokol üzrə icraatı başlanmış inzibati xəta haqqında iş aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN2036366 saylı inzibati xəta haqqında protokol üzrə icraatı başlanmış inzibati xəta haqqında iş aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilsin. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-424/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-424/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver