Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-425/2024 04.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Vəkil , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olan və yaşayan X2 barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 13 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 nömrəli 20 sentyabr 2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 3057 manat aliment borcunu ödəməkdən imtina etmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 nömrəli 20 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən 21 avqust 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs 29 iyul 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Həmin icra sənədi onun icraatında olmuşdur. Tələbkar Zərərçəkmiş şəxs ondan narazı olduğundan, müxtəlif orqanlara şikayətlər etdiyindən Şöbənin rəisi Hikmət Darçınov müvəqqəti olaraq icra sənədinin icrasını icra məmuru Vidadi Musayevə həvalə etmişdir. 2022-ci ilin noyabr ayından Şəxs “X5”ndə işləməyə başladığından icra sənədi icra olunması üçün 2022-ci ilin noyabr ayında onun iş yerinə göndərilmişdir. 2022-ci ilin dekabr ayından 2024-cü ilin avqust ayına kimi onun əmək haqqısından hər ay 114 manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. Aliment pulu tam ödənmədiyindən tələbkar Zərərçəkmiş şəxs yenidən şikayətlər etməyə başlamışdır. İşdə olan ödəniş qəbzlərinə əsasən hesablama aparılmış və aliment borcunun ödəniməmiş qalan 16 manatlarla birlikdə 3057 manat təşkil etdiyi məlum olmuşdur. Odur ki, inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 nömrəli 20 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən 21 avqust 2018-ci il tarixdən başlayaraq 29 iyul 2018-ci ildə də doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. O, hər ay aliment məbləğini tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. 2022-ci ilədək aliment məbləğini tələbkara əlbəəl ödədiyi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona hər hansı qəbz verilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək onun həmin müddətədək ona 390 manat aliment borcu olduğunu bir daha təsdiq etmişdir. Lakin sonradan 13 sentyabr 2024-cü ildə Balakən Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək gah 3000 manat, gah da 3211 manat məbləğində aliment borcu olduğunu qeyd etmişdir. Onun tələbi isə əsassız olmuşdur. Alimentin ödənişi bir-iki ay gecikəndə tələbkar hər yerə şikayət edir. Necə olub ki, 2022-ci ilin dekabr ayına kimi 3000 manata yaxın borc yığıldığı halda ,Ramilə iki il ərzində heç yerə şikayət etməmişdir.Bununla da təsdiq olunur ki, onun borcu olmamışdır. O, ödədiyi aliment məbləğlərindən əlavə 29 iyul 2024-cü ildə 250 manat, 24 sentyabr 2024-cü ildə 615 manat,31 oktyabr 2024-cü ildə 130 manat ödəniş etmişdir. Onun yalnız 2024-cü ilin oktyabr ayına görə 130 manat aliment ödənişi qalmışdır, bir neçə günə həmin məbləği də ödəyəcəkdir. Onun barəsində inzibati xəta haqqında protokol əsassız tərtib olunmuşdur. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 nömrəli 20 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən 21 avqust 2018-ci il tarixdən başlayaraq 29 iyul 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınıb ona ödənilməlidir. Lakin borclu Şəxs 2022-ci ilin dekabr ayına kimi alimenti vaxtında ödəməmiş, bir ay ödəniş edəndə iki-üç ay ödəniş etməmişdir. 21 noyabr 2022-ci ildə icra məmuru Vidadi Musayev onu İcra Şöbəsinə dəvət edərək bundan sonra alimentin onun kartına ödənəcəyini bildirərək, onu aldadaraq ona ərizə yazdırmışdır ki, guya 390 manat borcu qalmışdır. O, da ərizəni yazıb vermişdir. 2022-ci ilin dekabr ayından 2024-cü ilin avqust ayına kimi alimentə görə hər ay 114 manat məbləğində pul Şəxs əmək haqqısından tutularaq onun kartına ödənmişdir. Bu müddətdə hər ay aliment 16 manat əskik ödənmişdir. 2024-cü ilin sentyabr ayında o alimentin ödənməsini tələb etmişdir. Həmin vaxt icra işində olan qəbzlər üzrə hesablamalar aparılmış və məlum olmuşdur ki, Şəxs ona 3057 manat aliment borcu vardır. Bu məbləğin əksər hissəsi 2022ci ilin noyabr ayına kimi ödənməmiş alimentlər hesabına yaranmışdır. Şəxs, barəsində protokol tərtib olunduqdan sonra ona 24 sentyabr 2024-cü ildə 615 manat, 31 oktyabr 2024-cü ildə 130 manat ödəniş etmişdir. Hazırda borclunun ona 2312 manat məbləğində aliment borcu qalmışdır. O, aliment borcunu tələb edir. Şəxs barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Vəkil göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 nömrəli 20 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən 21 avqust 2018-ci il tarixdən başlayaraq 29 iyul 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu Natiq Balamedov alimenti vaxtında ödəməmiş, onun tələbkara 3057 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs işdə olan ərizəsi əsaslı hesab edilə bilməz. Həmin ərizəni icra məmuru Vidadi Musayev onu aldadaraq yazdırmışdır. Şəxs barəsində protokol tərtib olunduqdan sonra etdiyi ödənişlər nəzərə alınmaqla qalan məbləğin ödənilməsi təmin edilməlidir. Şəxs barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 nömrəli 20 sentyabr 2018-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən Şəxs 21 avqust 2018-ci il tarixdən başlayaraq 29 iyul 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs Balakən Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixdə yazdığı ərizəsində göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ona hal-hazırda 390 (üç yüz doxsan) manat borcu vardır. Xahiş edir ki, həmin borc ödətdirilsin. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən Balakən rayon İcra və Probasiya şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli alimentin alınması haqqında qəbzdən görünür ki, Zərərçəkmiş şəxs borclu Şəxs 250 manat aliment pul vəsaitini qəbul etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki,416973******7739 nömrəli kart hesabına Şəxs tərəfindən 130 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Natiq Balamedov tərəfindən Zərərçəkmiş şəxs hesabına 615.00 manat ödəniş edilmişdir İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən “X5” MMC-ə ünvanlanmış xx.xx.2022-ci il tarixli 127/1 nömrəli Təklifdə göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1289/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. EMF Elektron icra informasiya sistemi üzrə sorğular verilmiş və aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs “X5” MMC-də işləyir və rəsmi gəliri var və icra sənədində göstərilən aliment borcu həmin gəlirinə yönəldilə bilər. Odur ki, borclunun 520 manat aliment borcu ödənilənədək hər ay əmək haqqının 70 faizi,ondan sonra isə hər ay əmək haqqından 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkarın hesabına ödənilməsini təmin etməklə, nəticəsi barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 1289/2018 nömrəli 20 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 21 avqust 2018-ci il tarixdən başlayaraq 29 iyul 2018-ci ildə də doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. O, alimenti hər ay vaxtında ödəməmişdir. 2022-ci ilin noyabr ayında o, “X5”ndə işlə təmin olunmuşdur. 21 noyabr 2022-ci ildə Zərərçəkmiş şəxs Balakən Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, icra məmuru Vidadi Musayev tərəfindən Şəxs aliment borcu hesablanmış və aliment borcunun 390 manat olduğu müəyyən edilmişdir. Bu barədə Zərərçəkmiş şəxs özü də ərizə yazaraq ödənilməmiş qalan 390 manat aliment borcunun ödətdirilməsini xahiş etmişdir. 29 noyabr 2022-ci ildə Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən aliment borcu yenidən hesablanmış, borcun 520 manat olması nəticəsinə gəlinmiş və “X5” MMC-ə Təklif göndərilərək 520 manat aliment borcu ödənilənədək hər ay əmək haqqının 70 faizi, ondan sonra isə hər ay əmək haqqından 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkarın hesabına ödənilməsini təmin etməklə, nəticəsi barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. 2022-ci ilin dekabr ayından 2024-cü ilin avqust ayına kimi Şəxs əmək haqqısından hər ay 114 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs kart hesabına ödənmişdir. Şəxs işdən çıxdıqdan sonra 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs Balakən Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək alimentin ödənməsini tələb etmişdir. Onun müraciəti əsasında icra işində olan qəbzlər əsasında hesablama aparılmış, Şəxs 3057 manat aliment borcu olduğu qeyd edilmiş və Şəxs həmin məbləğin ödənməsi tələb olunmuşdur. Şəxs həmin məbləği ödəmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 13 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Şəxs 29 iyul 2024-cü ildə 250 manat, 24 sentyabr 2024-cü ildə 615 manat,31 oktyabr 2024-cü ildə 130 manat ödəniş etmişdir. Borclu Şəxs aliment borcu ilə bağlı sadə hesablama apardıqda müəyyən edilir ki, Şəxs inzibati xəta haqqında protokolun tərtib edildiyi 13 sentyabr 2024-cü il tarixə onun aliment borcu yoxdur. Belə ki, qeyd edildiyi kimi, tələbkarın özünün də ərizəsi ilə təsdiq etdiyi ərizə ilə müəyyən olunur ki, 21 noyabr 2024-cü il tarixə onun 390 manat aliment borcu olmuşdur. 2022-ci ilin dekabr ayından 2024-cü ilin avqust ayına kimi hər ay ödənilməmiş qalan 16 manatların ümumi məbləği 20 ay üçün 320 manat(16 manat x 20 ay=320 manat) təşkil edir.Avqust ayı üçün olan 130 manat da əlavə olunduqda ödənilməli məbləğ 840 manat (390 +320+130=840 ) təşkil edir. 2024-cü ilin iyul ayından ödənilən ümumi məbləğ isə 995 manat(250+615+130=995 manat)təşkil edir. Buradan da aydın olur ki, Şəxs inzibati xəta haqqında protokolun tərtib edildiyi 13 sentyabr 2024-cü il tarixə aliment borcu yoxdur. 21 noyabr 2022-ci il tarixə olan aliment borcunun düzgün hesablanmaması, tələbkarın 21 noyabr 2022-ci il tarixli ərizəsinin icra məmuru Vidadi Musayev tərəfindən aldadılmaqla yazdırılması barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin dəlillərini əsaslı hesab etmirəm. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ali təhsilli müəllimədir, öz hüquqlarını bilir və müdafiə etməyi bacarır. O, hər ay aldığı alimentin məbləğini bilmişdir. Belə olan halda aliment borcu 2500 manatdan artıq olduğu halda bu məbləğin 390 manat hesablanması və tələbkarın buna etiraz etməməsi inandırıcı deyildir. Bundan başqa 29 noyabr 2022-ci ildə digər icra məmuru Nümayəndə tərəfindən yenidən hesablanma aparılmış, o, növbəti ayın alimentini də bu məbləğə əlavə edərək (alimentin tutulması 21 avqust 2018-ciil tarixdən hesablandığından ) aliment borcunun 520 manat olduğu qeyd edilmişdir. Eyni zamanda icra sənədində ödəniş qəbzinin olmaması alimentin ödənməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, aliment qəbz verilmədən də ödənə bilər, icra işindən itə bilər və ya qəsdən itirilə bilər. Həmçinin nə Balakən Rayon İcra və Probasiya Şöbəsi, nə zərərçəkmiş şəxs, nə də onun nümayəndəsi aliment borcunun 3057 manat olması, yaxud da tələbkarın 21 noyabr 2022-ci il tarixli ərizəsini təsir altında yazmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədilər. Göründüyü kimi zərərçəkmiş şəxsin və onun nümayəndəsinin dəlilləri əsassızdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən hüquq normasının tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 21 noyabr 2022-ci il tarixə aliment borcunun 390 manat olması şübhəli olduğu halda belə qanunvericiliyin qeyd edilən tələbinə görə bu şübhə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xeyrinə həll edilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin, o inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-425/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-425/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver