Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-426/2024 16.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Zaqatala rayonunun Kebeloba kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Katex kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs Balakən Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(019)-95/2024 nömrəli icra sənədi üzrə yaranmış 3360 manat aliment borcunu tələbkar X3 ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə göstərdi ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-95/2024 nömrəli, 06 fevral 2024cü il tarixli icra sənədinə əsasən 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşaq üçün hər ay 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən ) manat sabit pul məbləğində alimenti tələbkar X5 ödəməlidir. Şəxs alimenti ödəməmiş, hazırda onun 3360 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış,əksinə çağırışlara gəlməmişdir. 29 iyul 2024-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilmiş və icra edilməsi üçün rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən rayon icra və probasiya şöbəsinə gətirilmişdir.Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-95/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra sənədinə əsasən 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşaq üçün hər ay 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimenti tələbkar X5 ödəməlidir.O, heç bir aliment borcunu ödəməmişdir. Heç yerdə işləmir və gəliri yoxdur. Ona görə də aliment borcunu ödəyə bilmir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-95/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşaq üçün hər ay 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən ) manat sabit pul məbləğində alimenti tələbkar X5 ödəməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin 07 fevral 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 95/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli icra sənədi həmin tarixdə Şöbənin icraatına qəbul edilmiş, Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan 29 iyul 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki,həmin qərarla borclu-xx.xx.1986-cı il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs -Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-426/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-426/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver