Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-427/2023 26.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, Yevlax rayonu Malbinəsi kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə Balakən rayonunun Tülü kəndində küçədə , Zərərçəkmiş şəxs2 və X1 ünvanına ucadan nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Tülü kənd sakini X1 ərizəsi əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin ifadələri alınmış və Balakən rayonu Tülü kənd sakini, xx.xx.1985-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Balakən rayonu Tülü kənd sakinidir, Yevlax rayonu Malbinəsi kəndində yaşayır.Balakən rayonunun Tülü kəndində ata evi vardır. O, ildə bir-iki dəfə həmin evə baş çəkməyə gəlir. Qonşuluqda yaşayan əmisi oğlu Adil onun torpaq sahəsini mənimsəmişdir.25 sentyabr 2023-cü il tarixdə az miqdarda spirtli içki qəbul etmişdir. O, əmisi oğlu Adilgilə getmiş, orada Adilin arvadı Mesed də olmuşdur. Onlara “siz mənim torpaq sahəmi mənimsəmisiniz” demiş, lakin onlar ona heç bir cavab verməmişdlər. Bundan sonra o, evə qayıtmış və yenidən spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul etdikdən sonra onunla sərhəddə olan əmisi oğlu Adilə məxsus kubik hasarı əli ilə dağıtmışdır. Bu zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o Adilə və Mesedə qarşı nalayiq söyüşlər söymüşdür. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir.Barəsində yüngül tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o, ailəsi ilə birlikdə Balakən rayonu Tülü kəndində yaşayır.Onun həyətinin qonşuluğunda əmisi qızı Şəxs məxsus ev vardır. Məlahət özü Yevlax şəhərində yaşayır. Məlahət ona məxsus torpaq sahəsinin onun tərəfindən mənimsənildiyi iddia edir.25 sentyabr 2023-cü il tarixdə Məlahət sərxoş vəziyyətdə əlinə çəkic və balta götürərək onunla aralarında olan kubik hasarı dağıtmış və sakitləşməyərək qışqırmağa başlamışdır. Onun səsinə qonşular da gəlmişlər. Daha sonra Məlahət küçəyə çıxaraq onun və həyat yoldaşı Mesedin ünvanına nalayiq sözlər işlədərək onları təhqir etmişdir. Buna görə də ərizə ilə rayon polis şöbəsinə müraciət etmişlər. Şəxs şikayətçi deyildir, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 zərərçəkmiş şəx Zərərçəkmiş şəxs2 izahatına uyğun eyni məzmunlu izahat verərək Şəxs şikayətçi olmadığını,onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 sentyabr 2023-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45-də inzibati qaydada tutulmuş xx.xx.2023-cü il tarixdə saat 12:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Balakən rayonu Tülü kənd sakini, xx.xx.1985-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin 3 saylı Şəki-Zaqatala regional filalı tərəfindən Balakən rayon Polis Şöbəsinə ünvanlanmış 26 sentyabr 2023-cü il tarixli 3-17-1/2-221421/2023 nömrəli məktubdan görünür ki,Balakən rayonu Tülü kənd qeydiyyatında olan xx.xx.1985-ci il təvəllüdlü Şəxs filial tərfindən heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26 sentyabr 2023-cü il tarixli 495 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:11 radələrində sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibati xətanı sərxoş törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, qadın olmasını, əməlindən peşiman olmasını, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 50 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-427/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-427/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver