Məhkəmə qərarları › İş №3(019)-428/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-428/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-428/2024 16.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, qərarından şikayət verilmiş Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Balakən rayon X5 X6 Yol Patrul Xidmətinin inspektoru Nümayəndə tərəfindən tərtib edilmiş TP6719978 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: X3 barəsində Balakən rayon X5 X6 Yol Patrul Xidmətininin inspektoru Nümayəndə tərəfindən tərtib edilmiş TP6719978 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şkayət onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası vətəndaşıdır yə Azərbaycan Respublikasına qonaq gəlmişdir. Burada müvəqqəti yaşayır. xx.xx.2024-cü il tarixində özünə məxsus VOLKSWAGEN PASSAT markalı M526CT62 qeydiyyat nişanlı avtomobili ilə Balakən şəhəri Heydər Əliyev prospekti ilə R.Səmədov küçəsinin kəsişməsində yerləşən işıqforu keçdikdən sonra Balakən RPŞ-nin DYPB-nin əməkdaşı polis serjantı Nümayəndə onu saxladaraq əsassız olaraq protokol tərtib etmişdir. O, Nümayəndə hansı səbəbə görə ona protokol tərtib etdiyini soruşduqda cavabında bildirmişdir ki, işıqforun qırmızı işığında keçmişdir. O, buna etiraz edərək ona görüntüləri təqdim etməyini tələb etmişdir. Nümayəndə isə onun tələbindən imtina edərək görüntünü lazım olan yerə təqdim edəcəyini bildirmişdir. Halbuki onu saxladan polis əməkdaşı ilk öncə saxlama səbəbini bildirməlidir və sonra avtomobildə olan bortkomputer vasitəsilə qeydə aldığı görüntünü təqdim etməlidir. Daha sonra DYPB tərəfindən ona tərtib edilmiş protokolun əsasında TP ******* saylı qərar qəbul edilmişdir. O,həmin qərarla razı deyil və etiraz edir. Polis əməkdaşı,onun istifadəsində olan minik avtobomobilini saxladıqdan sonra polisin etik davranış kodeksini pozaraq, polis əməkdaşının adına yaraşmayan hərəkətlərə yol vermiş, onu saxladığı vaxt özünü təqdim etməmişdir. Bundan əlavə bildirmək istəyir ki, hadisə yerinin video-görüntülərini və foto şəkillərini məhkəməyə təqdim edilməsi zərurəti vardır.Belə ki, həmin görüntülər məhkəməyə təqdim edilərsə orada işıqforun necə işlədiyi, onun həqiqətən də qayda pozub pozmadığı ortaya çıxacaqdır. Polis əməkdaşı onunla qərəzli mövqe tutmuşdur. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstrərdi ki, qeyd edilən yerdə işıqfor düzgün işləməmiş, o, maşınla işıqfora çatıb sola dönmək istəyəndə yaşıl işıqdan sonra qəfildən qırmızı işıq yanmış, onun maşını saxlaması mümkün olmadığından, məcbur olub yolu qırmızı işıqda keçmişdir. Şikayətinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, X3 özünə məxsus M526SE62 dövlət qeydiyyat nişanlı VOLKWAGEN PASSAT markalı Balakən şəhəri H.Əliyev prospekti ilə R.Səmədov küçəsində yerləşən işıqforun qırmızı işığında keçmişdir. Həmin ərazidəki işıqfor normal işləyir. X3 işıqfordan sola dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən maşını saxlayıb piyadaya yol verməli idi. Ona görə də o, maşını surətli sürə bilməzdi. Bu səbəbdən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuş, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Onun barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır. Qərarın ləğv edilməsinə heç bir əsas yoxdur.Şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 və nizamlayıcının qadağanedici idarəsi verilərkən avtomobili idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, X3 mülkiyyətində olan M526ST62 dövlət qeydiyyat nişanlı VOLKSWAGEN PASSAT markalı nəqliyyat vasitəsini xx.xx.2024cü il tarixində Balakən şəhəri H.Əliyev prospekti ilə R.Səmədov küçəsi istiqamətində hərəkətdə olarkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bu əməlinə görə o, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə 100 manat cərimə edilmişdir. X3 qərarın əsassız olduğunu göstərərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti əsassızdır, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Qeyd edilənlərə əsasən şikayət üzrə yekun olaraq bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar