Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-428/2025 07.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı xx.xx.1976-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Balakən şəhəri, N.Nərimanov küçəsi, ev 37 qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏNETDİ: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında xx.xx.2025-ci il tarixli, EQ 25589771 saylı və xx.xx.2025-ci il tarixli, EQ 26058364 saylı qərarları qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı və xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuş və baxılması Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli, EQ 25589771 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli, EQ 26058364 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə İXP ******* və İXP ******* saylı inzibati xəta haqqında protokollar xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qanunda nəzərdə tutulmuş müddət keçmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə təqsirli bilinərək cərimə edilmiş, həmin qərarlar müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş, qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində, yəni xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixədək qanunla müəyyən edilmiş əsaslar olmadan həmin cərimələr ödənilməmiş, bu müddətdən inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunda nəzərdə tutulmuş 4 ay müddət keçmişdir. Bu da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-428/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-428/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver