Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-43/2021 25.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1994-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, X1 və Bərpası Müəssisəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun N.Nərimanov küçəsi ev 30-da yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “VAZ-2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonunun Hənifə kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən,hərəkət zolağında əyləcdən istifadə etsədə, avtomobil sürüşərək yolun əks istiqamətli hərəkət zolağına çıxmış və qarşıdan gələn “Mersedes-Benz” markalı **-XL-*** dövlət nömrə nişanlı mikroavtobusla toqquşmuş, toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi zədələnmiş, avtomaşında olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışdırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs2 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXMnin 61.3 və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz-208” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən şəhər ərazisində yerləşən avtovağzaldan Balakən rayonu, Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsi və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olur.xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Balakən şəhərindən Balakən rayon Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsi istiqamətində hərəkət edərək evinə getdiyi zaman Gülzanbinə kənd orta məktəbinin qarşısına çatdıqda Gülzanbinə yaşayış məntəqəsi tərəfdən, yəni əks istiqamətdən gələn VAZ 2107 markalı , **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 100 km/saat-dan da artıq sürətlə hərəkət edərək gəldiyini görmüş, həmin avtomobil öz hərəkət zolağında mal-qara olduğundan mal-qaranın olmasını nəzərə alaraq avtomobili saxlamaq əvəzinə onun hərəkət etdiyi zolağa keçmiş, o hadisənin qarşısını almaq üçün avtomobili yolun sağına tərəf çəksə də VAZ 2107 markalı avtomobil idarə etdiyi mikroavtobusun ön hissəsinə toxunmuşdur. İdarə etdiyi mikroavtobusun ön hissəsi zədələnmiş, həmçinin o xəsarət almışdır. VAZ 2107 markalı avtomobil də zədələnmişdir. VAZ 2107 markalı avtomobildə sonradan adının Samiddin olması məlum olan sürücü və bir nəfər sərnişin olmuşdur. Sərnişin də sürücünün yanında ön oturacaqda əyləşmişdir. Onun idarə etdiyi mikroavtobusda ondan savayı kimsə olmamışdır. Onun sürücülük hüququ, həmçinin avtomobilin sənədləri vardı.O, vurulmuş ziyanla bağlı Şəxslə razılaşmışdır .Ondan heç bir şikayəti və tələbi yoxdur. Onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən rayon polis şöbəsinə verdiyi izahatında göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu, Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsindən Balakən şəhəri istiqamətində hərəkət etdiyi zaman onun hərəkət zolağında mal-qara olduğundan, həm də əyləcdən istifadə etsə də avtomobil sürüşdüyündən əks istiqamətli hərəkət zolağına çıxmış və qarşıdan gələn “Mersedec Benz-208" markalı, 10-XL-;63 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnmişdir. O və idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2, həmçinin mikroavtobusun sürücüsü xəsarət almışdır. Hadisə zamanı 70 km/ saat sürətlə hərəkət etmişdir. Hər ikisi xəsarət aldığından və özünü pis hiss etdiyinə görə həkimə müraciət etmək üçün yol keçən avtomobillərdən birini saxladaraq Zaqatala RMX-ya getmişlər.Nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Lakin avtomobili idarə etməyinə dair etibarnamə yoxdur. O təxminən bir həftə əvvəl Balakən şəhər sakini Tahir Zalxayevdən aylıq olaraq 200 manat ödəmək şərtilə 3500 manata həmin VAZ 2107 markalı avtomobili almışdır. Avtomobilin mülkiyyətçisi Rusiyadadır. Ona görə etibarnamə almamışdır O, hadisə zamanı ayıq olmuşdur. Hadisənin baş verməsində təqsiri olduğunu etiraf edir, əməlindən peşimandır və qarşı tərəfə dəymiş ziyanı ödəməyə hazırdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 Balakən rayon polis şöbəsinə verdiyi izahatında göstərilmişdir ki, xx.xx.2021 -ci il tarixdə saat 16 radələrində dostu Samiddinin idarə etdiyi VAZ 2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu, Hənifə kəndinin Gülzanbinə yaşayış məntəqəsindən Balakən şəhəri istiqamətinə hərəkət etdikləri zaman qarşıdan gələn “Mersedec Benz- 208” markalı, 10-XL 463 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşma nəticəsində xəsarət almışdır. Şəxs şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs, vət. Zərərçəkmiş şəxs2 və vət. Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Zaqatala MRX-na müraciət etmələri barədə Balakən RPŞ-yə daxil olmuş məlumatlar əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 327.8 332.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarının surətinin Balakən RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmış, Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Mersedes- Benz 208” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edimişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2021-ci il tarixli, 25 nömrəli rəyində qeyd edilmişdir: vət. Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər-alnında sıyrıq, şişkinlik - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər , birlikdə və ayrı-ayrılıqda zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2021 -ci il tarixli, 27 nömrəli rəyində qeyd edilmişdir: vət. Şəxs müəyyən edilmiş xəsarətlər-alnında, burnunda, sağ mil-biləyinin səthində, sol əlin 2-3-cü barmaqlarının ara səthində sıyrıqlar, sağ çanağın bayır səthində qançır- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2021 -ci il tarixli, 28 nömrəli rəyində qeyd edilmişdir: vət. Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər-sağ göz qapağında yara- bərk küt əşyanın (əşyaların) təsirindən törətmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 24 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 21:10 radələrində ayıq olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “777” Avtoservis tərəfindən tərtib edilmiş aktdan görünür ki,“Mersedes-Benz-208” markalı **- XL-*** dövlət nömrə nişanlı avtomaşına 2388 (iki min üç yüz səksən səkkiz) manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığı və vurulmuş zərərin əvəzinin könüllü sürətdə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını, törədilmiş xətanın xarakterini,onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-43/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-43/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver