Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-43/2022 10.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Tülü kəndində yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24.01.2022-ci il tarixdə saat 14:20-radələrində idarə etdiyi “QAZ-31029” markalı 08BG-531 dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri, M.Əsədov küçəsində hərəkətdə olarkən, həmin ərazidə olan dörd yol ayrıcında onun idarə etdiyi avtomaşın sol tərəfdən gələn VAZ-2107 markalı ,**-BE-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomaşına maddi ziyan dəymiş, avtomaşının sürücüsü Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid, onun arvadı Zərərçəkmiş şəxs1 isə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən inzibati xətanı törətməsi işdə olan sübutlarla məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPBnin baş inspektoru Nümayəndə oğlu göstərdi ki, Balakən rayon X2 Bölməsinin 29.01.2022-ci il tarixli qərarı ilə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs1 və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən rayon MX-na müraciət etmələri əsasında toplanılmış HK-1-65 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Tülü kənd sakini Şəxs barəsində inzibati tədbir görülməsi üçün Balakən rayon PŞ-nin DYPB-nə göndərilmişdir.İnzibati xəta haqqında işin araşdırılması ona həvalə edilmiş və onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, hal- hazırda Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 24.01.2022-ci il tarixdə saat 14:20 radələrində özünə məxsus olan idarə etdiyi “QAZ- 31029” markalı, 08-BG- 531 dövlət nömrə nişanlı avtomaşınla aptekdən dərmanlar alıb evə getdiyi zaman Kapital bankın köhnə binası yerləşən yerdən təxminən 200 metr irəlidə dörd yolda onu gözləyərək yol verməli olduğu halda, yol verməmiş, bu səbəbə görə də onun idarə etdiyi “QAZ-31029” avtomaşın sol tərəfdən gələn VAZ-2107 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla dördyolda, yəni yolun kəsişməsində toqquşmuşdur. O, 50-60 km/saat sürətlə getmiş, VAZ 2107 markalı avtomaşın onun idarə etdiyi avtomaşınla toqquşduqdan sonra istiqamətini dəyişərək təxminən 15-20 metr gedərək dayanmışdır. Onun idarə etdiyi avtomaşın isə gəldiyi istiqamətdən 4-5 metr sağ tərəfə gedərək dayanmışdır. Həmin VAZ-2107 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 olmuşdur. Onun maşınında ondan başqa bir qadınla azyaşlı uşaq olmuşdur. Hadisə baş verdikdən sonra təxminən 10 dəqiqə keçdikdə hadisə yerinə polis əməkdaşları gəlmiş və polis əməkdaşları hadisə yerini müayinə etmişlər. Sonra isə onu Balakən RPŞ-nə dəvət etmişlər.Hadisə baş verən zaman o, spirtli içki və psixotrop maddənin təsiri altında olmadığı, onun avtomaşınında heç bir nasazlığın olmadığı müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman onun yanında heç kim olmamış, özü tək olmuşdur. Hadisəni törətməzdən əvvəl həmin yol kəsişməsinə çatmağa az bir məsafə qaldıqda onun idarə etdiyi “QAZ31029” markalı , **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla saatda 50-60 km sürətlə hərəkət etmişdir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi və digər rəsmi sənədləri vardır. Yol nəqliyyat hadisəsi zamanı o hər hansı xəsarət almamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbləri yoxdur. Barəsində cərimə tənbehinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 24.01.2022-ci il tarixdə saat 14:20 radələrində özünə məxsus olan, idarə etdiyi “VAZ-2107” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşını ilə həyat yoldaşını məktəbdən götürüb evə apardığı zaman kapital bankın köhnə binası yerləşən yerdən təxminən 200 metr məsafədə dörd yolda birdən-birə qəflətən idarə etdiyi avtomaşını sağ tərəfdən"QAZ-31029” markalı avtomaşına dəyərək toqquşmuşdur.Toqquşma nəticəsində onun idarə etdiyi VAZ2107 markalı avtomaşının istiqamətini dəyişərək yol kəsişməsindən sol tərəfə 15-20 metr gedərək dayanmışdır. Həmin vaxt onun idarə etdiyi avtomaşında ondan başqa həyat yoldaşı və 4 yaşlı övladı olmuşdur. O, avtomaşını 50-55 km/saat sürətlə idarə etmişdir. “QAZ 31029” markalı avtomaşının isə onun idarə etdiyi avtomaşınla toqquşduqdan sonra istiqamətini dəyişərək təxminən 4-5 metr sağ tərəfə gedərək dayanmışdır.“QAZ-31029” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsünün adını sonradan bildiyi Şəxs olmuşdur. Həmin şəxsin maşınında ondan başqa heç kim olmamışdır. Hadisə baş verdikdən təxminən 10 dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerini müayinə etmiş, sonra isə onu Balakən RPŞ-nə dəvət etmişlər. Hadisə baş verən zaman o spirtli içki və psixotrop maddə qəbul etməmiş, eyni zamanda onun avtomaşınında heç bir nasazlıq olmamışdır.Onun BC kateqoriyalı sürücülük vəsiqəsi və digər rəsmi sənədləri vardır. Onun inzibati xəta törətmiş şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, ünvan 3ta məktəbdə katibə işləyir. 24.01.2022-ci il tarixdə saat 14:20 radələrində ərinə məxsus olan “VAZ-2107” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbdən çıxıb əri ilə birlikdə evinə getdiyi zaman ərinə məxsus maşında onun arxa tərəfində əyləşmiş, 4 yaşlı qızı isə qucağında oturmuşdur. Kapital bankın köhnə binası yerləşən yerdən təxmin 200 metr məsafədə dörd yolda birdən-birə qəflətən əri Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşının sağ tərəfinə “VAZ 31029” markalı avtomaşın dəyərək toqquşmuşdur. Toqquşma nəticəsində əri Sərxanın idarə etdiyi VAZ-2107 markalı avtomaşın istiqamətini dəyişmiş, sol tərəfə təxminən 30-40 metr gedərək dayanmışdır. Yol nəqliyyat hadisəsi zamanı onun azyaşlı övladı xəsarət almamışdır. O, isə bədən xəsarətləri almışdır. Onun inzibati xəta törətmiş şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29.01.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs1 və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Balakən rayon MX-na müraciət etmələri əsasında toplanılmış HK-1-65 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Tülü kənd sakini Şəxs barəsində inzibati tədbir görülməsi üçün Balakən rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb-ekspertizasının 27.01.2022-ci il tarixli 17 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər- sağ çiyində və sağ sağrıda qançırlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.01.2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb-ekspertizasının 27.01.2022-ci il tarixli 17 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər-alnında sıyrıqlar, sol əlin 3- 4-cü barmaqlarında qançırlar, sol baldırın aşağı 1/3-də bayır səthdə qançır, sol əlin 4-cü barmağının distal falanqanın qapalı yerdəyişməyən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.01.2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər,ümumilikdə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.01.2022-ci il tarixdə Balakən RMXdan Balakən RPŞ-yə daxil olmuş 33 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs2 ayıq olduğu həmçinin alkoqolun qəbulu əlamətlərinin olmadığı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.01.2022-ci il tarixdə Balakən RMXdan Balakən RPŞ-yə daxil olmuş 34 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi aktında Şəxs ayıq olduğu, həmçinin alkoqolun qəbulu əlamətlərinin olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Əzimov Vüsal Abdulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın zərərli nəticələrini aradan qaldırması, vurulmuş zərəri ödəməsi onun məsuliyyətini yüngülləşdirən haldır.Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini,törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını,eyni zamanda hadisə nəticəsində iki şəxsin xəsarət almasını,cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin,nəqliyyat vasitəsini idarə etmək hüququ 7(yeddi ) ay müddətə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-43/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-43/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver